Azərbaycanı zirvələrə ucaldan dahi şəxsiyyət

 

 

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçilik tarixində öz dəst-xətini qoymuş böyük dövlət adamıdır. Heydər Əliyevin ilk fəaliyyət dövrü Sovet İttifaqı dövrünə təsadüf edir. O, SSRİ kimi böyük bir imperiyanın rəhbərliyinə yüksəlmiş müsəlman dövlət xadimi idi.

Öz prinsipiallığı ilə seçilən rəhbər kimi Heydər Əliyev Azərbaycanı bütün dünyada tanıtdı, eyni zamanda millətimizin adını yüksəklərə ucaltdı. Heydər Əliyevin fəaliyyətinin sonrakı mərhələsi isə müstəqillik dövrünə təsadüf etdi. Naxçıvanın blokadada olduğu bir vəziyyətdə muxtar respublikada rəhbərliyə seçildi xalqın ümidlərini doğrultdu, Naxçıvan camaatını çətin vəziyyətdən çıxara bildi.

Ulu Öndərin sonrakı fəaliyyəti 1993-cü ildən Azərbaycan rəhbərliyində təmsil olunması ilə başladı. İlk növbədə Milli Məclisin Sədri, daha sonra Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, müstəqil dövlət quruculuğunda Heydər Əliyev əvəzsiz rol oynadı. Ərazilərimizin işğala məruz qaldığı həmin dövrdə ölkəni ayaqda tutmaq üçün ciddi addımlar atmaq lazım idi.  Elə həmin vaxtlar "Əsrin müqaviləsi" gündəmə gəldi. Ölkəmizi inkişafa aparan həmin müqavilənin imzalanması üçün isə ciddi əmək, böyük təşkilatçılıq qabiliyyəti uzaqgörənlik tələb olunurdu. Heydər Əliyev bunun da öhdəsindən gəldi, çətin maraqların kəsişdiyi bir vaxtda "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu.

1994-cü ildən etibarən Heydər Əliyevin ciddi əməyi sayəsində ordumuz möhkəmlənməyə başladı. Dövlətimiz bununla zaman qazandı, qüvvələr səfərbər edildi, güclü ordu quruculuğuna nail olundu nəticə etibarilə hələ 90-cı illərdən başlanan tərəqqi bizi 44 günlük Vətən müharibəsində şanlı Zəfərə qədər apardı.

Heydər Əliyev irsini uğurla davam etdirən onun siyasi varisi İlham Əliyevin prezidentlik fəaliyyəti dövrü Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir.  Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək xalqımızın ən ümdə arzusunu reallaşdırdı, ölkəmizin suverenliyini ərazi bütövlüyünü tam bərpa etdi.

Ulu Öndərin layiqli davamçısı kimi İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndiririk. Müzəffər Ali Baş Komandanın dövlət idraəetməsi, etiket məsələləri, daxili xarici siyasət strategiyaları Azərbaycanı daim zirvələrə ucaldıb. Fikrimcə, dövlətçiliyimizin qorunması naminə bundan sonra da atılacaq addımlarda uğurlara imza atmaq üçün Heydər Əliyev məktəbini öyrənmək, onun irsini davam etdirmək lazımdır.

 

Elşad MUSAYEV,

Böyük Azərbaycan Partiyasının sədri

Azərbaycan.-2024.- 10 may, № 96.- S.10.