Abşeron yaşıl diyara çevrilir

 

 

Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi abşeronluların yeni yaşıllıqlar salmaq onları qorumaq həvəsini birə-beş artırıb. Abşeron Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planı da məhz bu ovqatdan doğub.

Məlumdur ki, paytaxtın bir addımlığında yerləşən bu rayondan keçən yollar beynəlxalq əhəmiyyət daşıyır. Odur ki, bu ərazilərdə ağacəkmə kampaniyasına xüsusu diqqət yetirilir. Yanvar fevral aylarında yol kənarlarındakı, park xiyabanlardakı qurumuş ağaclar kəsilərək onların yerləri yeni yaşıllıq salmaq üçün hazırlanıb. Aksiya zamanı həmçinin beynəlxalq əhəmiyyət daşıyan yolların Abşeron rayonundan keçən hissələrinin, eləcə yerli əhəmiyyətli yolların daxili küçələrin kənarları məişət tullantılarından alaq otlarından təmizlənib. Tullantılar xüsusi texnikalar vasitəsilə ərazidən daşınıb.

Yaşıllaşdırma tədbirləri mütəmadi xarakter alıb. Növbəti tədbirlər çərçivəsində yol kənarlarında ümumilikdə 1000-dən çox müxtəlif növ ağac əkilib. Yeni əkilmiş ağaclar suvarılıb, onlara üzvi gübrə verilib lazımi aqrotexniki qulluq göstərilib. Bundan əlavə, rayonun Abadlıq Kommunal Xidmətlər İdarəsi tərəfindən küçə parklarda ümumi səliqə-sahman yaradılıb, ağacların gövdələri ağardılıb. Paralel olaraq, Saray, Mehdiabad, Masazır, Novxanı digər qəsəbələrdə yolların kənarına ağaclar əkilib, onların becərilməsi əlaqədar təşkilatlar tərəfindən nəzarətə götürülüb. Şəhidlərin adına çəkilmiş bulaqların ətrafında yaşayış komplekslərinin həyətyanı sahələrində təmizlik işləri aparılıb, yeni ağaclar gül kolları əkilib. Hazırda rayon mərkəzinin təmir ediləcək küçələrində, orta məktəblərin qarşısında həyətində eyni tədbirlər həyata keçirilir. Yaşıllıqların artırılması məqsədilə rayonun Sumqayıt istiqamətindəki yollarında da müxtəlif növ ağaclar basdırılıb.

Abşeron ölkəmizin yaşıllığı nisbətən az olan rayonlarından olsa da, belə tədbirlərin nəticəsində tədricən gözoxşayan yaşıl diyara çevrilir. Odur ki, bu tədbirlərə idarə təşkilatlarla yanaşı, sakinlər geniş dəstək verirlər. Qəsəbə yaşayış massivlərinin sakinləri yaşadıqları ərazidə yaşıllıq salır, ağac əkir, gül becərirlər. Bu hesaba təkcə son bir neçə gün ərzində rayonun kənd qəsəbələrində torpağa yüzlərlə fidan basdırılıb. Əkilən hər ağaca aqrotexniki qaydada xidmət göstərilir. Onların suvarılmasını isə sanki son günlər yağan yağış öz öhdəsinə götürüb. Həyata keçirilən aksiyalar zamanı ərazidə həmçinin təmizlik abadlıq işləri aparılır. Saray, Novxanı digər qəsəbələrdə əkilən fidanlar üçün ayrıca su xətti çəkilib, onların qorunması xüsusi nəzarətə götürülüb.

Ekologiyanın mühafizəsi yaşadığımız dövrün ən aktual problemlərindəndir. Bu ilin sonunda COP29-un ölkəmizdə keçirilməsi bu sahədə təkcə hər bir şəhər rayonun deyil, hər birimizin çiyninə məsuliyyət yükü qoyur. Abşeronlular bunu yaxşı dərk edirlər. Rayon ərazisində yaşıllıqların genişləndirilməsində məqsəd məhz ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyətin təbliğ edilməsi təbiətə qayğının artırılmasıdır. Onu da qeyd edək ki, ekoloji tarazlığın qorunması istiqamətində işlər davamlı olacaq. Abşeronluların qərarı ənənəni davam etdirmək, yaşadıqları ərazini yaşıl diyara çevirməkdir.

 

Akif ƏLİYEV,

Azərbaycan.-2024.- 12 may, № 98.- S.12.