"Gücümə inanıram, hazırlığıma güvənirəm"

 

 

Son illər gənclərimizin idmana marağı, həvəsi getdikcə artmaqdadır. Onlar ölkəmizin idman şərəfini iştirakçısı olduqları bütün yarış birinciliklərdə layiqincə qoruyurlar. Üçrəngli bayrağımızı ən uca zirvələrdə dağlalandırırlar. Təbiidir ki, bu da dövlətimizin uğurla həyata keçirdiyi gənclər siyasətinin, idmana göstərilən diqqət qayğının nəticəsidir.

İdmana böyük maraq göstərən gənclərimizdən biri Emil Səfərovdur. Hələ kiçik yaşlarından onun qəlbində cüdoya sevgi yaranıb. Bu həvəs sevgi onu idman zallarına, məşq meydançalarına aparıb çıxarıb. Yaşının az olmasına baxmayaraq, bu günə qədər iştirak etdiyi yarışlarda xeyli uğurlar da qazanıb.

İdmanı həyatının mənası hesab edən Emil Qorxmaz oğlu Səfərov 19 iyun 2007-ci ildə Sumqayıt şəhərində anadan olub. Onun valideynləri 1993-cü ildə erməni işğalı zamanı Cəbrayıl rayonundan məcburi köçkün düşüblər. 2013-cü ildə 36 nömrəli tam orta məktəbin 1-ci sinfində oxumağa başlayıb. 4-cü sinfi bu təhsil ocağında bitirdikdən sonra Vaqif İbrahim adına 35 nömrəli tam orta məktəbdə oxuyub. Hazırda təhsilini həmin məktəbin 11-ci sinfində uğurla davam etdirir. İdmanla məşğul olmaqla yanaşı, dərslərini yaxşı oxuyur, ali məktəbə qəbul olmaq arzusu ilə çalışır. "İdmanla məşğul olmağa 9 yaşımdan - 2016-cı ildən başlamışam", - deyə Emil bizimlə söhbətə başladı: "Cüdoçu olmaq çoxdankı arzum idi. İstəyimə çatmaq üçün məşqçilər Xalıqverdi Gülüşova Elnur Əhmədova müraciət etdim. Onlar müraciətimi hörmətlə qarşıladılar, dəyərli məsləhətlər verdilər. Beləcə, ilk məşqlərim başladı. Hər işin başlanğıcı bir az çətin olur. Amma sonra yavaş-yavaş hər şey öz axarına düşür. İlk məşqlərdən sonra cüdoya olan maraq həvəsim daha da artdı. Bir müddətdən sonra yarışlarda iştirak etdim. Qarşılaşmalarda uğurlar qazandım. İlk böyük uğurum 2019-cu ildə oldu. Həmin il iyunun 8-də yeniyetmələr arasında cüdo üzrə Sumqayıt birinciliyinə 27 kq çəki dərəcəsində qatılmışdım. Hazırlığım yüksək olduğuna görə məşqçilərim uğur qazanacağıma ümid edirdilər. Gərgin mübarizə şəraitində keçən yarışda onların ümidlərini doğruldaraq gümüş medal qazandım. Bu, mənim yarışlarda əldə etdiyim ilk uğur oldu. 2019-cu ilin oktyabr ayında Sumqayıt birinciliyində 2-ci yerə çıxdım. Həmin il Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bürünc medal qazandım".

Bundan sonra gənc cüdoçunun idmanda uğurları başlayıb. Emil 2022-ci il oktyabrın 30-da yeniyetmələr arasında Sumqayıt şəhər birinciliyində 46 kq çəki dərəcəsində yarışaraq 1-ci pilləyə yüksəlib. Həmin il dekabrın 20-də yeniyetmələr arasında keçirilən Sumqayıt birinciliyində 1-ci yerə çıxaraq Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanıb. 2023-cü il yanvarın 24-də U-18 yeniyetmələr arasında keçirilən yarışda uğurla çıxış edərək gümüş medal qazanıb. Belə yüksək göstəticisinə görə milli komandanın tərkibinə qatılıb. 2023-cü il noyabrın 11-də yeniyetmələr arasında keçirilən Avropa Kubokunda 50 kq çəki dərəcəsində çıxış edən Emil Səfərov gümüş medala sahib çıxıb. Həmin il dekabrın 23-də U-18 yeniyetmələr arasında Sumqayıt şəhər birinciliyində isə daha yaxşı nəticə göstərərək 1-ci yeri tutub. 2024-cü il aprelin 1-də U-18 yeniyetmələr arasında ACF Kubokunda 55 kq çəki dərəcəsində bürünc medal qazanması ilə Emil Səfərov Avropa Kubokunda iştirak etmək hüququ əldə edib.

Gənc idmançı söhbətinin sonunda dedi ki, hədəfim qarşıdakı Avropa Kubokunda daha yaxşı nəticələr göstərərək qızıl medal qazanmaqdır: "Bunu bacaracağıma əminəm, çünki gücümə inanıram, hazırlığıma güvənirəm! İlk addımlarımı atdığım idman yarışlarında qazandığım uğurlara görə məşqçilərim Elnur Əhmədova Xalıqverdi Gülüşova sonsuz təşəkkürümü bildirirəm".

İnanırıq ki, idmanda ilk addımlarını atan Emil Səfərov gələcək yarışlarda daha da ürəkaçan uğurlar qazanacaq.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 3 may, № 90.- S.15.