Yeni il, yeni hədəflər

 

 

Prezident İlham Əliyev dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il münasibətilə Azərbaycan xalqını təbrik etdi. Dövlət başçısı ənənəvi çıxışında xalqa təkcə təbrik sözlərini ünvanlamadı, həm gələcəkdə görüləcək işlərin ürəkaçan anonsunu verdi.

Əslində, yeni ilin gəlişi ilə bağlı dünyada ölkə rəhbərlərinin xalqa müraciəti bir ənənədir. Amma İlham Əliyevin çıxışları hər zaman qlobal müstəvidə unikal hadisə kimi yaddaşlara hopur. Prezident bu dəfə xalq qarşısında çıxış edərək ötən il görülən işlərin hesabatını verdi yeni ildə gözlənilən hadisələrdən söz açdı, həyata keçiriləcək böyük layihələr barədə məlumat verdi.

Təbii ki, görüləcək işlər içərisində ən əhəmiyyətli yerdə Böyük qayıdış proqramı bu çərçivədə 30 ildir öz torpaqlarından ayrı qalan soydaşlarımızın köç prosesi dayanır. Təkcə indiki müraciətində deyil, əvvəlki çıxış görüşlərində Prezident dəfələrlə vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə müasir şəhər, kənd qəsəbələr inşa edilməklə öz ata-baba yurdlarından didərgin düşən insanlara layiq olduqları həyat bəxş olunmalıdır. bu deyilənlər təbii ki, sözdə qalmır. Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng bərpa yenidənqurma işləri nəticəsində çox böyük işlər görülür. Qarabağ Şərqi Zəngəzurda yeni, müasir standartlara cavab verən rahat yollar inşa edilir, tunellər tikilir, yüksəkgərginlikli elektrik xətləri çəkilir, digər infrastruktur qurulur, yaşayış məntəqələri salınır s.

2023-cü ildə görülən işlərə qiymət verən Prezident lokal xarakterli antiterror tədbirlərindən, eləcə 44 günlük Vətən müharibəsindəki məğlubiyyətindən sonra Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırlayıb həyata keçirmək istəməsindən danışmışdır: "Bütün bunlara baxmayaraq, Azərbaycanda separatizmin kökü kəsildi. Sentyabrın 19-da başlamış cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Bütün təzyiqlərə, ittihamlara baxmayaraq separatçı rejim çökmüş, bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış tarixin zibilxanasına atılmışdır. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alındı".

Qarabağ bölgəsində "yaşıl enerji" istehsal etmək üçün münbit imkanlar var. Bu ərazilərdə həm külək, həm günəş enerjiləri üçün potensial böyükdür. Azad olunmuş ərazilərdəki çaylar da ucuz ekoloji baxımdan təmiz enerji verən su-elektrik stansiyalarının yaradılması üçün əlverişlidir. Ona görə həmin ərazilər "yaşıl enerji" zonası elan edilmişdir.

Prezidentin ən vacib mesajlarından biri bu oldu: "2024-cü il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda il ərzində Xocalı Xankəndi sakinləri öz evlərinə qayıdacaqlar". Bu, əlbəttə, gəlişi gözəl sözlər deyil, dövlətin gücündən, qüdrətindən doğan reallığa köklənmiş istəkdir. Çünki Azərbaycanda separatizmin kökü kəsilib bu bəla bir daha bu torpaqlarda baş qaldıra bilməz. Prezidentin builki müraciəti erməni işğalından tamam azad olmuş Azərbaycanın dövlət başçısının çıxışı kimi yaddaşlara hopacaq. Onun təbrik nitqi eyni zamanda "Heydər Əliyev İli"nin başa çatması ilə üst-üstə düşdü. Bəlkə bu, Ulu Öndərin xatirəsi qarşısında bir hesabat idi. Ulu Öndərin 100 illik yubileyi onun görmək istədiyi köçkünsüz Azərbaycanda qeyd olundu. Prezident müraciətində bu barədə belə dedi: "Mən mənim üçün bu əziz günü - atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim dedim ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Mən hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir".

Bu bir həqiqətdir ki, Azərbaycanın beynəlxalq nüfuzu ildən-ilə artır. Ötən ilin dekabrında dünyanın ən böyük qurumu olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci (COP28) sammitində COP29-un gələn il Azərbaycanda keçirilməsi qərara alınmışdır. Bu qərarın dünya ictimaiyyəti tərəfindən Azərbaycana olan böyük hörmət rəğbət olduğunu deyən İlham Əliyev bildirmişdir: "Bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri yaradılacaq bu sahədə Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 - iqlim dəyişikliyinə həsr olunmuş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir".

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesi illər öncə Ulu Öndər tərəfindən başlanılsa da, İlham Əliyev onu hər zaman diqqət mərkəzində saxlayır, dünyanın başqa ölkələrində yaşayan soydaşlarımızın birliyinin daha da möhkəmlənməsini təmin edir. Məhz bu səbəbdən 44 günlük Vətən müharibəsində harada yaşamasından asılı olmayaraq bütün Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha göstərdi.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 10 yanvar, № 3.- S.1;9.