Avropa ölkələri AP- seçkilərə biganəlik göstərir

 

 

Buna səbəb öz ölkələrinin böhranlı vəziyyətidir

 

 

 

Bu il iyunun 6-dan 9-dək Avropa Parlamentinə seçkilərin keçirilməsi planlaşdırılır. Bu, 1979-cu ildən bəri Avropa Parlamentinə onuncu milli seçkilər olacaq.

Bəs, seçicilər səs verərkən ilk növbədə barədə düşünəcəklər? Aİ-nin gələcəyi, yaxud ölkələrinin daxili problemləri haqqında?

Avropa Paralamentindəki seçkilər Fransada 2027-ci ildə keçiriləcək prezident seçkilərinin müjdəçisi ya "aralıq seçki" hesab edilir.

Fransada ifrat sağçı Milli Birlik Partiyasının rəhbəri,  "Makronun Avropası"na son qoymağa çağıran Cordan Bardella deyib ki, əgər o, liderlər qrupunda olsa, elə həmin axşam Milli Assambleyanın buraxılmasını xahiş edəcək. Bu, təbii ki, arzudur, çünki Fransa konstitusiyasına uyğun olaraq belə bir qərarı yalnız prezident verə bilər.

Solçu "Yenilməyən Fransa " Partiyasının namizədi Jan-Lük Melanşon da hesab edir ki, 2024-cü il Avropa seçkiləri 2027-ci il prezident seçkilərinə hazırlıqdır"  .

Avropa Siyasəti Mərkəzinin analitiki Erik Morisin dediyinə görə, Fransada bu, 2027-ci ildə keçiriləcək növbəti prezident seçkiləri öncəsi yeganə böyük seçkidir. Bu, milli siyahı üzrə səsvermədir, ona görə onu milliləşdirmək istəyənlərin sayı az deyil.

1979-cu ildə ilk AP seçkilərindən bir il sonra tədqiqatçılar Karl-Haynts Rayf German Şmitt onu "ikinci dərəcəli milli seçkilər" adlandırıblar. Az əhəmiyyət kəsb edən bu hadisə, xüsusən prezidentlik müddətinin ortasında baş verərsə, siyasi qüvvələrə öz populyarlıqlarını milli səviyyədə dəyərləndirməyə imkan verir.

Tədqiqatçılar Avropa seçkilərini "milli" adlandırırlar, çünki onlar milli səviyyədə təşkil olunur milli qaydalara riayət edir namizədlər bir-biri ilə milli məsələlər ətrafında mübahisə edirlər. Həmçinin səsvermə üsulu, seçkilərin günü seçicilərin minimum yaşı ölkədən asılı olaraq dəyişir. Bununla belə, bir sıra araşdırmalar seçicilərin Avropa gündəminə maraq etdiyini göstərir. Morisin fikrincə, son illərin böhranları  Avropa İttifaqının fəaliyyətini ön plana çıxarıb. Eyni zamanda analitikin dediyinə əsasən, Avropa təsisatlarının hərəkətləri hələ geniş ictimaiyyətə az məlumdur.

Bu il bir çox ölkələrin diqqəti başqa bir səsverməyə yönələrkən, Avropa məsələləri arxa plana keçə bilər. Belə ki, Belçikada federal regional seçkilər Avropa seçkiləri ilə eyni gündə - iyunun 9-da keçiriləcək. Finlandiya, Slovakiya, Litva Rumıniyada prezident seçkiləri olub digərlərində 2024-cü ildə keçiriləcək. Portuqaliya, Avstriya Xorvatiyada isə seçicilər parlament üzvlərinə səs verəcəklər.

Avropa seçkiləri həm iqtidar ya müxalifət partiyaları üçün gələcək seçkilərə hazırlıq zamanı populyarlıqlarını yoxlamaq üçün bir fürsət ola bilər.

Ötən il İspaniyada seçkilər keçirilib. Məlumdur ki, hökumət, xüsusilə Kataloniya separatçıları ilə müttəfiqliyinə görə çoxlu suallar doğurur. Bu, həm Pedro Sançes hökuməti üçün bir sınaqdır.

Polşada ötən ilin oktyabrında keçirilən parlament seçkiləri ifrat mühafizəkar Qanun Ədalət Partiyasının məğlubiyyətinə Donald Tuskun rəhbərlik etdiyi liberal Vətəndaş Koalisiyasının qələbəsinə səbəb olub. Payızda məğlub olan Qanun Ədalət partiyası üçün bu, həm milli səviyyədə lazımi məcraya qayıtmaq üçün bir fürsətdir.

Eyni təhlil Çexiyaya da aiddir, burada bəzi sorğular son prezident seçkilərində uduzan keçmiş baş nazir Andrej Babişin partiyasının Avropa seçkilərində lider olduğunu göstərir.

Paris Siyasi Araşdırmalar İnstitutunun fəxri professoru "Siyasət dadı" kitabının müəllifi Paskal Perrino deyir ki, seçicilər milli, iqtisadi sosial səbəblərə görə səs verirlər. Hazırda bu, Avropa qurumları, Avropa siyasəti ya hətta Ukraynadakı müharibə kimi Qərb mövzularından daha çox enerji daşıyıçılarının qiymətlərinin artması inflyasiya problemləridir. 

Le Monde, Cevipof, Jan Jores Fondu Monten İnstitutunun apardığı "Ipsos" sorğusunun nəticələrinə görə, Fransada milli problemlər Avropanın problemlərini üstələyir. Fransalı respondentlərin 53 faizi öz namizədlərini seçərkən ilk növbədə partiyaların milli məsələlərlə bağlı təkliflərini, 47 faizi isə Avropa məsələlərinə dair təkliflərini nəzərə alacaqlarını bildiriblər.

Bundan əlavə, fransalıların 52 faizi əsasən respublika prezidentinə ya onun hökumətinə öz dəstək ya etimadsızlığını ifadə etmək üçün səs verəcəklərini bildirib.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 3 may, № 90.- S.13.