Sənaye parkları flaqmanının 12 yaşı tamam oldu

 

 

SKSP-nin davamçıları işğaldan azad edilmiş əraziləri seçirlər

 

 

 

Hazırda dünya iqtisadiyyatında sənaye parkları istehsal xidmət sahəsində önəmli rol oynayır. Səbəb bu sahədə fəaliyyət göstərən sahibkarlara bir çox güzəştlərin edilməsidir. Başqa sözlə desək, investorlar yatırdıqları sərmayənin əvəzində tez bir zamanda gəlir əldə etmək istədiklərindən onların sənaye parklarına böyük maraqları var.

Azərbaycanda da qeyri-neft sektorunun inkişafı istiqamətində atılan mühüm addımlardan biri sənaye parklarının yaradılmasıdır. təbii ki, ölkəmizdə bu sahəyə investisiya qoyan sahibkarlara bir çox güzəştlər olunur. Buna görə ötən qısa müddətdə 7 sənaye parkı, 5 sənaye məhəlləsi yaradılıb.

Ötən dövr ərzində sənaye zonalarında ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 3,35 milyard manatlığı ixraca yönəldilib. 2023-cü ilin birinci yarısında sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 16,5, qeyri-neft sənaye məhsullarının ixracında isə 20,7 faiz olub. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib. Bu statistik rəqəmlər onu göstərir ki, ölkənin sənayeləşməsində qeyri-neft sənayesinin inkişafında uğurlar az deyil. Prezident İlham Əliyevin apardığı real iqtisadi islahatlar isə ondan xəbər verir ki, bu uğurlar davamlı olacaq Azərbaycan yaxın gələcəkdə qarşısına qoyduğu məqsədə çatacaq.

Keçən ilin sonunda ölkəmizdə ilk yaradılan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) fəaliyyətə başlamasının 12 ili tamam oldu. Bu sənaye parkı istehsal həcminə məhsul satışına görə liderdir. Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkı Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılıb. Məqsəd ölkədə innovativ yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq olub.

Sənaye Parkı yaradılarkən 168 hektara yaxın ərazini əhatə edirdi. Hazırda isə parkın ərazisi 583,5 hektardır. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb, burada 6600-dən çox insan daimi işlə təmin olunub. Parkın rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatlıqdan çox hissəsi - təqribən 34,7 faizi ixracın payına düşür. Parkda istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac edilir.

Məlumdur ki, dövlət ölkənin hərtərəfli inkişafı bölgələrdə yaşayan əhalinin işlə təmin olunmasına xüsusi əhəmiyyət verir. Mingəçevir Sənaye Parkının 5 sənaye məhəlləsinin regionlarda yaradılması buna əyani sübutdur. Bölgələrdə yaradılan müəssisələrin müəyyən hissəsində yerli xammaldan istifadə olunması isə digər sahələrin inkişafını da təmin edir.

44 günlük müharibədə tarixi zəfərdən sonra işğaldan azad olunan ərazilərin potensialından istifadə etmək imkanı yaranmışdır. Bu, həm doğma yurdlarına qayıdan insanların məşğulluğunun təmin edilməsi deməkdir. Həmin məqsədlə Ağdam Sənaye Parkından  sonra "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı da yaradılmışdır. Cari il burada yeni müəssisələrin fəaliyyətə başlaması planlaşdırlır. Sənaye parkında 2024-cü ildə fəaliyyətə başlayacaq 2 müəssisəyə ümumilikdə 11 milyon manatdan çox investisiya yatırılacaq. Müəssisələr fəaliyyətə başlayandan sonra onlarda 150-dək yerinin açılması nəzərdə tutulur.

Oktyabrda fəaliyyətə başlaması planlaşdırılan "İmprotex Qarabağ Sənaye Kompleksi" MMC parkın 5 hektar ərazisində minatəmizləyən, xüsusi təyinatlı texnika metal məmulatların istehsalını həyata keçirəcək. Artıq müəssisənin qurulması istiqamətində işlərə başlanıb. Hazırda ərazidə planlama, qazma işləri görülür. İnvestisiya həcmi 7,4 milyon manat olan müəssisədə 124 nəfərin işlə təmin edilməsi gözlənilir. Onların istehsal etdikləri texnikalar işğaldan azad olunmuş ərazilərdə istifadə edilməklə yanaşı, ixracı da həyata keçiriləcək.

Bu il sənaye parkının ərazisində "Holcim Azerbaijan" ASC tərəfindən birinci mərhələdə həcmi 2 min ton olan sement terminalının istifadəyə verilməsi planlaşdırılır. İkinci mərhələdə isə şirkət tərəfindən əmtəə beton quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa ediləcək. İnvestisiya dəyəri 3,4 milyon manat olan müəssisədə 20-dən çox insan daimi işlə təmin olunacaq. İstehsal ediləcək məhsulların daxili bazarda satışı həyata keçiriləcək.

Sənaye Parkında ilk dəfə olaraq "Holcim Azerbaijan" ASC tərəfindən geobrick kərpiclərdən istifadəyə başlanılıb. Hazırda şirkət tərəfindən inzibati binanın tikintisində bu kərpiclərdən istifadə edilir. Növbəti mərhələdə sözügedən kərpiclərdən işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində geniş istifadə olunması nəzərdə tutulur. 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 9 yanvar, № 2.- S.5.