"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin on yeddinci abzasında (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin on yeddinci abzasında (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin on yeddinci abzasında (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;

1.4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.1-ci maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.5. həmin Məcəllənin 102.1.1-ci maddəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 102.1.1-ci maddəsində (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997,     № 5, maddə 349 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2-1-ci bənddə "üçüncü abzasında" sözləri "birinci hissəsinin üçüncü     on yeddinci (ikinci halda) abzaslarında" sözləri ilə əvəz edilsin;

3.2. 2.4-cü bənddə "maddəsinin üçüncü" sözləri "maddəsinin birinci hissəsinin üçüncü, on yeddinci (hər iki halda)" sözləri ilə əvəz edilsin;

3.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

"2.5-1. həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin on yeddinci abzasında (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;";

3.4. 2.6-cı bəndə "15-ci maddəsinin" sözlərindən sonra "birinci hissəsinin" sözləri əlavə edilsin.

4. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bəndə "101.1-4-cü" sözlərindən sonra ", 102.1.1-ci (hər iki halda)" sözləri əlavə edilsin;

4.2. 1.7-ci bəndə "101.1-4-cü" sözlərindən sonra ", 102.1.1-ci (ikinci halda)" sözləri əlavə edilsin;

4.3. aşağıdakı məzmunda 1.10-1-ci bənd əlavə edilsin:

"1.10-1. həmin Məcəllənin 102.1.1-ci maddəsində (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;".

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2024-cü il

 

Azərbaycan.- 2024.- 14 may, № 99.- S.3.