Qədim tariximizin pozulmayan izləri

 

 

Müdriklər çox yerində deyiblər ki, abidələr tarixin pozulmayan daş yaddaşıdır. Doğrudan da elədir. Hansısa kiçik bir abidə böyük bir xalqın keçmişindən, dünənindən, mədəniyyətindən, mənəvi zənginliyindən xəbər verir. yaxşı ki abidələr zamanın sərt sınaqlarından çıxaraq bu günümüzə qədər gəliblər.

Bəlkə , bu abidələr tarixdən bizə xəbər vermək üçün əbədi olaraq daşlaşıblar. Sanki abidələr mənsub olduğu xalqın mədəniyyətini, mənəviyyatını özündə yaşatmaq üçün dünəndən sabahlara doğru yol gedirlər. Hər daşında, hər parçasında insan əlinin izi qalmış bu abidələr hamımız üçün əziz doğmadır. Çünki bu abidələr ulu babalarımızdan bizlərə miras qalmış ən dəyərli ən qiymətli yadigarlardır. Bəzən bir-birindən bənzərsiz, hamımızı heyrətə gətirən abidələrə baxdıqca fikirləşirik ki, əgər onların dili olsaydı, görəsən, ötənlərdən, keçənlərdən nələr danışardı, nələr deyərdi?

Azərbaycan yer üzündə bəşər sivilizasiyasının yarandığı ən qədim məkanlardan biridir. Uzun illər aparılan arxeoloji qazıntıların nəticələri göstərir ki, bu yerlərdə yaşayan insanlar özlərindən sonraya bir-birinə bənzəməyən yüzlərlə, minlərlə abidə tikib qoyublar. Şükürlər olsun ki, dünya Şərq memarlığının ən gözəl incilərindən hesab olunan həmin abidələrin bir çoxu bu gün qalır. Onları ziyarət  edəndə xəyalən ötən illərə, əsrlərə qayıdırıq.

Təəssüf ki, otuz ilə yaxın müddətdə ermənilər maddi mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin islam mədəniyyətinə aid olan bütün abidələrini vəhşicəsinə dağıtmışdılar. Bəşəriyyətin ilk insan məskənlərindən olmuş Azıx Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanlarından hərbi məqsədlər üçün istifadə edilib. Xocalı, Ağdam, Füzuli, Cəbrayıl başqa rayonlardakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki  qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər erməni işğalçıları tərəfindən məhv edilib.

Dünya mədəniyyətinin ayrılmaz parçası olan Azərbaycan xalqının mədəni irsi çoxəsrlik tarixi keçmişimizdən yadigardır bu tarixi abidələrin mühafizəsi bəşəri əhəmiyyət daşıyır. Məqbərələr, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr keçmişimizin digər maddi yadigarları zamanın sərt sınaqlarına sinə gərib. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatun türbəsi, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Cümə məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Şəki Xan Sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndir. Başqa ölkələrdə olduğu kimi, tarixi abidələrlə zəngin olan Azərbaycanda da 18 Aprel Beynəlxalq Abidələr Tarixi Yerlər Günü qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunub. Bu günü təsis etməkdə əsas məqsəd insanların diqqətini abidələrin tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu istiqamətdə aparılan maarifləndirmə işləri müsbət nəticələr verir.

Arxeoloji qazantılar zamanı Azıx mağarasından tapılmış insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir. Tarixin müxtəlif dövrlərində ölkəmizin ərazisində müxtəlif dövlətlərin yaranması ilə əlaqədar qədim şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları hörülüb. Orta əsrlərə aid abidələr Qız Qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Allah-Allah türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri başqaları nəinki Şərq, hətta dünya memarlığının ən gözəl, ən nadir incilərindəndir.

Abidələrin tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Çünki abidələr xalqın keçmişinə güzgü tutur, onu dünyaya tanıdır yaşadır.

Hazırda dünyada baş verən siyasi proseslər nəticəsində minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr Tarixi Yerlər Gününün təsis olunmasının çox böyük əhəmiyyəti var.

Hər daşında, hər qayasında şərəf dolu tarixi keçmişimizi yaşadan abidələrimizin qorunması gələcək nəsillərə çatdırılması istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılır. Ölkəmizin ərazisində olan, özündə tariximizin kiçik bir parçasını əks etdirən böyüklü-kiçikli bütün abidələrin qorunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Son illər ölkəmizdə tarixi abidələrin bərpası qorunması istiqamətində bir sıra əhəmiyyətli layihələr böyük uğurla icra olunub. Dövlət tərəfindən, bütün sahələrə olduğu kimi, xüsusi tarixi əhəmiyyət daşıyan abidələrə, qalalara, istehkamlara, məbədlərə, təbii qoruqlara xüsusi diqqət qayğı artırılıb. Tarixi-dini abidələrin qorunmasına, təmir bərpasına Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da daim öz töhfəsini verir. İstər ölkəmizdə, istərsə xaricdə dini abidələrin bərpası üzrə layihələr böyük uğurla reallaşdırılır.

İşğal dövründə erməni barbarlarının dağıtdığı abidələrimiz bərpa olunur. Əsrlərin sınağından çıxmış, təbii təsirlərə məruz qalmış nəticədə, qəza vəziyyətinə düşmüş tarixi-mədəniyyət abidələrinin əksəriyyətində konservasiya işləri aparılır. Təbii ki, abidələr daş yaddaşımıza çevrilib hər bir xalqın kimliyini, keçdiyi tarixi yolu xatırladır. Şərəfli tariximizin dünənini özündə yaşadan abidələrin qorunması hər bir azərbaycanlının borcudur.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 9 yanvar, № 2.- S.7.