Həqiqəti hesabatda yox, həyatda görmək mümkündür

 

 

Hər deyilən söz doğru olmur, hər yazılan söz həqiqəti əks etdirmir. Həqiqət kəsərli inandırıcı olur. Qərəzli söz, yalan fikir isə elə ilk addımda özünü qabarıq şəkildə göstərir. Bu, istər rəsmi, istərsə qeyri-rəsmi yazışmalarda, bəyanatlarda hesabatlarda özünü büruzə verir.

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti hər il dünyada insan haqları, dini azadlıqlar s. kimi məsələlərlə bağlı hesabatlar dərc edir. Təəssüflər olsun ki, bu hesabatlar heç həmişə reallığı əks etdirmir, yalanlara söykəndiyinə görə faktlar təhrif olunur. Qəribədir ki, ictimaiyyətə təqdim edilən reallıqdan uzaq olan bu hesabatlarda, adətən, eyni ölkələr hədəfə alınır, eyni fikirlər səsləndirilir. Başqa ölkələrə isə "gözünün üstündə qaşın var" deyilmir. 

Bir qayda olaraq həmişə insan hüquqlarından, demokratiyadan bir alət kimi istifadə edən ABŞ-nin bu məsələlərdə səmimi, obyektiv olmadığı ictimaiyyətə çoxdan məlumdur. Dövlət Departamentinin illik hesabatları isə, adətən, qərəzli ikili standartlar üzərində qurulur. Reallıq odur ki, hesabatlar həqiqəti yox, ABŞ-nin görmək istədiklərini əks etdirir. Departamentin dini azadlıqlarla bağlı sonuncu hesabatı qərəzli siyasətin, qərəzli davamından başqa bir şey deyil. Hesabat demək olar ki, cəfəngiyyat yalanlar üzərində qurulub. Üstəlik, hesabatda ABŞ-nin Ermənistana olan sevgisinin bitib-tükənmədiyi hiss olunur.

ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı hazırladığı sonuncu hesabatının Azərbaycana aid hissəsində həmişəki kimi ikili standartlar, hadisələrə siyasi don geyindirilməsi açıq-aydın görünür. Qəribədir ki, dini azadlıqlara aid hesabatlarda Azərbaycana dair səslənən həqiqətdən uzaq olan iddialar fonunda Ermənistanla bağlı iddialar öz əksini tapmır. Vaxtilə qeydiyyatdan keçirilmiş 300-ə yaxın məscidin azərbaycanlılara məxsus bütün dini mədəni irsin, qəbiristanlıqların Ermənistan tərəfindən dağıdılması faktları hesabatda əks olunmur. Halbuki Ermənistan hakimiyyəti ermənilər Azərbaycan torpaqlarını işğal altında saxladıqları illərdə tarixi kilsə məscidləri dağıdaraq yararsız hala salıblar. Ancaq 30 il ərzində Dövlət Departamenti özünə əziyyət verib bunlarla bağlı etirazını bildirməyib.

2016-cı ildə Roma Papası Fransisk ölkəmizə səfəri zamanı Azərbaycanda xristian kilsələrinə hörmətlə yanaşıldığını etiraf etmişdi. Azərbaycan dünyanın bir çox yerlərində, o cümlədən Vatikanda xristianlığa məxsus dini abidələrin bərpası ilə bağlı layihələr həyata keçirib. 2018-ci il sentyabrın 26-da Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş Müqəddəs Sebastyan katakombalarının açılışı olub. Açılış mərasimində vurğulanıb ki, bu katakombalar bütün xristian dünyası üçün böyük əhəmiyyət kəsb edir. Onlar 1578-ci ildə aşkar edilib buradakı bəzi abidələr III əsrə aiddir.

Hesabatla tanış olduqca elə ilk cümlələrindən hiss edirsən ki, onun Azərbaycana aid hissəni ya erməni, ya fransız, ya da onlarla həmfikir olanlar hazırlayıb. Hesabatın müəllifləri ilə maraqlananda görürük ki, ehtimalımız bizi aldatmayıb. Sən demə, Dövlət Departamenti bu qərarı Dini Etiqad Azadlığı üzrə Dövlət Komissiyasının hesabatı əsasında qəbul edib bu komissiyaya Daniela Aşbaxyanın rəhbərlik edir. Adıçəkilən Daniela Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub bir müddət Livanın Los Ancelesdəki konsulluğunda işləyib. ABŞ-nin mövcud qanunlarına görə, başqa ölkəyə çalışan birisinin ABŞ Dövlət Departamentində işləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirak etməsi qadağandır. Belə olan halda öz ölkəsinin qanunlarına əməl etməyən, hörmətlə yanaşmayan Dövlət Departamentinin hesabatına necə inanmaq olar?!

Gün kimi həqiqətdir ki, Azərbaycanda real dini vəziyyət-tolerantlıq hesabatda göstərilənlərin tam əksinədir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü tolerantlıq siyasətinin əsas hədəfi cəmiyyətdə dini, milli həmrəyliyin qorunub saxlanmasıdır. Ölkəmizin çoxəsrlik tarixinə söykənən bu tolerantlıq prinsipləri bütün dünya üçün nümunədir. 1992-ci ildə ölkəmizdə "Dini etiqad azadlığı haqqında" qanun qəbul olunub. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Konstitusiyasında isə yazılıb: "Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək yaymaq hüququ vardır..."

Ölkəmizdə ayrı-ayrı dinlərə aid olan ibadət yerləri sərbəst şəkildə fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev dini bayramlarda onlara təbrik  ünvanlayır, xoş arzularını bildirir. Bir sözlə, ölkəmizdə müxtəlif dinlərin məzhəblərin nümayəndələri azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mehriban ailə kimi yaşayır daim həmrəyliyini qoruyurlar.

Bütün bunlar bir daha onu göstərir ki, Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı qeyd olunanlar, yumşaq desək, həqiqətdən uzaqdır. Bu baxımdan yalandan yoğrulmuş bu hesabatın ölkəmizin dünyada artan nüfuzuna kölgə salmaq məqsədi aydındır. Belə uydurma hesabatları ciddi hesab etməyən Azərbaycan dövləti isə bundan sonra da milli maraqlarına xidmət edən öz dəst-xətini uğurla davam etdirəcək. Qoy beynəlxalq təşkilatlar unutmasınlar ki, həqiqəti əks etdirməyən belə hesabatlarla rəsmi Bakıya təzyiq göstərmək mümkün deyil. Bu, həm ABŞ-nin nüfuzuna ziyan vuran uğursuz bir addımdır.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 9 yanvar, № 2.- S.6.