"Dostluğun siması" sənədli filminin "Heydər Əliyev - Gürcüstan" kitabının təqdimatı olub

 

 

AMEA-nın Rəyasət Heyətində Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş, Gürcüstanın "Dalğa" televiziyasının "ERA" film studiyasının birgə ərsəyə gətirdiyi "Dostluğun siması" sənədli filminin "Heydər Əliyev - Gürcüstan" kitabının təqdimat mərasimi keçirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə dünyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş silsilə tədbirlərin keçirildiyini, bu təqdimat mərasiminin Ulu Öndərin əziz xatirəsinə ithaf edildiyini bildirib.

Ulu Öndərin dünyada sülhün qorunmasına təhlükəsizliyin təmin edilməsinə misilsiz töhfələr verdiyini deyən AMEA rəhbəri dahi liderin Qafqazda həyata keçirdiyi siyasətin təməlində birliyin əmin-amanlığın dayandığını söyləyib.

Prezident İlham Əliyevin Ümummilli Liderin ideallarını inkişaf etdirərək daha da zənginləşdirərək ölkəmizi dünyada söz sahibi olan dövlətlərdən birinə çevirdiyini deyən İ.Həbibbəyli bugünkü Azərbaycanın uğurlarının təməlində dahi liderin arzularının dayandığını vurğulayıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin liderliyində hər birimizin arzusuna çevrilmiş Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub, bütün ölkə ərazisində Dövlət bayrağımız ucaldılıb.

Ümummilli Liderin həm Azərbaycana dost etibarlı tərəfdaşlar qazandırdığını deyən AMEA rəhbəri bunların içərisində Gürcüstanın xüsusi yer tutduğunu söyləyib. Qeyd edib ki, müasir dövrdə bu dostluğun təməllərini Ümummilli Lider Heydər Əliyev Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadze atıb hər iki lider "Qafqaz evi"nin yaranmasına daim qorunmasına çalışıb.

Əməkdar jurnalist Şahismayıl Şəmmədoğlunun müəllifi olduğu "Heydər Əliyev - Gürcüstan" kitabını ssenari müəllifliyi ilə çəkilən "Dostluğun siması" sənədli filmini yüksək qiymətləndirən İ.Həbibbəyli filmdə gürcü ziyalıların Ulu Öndər haqqındakı ali fikirlərinin iki ölkə arasındakı bugünkü münasibətlərin göstəricisi olduğunu bildirərək kitabın sənədli filmin elmi əhəmiyyətini diqqətə çatdırıb.

Gürcüstan Stateji Araşdırmalar Mərkəzinin sədri Levan Mamaladze "Heydər Əliyev Gürcüstan" filminin əhəmiyyətindən bəhs edib. Ümummilli Lider Heydər Əliyevin siyasətinin Prezident

İlham Əliyev tərəfindən uğurla aparıldığını, ölkənin ərazi bütövlüyünün bərpa edilməsinin bütün dünya, o cümlədən Gürcüstan üçün unikal nümunə olduğunu vurğulayan Levan Mamaladze bu tarixi hadisələrin ümumilikdə Qafqaz üçün əhəmiyyətindən danışıb.

Digər çıxış edənlər Azərbaycan-Gürcüstan əlaqələrindən, Ulu Öndərin Qafqaz siyasətindən danışıb, filmin kitabın ərsəyə gəlməsini yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra ssenari ideya müəllifi, həmçinin prodüseri Şahismayıl Şəmmədoğlu, quruluşçu rejissorları isə Elnur Vəlizadə Georgi Toradze olan "Dostluğun siması" sənədli filmi nümayiş etdirilib.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 10 may, № 96.- S.20.