"Fransadan regionda vəziyyəti gərginləşdirməməyi sülhə maneə olmamağı tələb edirik"

 

 

"Fransanın Ermənistandakı səfiri, azərbaycanofob Olivier Dekotini "Azadlıq" radiosunun erməni xidmətinə mayın 8-də verdiyi müsahibəsində bir daha məsuliyyətsiz destruktiv bəyanatlar səsləndirərək, regiondakı vəziyyəti gərginləşdirməyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət dinamikanı pozmağa çalışıb.

Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını hücum niyyətində olduğunu iddia edən səfir yaxşı bilir ki, bütün bunlar Fransanın Cənubi Qafqaza soxulması, Ermənistana silah satışına haqq qazandırmaq üçün ortaya atdığı uydurmadır".

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda həmçinin deyilir: "Dekotininin Azərbaycanın Qarabağ bölgəsindən köçüb getmiş ermənilərin qayıdışı ilə bağlı beynəlxalq instansiyaların guya dəstəyinin olmasına dair sərsəmləməsi ilə əlaqədar olaraq, icma ilk növbədə Fransanın Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyi qınayır. Bundan əlavə, "beynəlxalq instansiyalar" təkcə islamofob, korrupsioner Avropa Parlamenti deyil. "Beynəlxalq instansiyalar" həm bu günlərdə keçirilmiş Bancul sammitində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışı barədə birmənalı qərar verən İslam Əməkdaşlıq Təşkilatı ona üzv olan 57 ölkədir.

Dekotinin Parisin məsləhətləşmə üçün geri çağırdığı təkrar Bakıya geri göndərdiyi səfir Ann Buayonun harada olması barədə suala verdiyi cavab bütün diplomatik normalardan kənar, ucuz cılız xarakter daşımaqla, onun şəxsən özünün Fransanın destruktiv yanaşmasını ortaya qoyur. Faktiki olaraq, Fransa siyasiləşmiş erməni kilsəsinin "ruhaniləri"nin hazırda Ermənistanda apardıqları dini radikalizmini, revanşizmi antisülh fəaliyyətini dəstəkləyir. Fransız səfirin "ermənidən çox erməni" olmaq istəyi, Azərbaycanın əleyhinə yersiz "atmacaları", özünü "dövrün Taleyranı" hesab etməsi acınacaqlıdır.

Qərbi Azərbaycan İcması Fransadan destruktiv siyasətindən əl çəkməyi, regionda vəziyyəti gərginləşdirməməyi sülhə maneə olmamağı tələb edir".

 

Azərbaycan.-2024.- 10 may, № 96.- S.20.