Hər  ilməsində bir həyat var

 

 

Şuşa islam dünyasının mədəniyyət paytaxtıdır

 

Şuşa tarixən Qarabağın əsas xalçaçılıq mərkəzlərindən biri olub. Əl işi texnologiyası, möhtəşəm dizaynı gözəl rəngləri ilə daim diqqət çəkib. Bu şəhərdə xalça toxuculuğu XIX əsrdə tərəqqi dövrü keçib.  Şuşa Qarabağ xalçalarının istehsal əsas satış məntəqəsinə çevrilib. Gözəlliyi, rəngarəngliyi ilə hər zaman seçilən Şuşa xalçaları Azərbaycanın zəngin mədəni irsinin parlaq rəmzidir dünya səviyyəsində dəyərləndirilir.

Şuşa qrupuna aid "Malıbəyli", "Ləmpə", "Bağçada güllər", "Bulud", "Saxsıda güllər" "Nəlbəki gül" xalçaları hündür xovu, əlvan, şux koloriti, nazik incə toxunuşu ilə seçilir. Bu ərazilərdə xanlara məxsus sarayların bəzədilməsi üçün böyükölçülü xalılar toxunmuşdur. "Bulud", "Bağçada güllər", "Saxsıda güllər" adlı Şuşa xalçaları məşhurdur.

Şuşa şəhərinin yaşlı ustaları Qarabağ tipinə aid xalçalara "Qoca" adını vermişlər. Əvvəllər xalçalar "Xocavənd", "Xocan", daha sonra isə "Qoca" adı ilə tanınıb. Vaxtilə belə nümunələr xüsusi sifarişlə toxunurdu. "Qoca" digər yerlərdə toxunan xalçalarla müqayisədə daha mürəkkəb yüksəksəviyyəli bədii naxışlara malik olub. Bu xalçalar iri ölçüdə idi. Son zamanlar uzunsov kiçikölçülü "Qoca" xalçaları da toxunur. Ənənəvi kompozisiyası geniş bir simmetriya quruluş prinsiplərinə əsaslanır. Xalçanın əsasında ənənəvi Azərbaycan rəngləri istifadə olunur: qırmızı, boz,  yaşıl sarı. Bəzəklər geniş bir nümunə motofonu ilə tanınır əsasən geometrik formalar, rənglərin harmoniyası kontrastları ilə diqqət çəkir. Bu bəzəklər xalçanın hər iki tərəfinə oxşar şəkildə tətbiqlənir simmetrik dizayn edilir. Xalça əl işi texnologiyaları ilə yaradılır geniş bir keyfiyyət standartına malikdir. Şuşa şəhərinin ən məşhur xalça nümunələrindən biri kimi tanınır Azərbaycanın zəngin mədəni irsinin bir simvolu olaraq qiymətləndirilir.

"Bağçada güllər" XIX əsrin ikinci yarısından Şuşa xalçaçılıq mərkəzində toxunurdu. Əvvəllər bunları "Güllü yaylıq" adlandırırdılar. Qarabağ məntəqələrində yayılandan sonra isə indiki "Bağçada güllər" adı ilə tanınıb. Güllü naxışlar XIX yüzilliyin üçüncü rübündən etibarən artıq təkcə kiçik xalçalarda deyil, dəstxalı-gəbələrdə tətbiq olunmağa başlanıb. "Bağçada güllər" xalça sənətinin ən gözəl nümunələrindən biridir, ənənəvi xüsusiyyətlərə malikdir. Bu xalçanın ən gözəl tərəflərindən biri rənglərin zənginliyidir. Al-qırmızı, sarı qəhvəyi tonlarla incə işlənmişdir. Texniki olaraq "Bağçada güllər" xalçası əl işi texnologiyaları ilə hazırlanır.

"Bulud" xalçası belə adlanmasına baxmayaraq, kompozisiyada bulud təsvirinə aid heç bir nümunə yoxdur. Xalçaya diqqətlə baxsaq, qarışıq şəkildə güllərdən ibarət olduğunu görə bilərik. Ornamentlərin qarışıq formada yerləşdirilməsi onu buluda bənzədir. Yerli çeşniyə uyğunlaşdırılaraq toxunur, iri yarpaq elementlərdən təşkil olunur, həmin hissələrə parlaq çiçək təsvirləri yerləşdirilir. Xalçanın haşiyəsi bu tərzdə tərtiblənir, istifadə edilən rəng palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. "Bağçada güllər" xalçası ilə eyni zamandan qaynaqlanır. Orta sahədə qoyulmuş medalyon formalı element Avropa dekorativ incəsənətinin bütün sahələrində istifadə olunan ornament tipidir.

Şuşa xalçalarının Azərbaycan mədəniyyətində olduğu kimi, bütün dünyada da zəngin mədəni tarixi yeri var. Bu qrupa aid xalçalar tarixi əlyazma xalça sənətinin birləşdiyi bir nümunədir. Dünya mədəniyyətində Şuşa xalçası Azərbaycanın sənət ədəbiyyat mirasını təmsil edir onu beynəlxalq aləmə tanıdır. Bu xalçalar tarixi mədəni baxımdan önəmli bir simvoldur   dünya mədəniyyətində əhəmiyyətli mövqeyə malikdir.

 

Qurban MƏMMƏDOV

Azərbaycan.-2024.- 12 may, № 98.- S.15.