Azərbaycanın beynəlxalq miqyasda artan güc nüfuzunun növbəti təzahürü

 

Yaşıl dünya naminə həmrəylik ili 2024

 

 

Bu gün Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Cənab İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyuldu, 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" "yaşıl artım"la bağlı sənəd qəbul edildi. Bu isə "yaşıl iqtisadiyyat"a keçidlə bağlı qarşıya yeni hədəflər qoydu. Bu hədəfləri uğurla icra edən Azərbaycan ötən dövrdə ən böyük  layihələrə evsahibliyi etdi. 

COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti dəfə böyük etimad inamın göstəricisidir. Dünya birliyinin Azərbaycana göstərdiyi inam etimad isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili xarici siyasətin nəticəsidir. Ölkəmiz artıq dünyada söz sahibinə çevrilib. Faktlar da təsdiqləyir ki, son 20 ildə dövlətimizin başçısının həyata keçirdiyi müstəqil siyasət nəticəsində Azərbaycanın reytinqi artıb dünya miqyasında çox güclü mövqelərə sahib olub. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə ən tutarlı cavabdır.

Bu reallıqdır ki, qələbədən qısa vaxt keçəndən sonra da ölkəmiz beynəlxalq tədbirlərin, eləcə nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrildi. Bunun nəticəsidir ki, mötəbər beynəlxalq təşkilatların rəhbərləri öz tədbirlərinin Azərbaycanda keçirilməsini təsadüfən müəyyənləşdirmirlər. Son illər Azərbaycanın dünyada sabit məkan kimi tanınması da buna imkan verir.

24 aprel 2024-cü ildə ADA Universitetində "COP29 Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda Prezident  İlham Əliyev dərinməzmunlu  çıxışında: "...Biz uğura uğur əlavə edirik ən azı həm Azərbaycanda, həm regionda hər kəs anlayır ki, bunlar təsadüfi hadisələr deyil. Bütün bu işlər düşünülmüş siyasətin, strategiyanın, düzgün taktikanın siyasətimizin, diplomatiyamızın bir sıra digər aspektləri üzərində qurulub... Atdığımız addımların nəticələrinin daha bir nümunəsi sərhədin delimitasiyasıdır. Əlbəttə, iki ölkə, xüsusilə iki xalq arasında daha çox etimadın artırılması üçün görüləcək işlər çoxdur. Lakin burada əsas məsələ tendensiyanın nədən ibarət olması, hansı istiqamətdə irəliləməyimizdir söylədiklərimin bariz nümunələri var. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının sülh danışıqlarında irəliləyişin nəticəsidir" - deyə əsas reallıqları diqqətə çatdırdı. Dövlət başçısı eyni zamanda COP29-a Azərbaycanın  evsahibliyi etməsini  ölkəmizin  ekoloji   problemlərlə  ciddi məşğul olmasının, 1994-cü ildən bəri bütün neft əməliyyatlarının, beynəlxalq ətraf mühit mühafizəsi standartlarına  əsasən aparılmasının, investorların dünyanın aparıcı şirkətlərinin olması ətraf mühitə diqqətlə yanaşmanın  nəticəsində mümkün olduğunu bəyan etdi.

Beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu evsahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan reytinqini getdikcə artırıb. Bütün bunlar, təbii ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət diplomatik məharət nəticəsində mümkün olmuşdur. Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə prosesinə ciddi töhfə verən ölkə kimi tanınması da onun COP29-a evsahibliyi etmək imkanını daha da gücləndirdi. Azərbaycanın bu sahədə uzun illərdir həyata keçirdiyi ardıcıl siyasət layihələr, enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək günəş enerjisi stansiyalarının qurulması baxımından gördüyü böyük işlər bəhrəsini verdi.

 

 

 

"Yaşıl enerji"yə keçid əsas hədəf kimi

 

 

 

Ölkəmizin bu tədbirə evsahibi kimi seçilməsi həm onu göstərdi ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Tədbirin Azərbaycanda keçirilməsi isə onun bu istiqamətdə daha da tanınmasına beynəlxalq mövqeyinin möhkəmlənməsinə geniş imkanlar açacaqdır. Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçid iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər bu istiqamətdə gördüyü işlər daha böyük qlobal auditoriyanın diqqətinə çatdırılacaq. Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı, əsrin ortasına qədər 1990-cı illə müqayisədə Azərbaycan karbon emissiyasını 40 faizə qədər azaldaraq beynəlxalq istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşısına məqsəd qoyub.

Bu gün Azərbaycanın "yaşıl enerji" təchizatçısına çevrilməyi əsas hədəflərdəndir. Artıq Azərbaycan Gürcüstan, Macarıstan Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə "yaşıl enerji"nin Avropaya ixracı layihəsini icra etməkdədir. COP29-un Azərbaycanda keçirilməsi bu prosesin davamıdır ölkəmizin "yaşıl enerji"yə keçid bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasında böyük rol oynayacaq.

COP29 beynəlxalq konfransında iştirak etmək üçün təqribən 100 min nəfərə qədər xarici qonağın ölkəmizə səfəri gözlənilir ki, bu da dövlətimizin, xalqımızın növbəti böyük uğuru, Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "Yaşıl gündəliyimiz"in mövcudluğunun dünyaya sübutudur. Ötən illər ərzində xarici tərəfdaşlar sərmayədarlarla "yaşıl keçid" üzrə nəhəng layihələrə start verilməsi bunun göstəricisidir.

Bu il 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində COP29-a evsahibliyi edəcək ölkənin rəhbəri kimi Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı deyilənləri bir daha təsdiq etdi: "COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq ya onları gücləndirmək, eləcə onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq".

 

 

 

Gözləntilər, hədəflər

 

 

 

Azərbaycan uzun illər ərzində neft qaz ehtiyatlarının ixracından əldə etdiyi gəlirləri səmərəli istifadə etməklə öz iqtisadiyyatını inkişaf etdirib iqtisadi müstəqillik əldə edib. İndi isə bu ehtiyatlar hesabına Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməklə öz mövqeyini daha da möhkəmləndirə təsir dairəsini daha da genişləndirə bilər. Bu baxımdan, COP29-un Azərbaycanda keçirilməsi onun bu mövqeyinin möhkəmlənməsi bu istiqamətdə gördüyü işlərin, əldə etdiyi nəticələrin təbliği baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda sessiyanın Bakıda keçirilməsi Azərbaycanda özəl sektorun bu prosesə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu da azərbaycanlı sahibkarların qlobal səviyyədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına şərait yaradacaq. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərinə qeyri-neft sektorundan asılılığın azaldılması enerji təhlükəsizliyinin təmin edilməsi ilə bərpaolunan enerji mənbələrinin rolunun artırılması da aiddir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan "yaşıl enerji"yə keçidə hazırlaşmaqdadır. COP29 tədbiri həmin keçidin daha səmərəli icrası ilə bağlı strategiyaların görülməsi zəruri olan tədbirlərin müəyyən edilməsi baxımından faydalı platformadır. Sessiya çərçivəsində dünyanın bu keçidlə bağlı daha çox təcrübəsi olan ölkələri ilə fikir mübadiləsinin aparılması təcrübələrin bölüşülməsi Azərbaycanın "yaşıl enerji"yə keçid prosesinə öz töhfəsini verəcək.

Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə aparmasının bu məsələyə böyük diqqət ayırmasının göstəricilərindən biri 2030-cu ilə qədər müəyyən etdiyi beş istiqamətdən birinin "Təmiz ətraf mühit yaşıl artım ölkəsi" prioritetinin olmasıdır. Həmçinin Qarabağın sahib olduğu bərpaolunan enerji resursları Azərbaycanın "Təmiz ətraf mühit yaşıl artım ölkəsi" prioritetinin icrasına, qlobal "yaşıl enerji" çağırışlarına cavab verməyə ətraf mühitin qorunmasına ciddi töhfə verəcək. Bu baxımdan, COP29 həm işğaldan azad edilmiş ərazilərdə görülən işlərin bu ərazilərin sahib olduğu bərpaolunan enerji mənbələrinin dünya üçün əhəmiyyətinin təbliği baxımından da faydalı platformaya çevriləcək. Cənab İlham Əliyevin fikirləri ilə desək: "COP29-un əhəmiyyəti ondadır ki, biz dünyaya söyləyəcək sözlərimizi, həqiqət hekayəmizi  olduğu kimi dünyaya çatdıra biləcəyik. On minlərlə qonağın gəlməsi, iki həftə Azərbaycanda olması imkan verəcək ki, hətta ilk dəfə Azərbaycana gələnlər belə vəziyyəti qiymətləndirmək imkanı əldə etsin, bizim planlarımızın nədən ibarət olduğunu bilsin... COP29 bunun gözəl nümunəsidir".

 

 

 

Reallıq

 

 

 

Bəli, COP iqlim dəyişikliyi ilə mübarizədə vacib olmağı ilə yanaşı, həm dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycanın qazandığı bütün bu uğurlar Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik uzaqgörən siyasətin nəticəsidir. Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Azərbaycanın artıq beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində böyük təcrübəsi var bu da ölkəmizə yetərincə müsbət imic qazandırıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm ona görə əhəmiyyətlidir ki, bu, dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək.

 

Arzu ABDULLAYEV,

Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan.-2024.- 12 may, ¹ 98.- S.11.