Xalqın güvənc yeri qürur mənbəyi

 

 

Ötən əsrin 1969-cu ilindən 1982-ci ilə qədər olan dövr 1993-cü ildən 2003-cü ilə qədər davam edən zaman kəsiyi müasir Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi səciyyələndirilir. İstər sovetlər dönəmində Azərbaycan Respublikasının rəhbəri, istərsə 1982-1987-ci illərdə SSRİ-nin rəhbər şəxslərindən biri kimi Heydər Əliyev nəinki postsovet məkanında, eləcə dünya miqyasında qəbul edilən, mövqeyi ilə hesablaşılan xüsusi nüfuz sahibi olan siyasətçi kimi tanınırdı. 

Öz fitri istedadı şəxsi nüfuzu ilə fərqlənən Heydər Əliyev ilk azərbaycanlı idi ki, belə bir zirvəyə yüksəlmiş, xalqına göstərdiyi xidmətləri ilə Azərbaycanın güvənc yerinə bütün türk dünyasının fəxrinə çevrilmişdi.

Müstəqilliyin ilk illərində Azərbaycanın məruz qaldığı hərbi təcavüz işğal, habelə yarıtmaz idarəçilik nəticəsində ölkə daxilində vətəndaş müharibəsi gözlənilən idi. Heydər Əliyev 1993-cü ilin yayında məhz belə mürəkkəb vəziyyətdə respublika rəhbərliyinə qayıtdı.

Bu, elə bir dönəm idi ki, torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı davam edirdi, iqtisadi-siyasi sosial vəziyyət getdikcə gərginləşirdi təbii ki, ölkə rəhbərliyinə gələn şəxsin üzərinə çox ciddi məsuliyyət düşürdü. Ölkəni siyasi-iqtisadi böhrandan çıxarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, düşmənə sinə gərmək bütövlükdə Azərbaycan cəmiyyətini toparlamaq, xalqın inamını özünə qaytarmaq lazım idi. Bu isə, əlbəttə ki, hər siyasətçinin dövlət adamının öhdəsindən gələ biləcəyi görəv deyildi. Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev çətin olduğu qədər məsuliyyətli şərəfli olan bu görəvin öhdəsindən qətiyyətlə gəlməyi bacardı Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxara bildi.

Heydər Əliyev yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olmaqla nadir iti dövlətçilik zəkası, cəsarəti sarsılmaz iradəsi ilə müstəqil müasir Azərbaycan dövlətini yaratdı. Müstəqilliyin qorunmasının onun əldə edilməsi qədər çətin olduğunu bildirən Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi.

Heydər Əliyevin apardığı ardıcıl siyasət sayəsində müstəqilliyimiz əbədi dönməz xarakter aldı, ölkəmizə sabitlik, sülh əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirildi. Azərbaycan Ordusunun yenidən qurulması üçün zaman qazanmağın vacibliyini bilən təcrübəli dövlət başçısı düşmən tərəfinin onun havadarlarının ciddi təzyiqlərinə baxmayaraq, atəşkəsə nail oldu, cəbhədə əldə edilmiş sabitlikdən istifadə edərək ölkə iqtisadiyyatını dirçəltmək, Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirmək istiqamətində mühüm addımlar atılması üçün əhəmiyyətli vaxt qazandı.

Heydər Əliyev həmçinin aparıcı ölkələrlə beynəlxalq əlaqələri möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə-neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Məqsədyönlü xarici siyasət kursunun aparılması ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm iqtisadi əməkdaşlıq böyük investisiya imkanları yaratdı. Bunun məntiqi nəticəsi olaraq, Azərbaycanın beynəlxalq nüfuzu günbəgün artmağa başladı, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayə yatırıldı.

Növbəti illərdə ölkədə neft kontraktlarının imzalanması, ciddi beynəlxalq dəstəyin əldə edilməsi ölkəmizin ağır durumdan xilası üçün böyük əhəmiyyət kəsb etdi. Bu mənada torpaqlarımızın 20 faizinin işğal altında olduğu, bir milyon qaçqın köçkünün öz dogma yurd-yuvasından didərgin düşdüyü acınacaqlı dövrdə yenicə müstəqillik əldə etmiş ölkəmizin iqtisadi-siyasi böhrandan çıxarılmasında bununla yanaşı, dövlət müstəqilliyimizin qorunub saxlanılmasında Heydər Əliyevin rolu əvəzsizdir.

Heydər Əliyevin böyüklüyü uzaqgörənliyini təsdiqləyən bir məqam da odur ki, o, təcrübəli bir dövlət adamı olaraq Azərbaycana rəhbərlik etdiyi ən ağır dönəmlərdə ciddi beynəlxalq təzyiqlərə dəyanətlə sinə gərərək Qarabağ məsələsində Azərbaycanın maraqlarına zidd sənədlər toplusunun formalaşmasına imkan vermədi. Siyasi iradə nümayiş etdirərək müxtəlif beynəlxalq platformalarda Qarabağ məsələsində Azərbaycanın milli hüquqi haqqını qətiyyətlə qorudu bu da gələcəkdə Qarabağın hərbi yolla işğaldan azad olunması üçün çox ciddi zəmin yaratdı. Bu mənada 44 günlük İkinci Qarabağ savaşının zəfərlə başa çatmasının təməlində Heydər Əliyevin tarixi xidmətlərinin əhəmiyyətli rol oynadığını qeyd etmək lazımdır.

Heydər Əliyev ideyalarının irsinin əsas davamçısı kimi Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nümayiş etdirdiyi siyasi iradə sayəsində torpaqlarımız işğaldan azad olundu ərazi bütövlüyümüz tam bərpa edildi. Bu siyasətin nəticəsidir ki, regionda yeni reallıqlar yarandı, Azərbaycan regionun əsas söz güc sahibi kimi yeni hədəflərə doğru inamla addımlamaqdadır.

Təbii ki, Heydər Əliyevin böyüklüyünü təkcə yaxınları, tərəfdarları dostları deyil, elə Azərbaycanın düşmənləri zaman-zaman etiraf ediblər. Hər birimiz Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında tarixi rolu olan Heydər Əliyevin xatirəsini hörmətlə anır, ona Allahdan rəhmət diləyirik. Heydər Əliyev Azərbaycanın ən görkəmli tarixi şəxsiyyətlərindən biri kimi hər zaman tarixdə, xatirələrdə xalqımızın qəlbində yaşayacaq.

 

Arzuxan Əlizadə,

Azərbaycan Milli İstiqlal Partiyasının sədri

Azərbaycan.-2024.- 10 may, № 96.- S.10.