Əməkdaşlıq genişlənir

 

 

Azərbaycan BƏƏ arasındakı "yaşıl enerji" tərəfdaşlığı qısa müddətdə real nəticə verib

 

 

 

30 il əvvəl imzalanan "Əsrin müqaviləsi" ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu, dövlətin zəmanəti ilə sərmayələrin qorunduğunu, sazişlərin  hər bir müddəasına sözsüz əməl edildiyini göstərdi. Odur ki, sonrakı neft qaz layihələri əməkdaşlıq tərəfdaşlıq  əlaqələrimizi daha da genişləndirdi.  3500 kilometrlik "Cənub qaz dəhlizi" Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş  olduğunu bir daha təsdiqlədi. Bunu dünyanın bir çox görkəmli siyasətçisi vurğulayıb.

İndi ölkəmiz "yaşıl iqtisadiyyat"a keçid edir   öz növbəsində bu sahə  Prezident İlham Əliyevin yaratdığı əməkdaşlıq tərəfdaşlıq  platformasını  daha da  genişləndirir möhkəmləndirir. Bərpaolunan enerji sahəsində  uğurlu əməkdaşlıq qurduğumuz ilk ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ).Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ- qəbul olunub.

Qeyd edək ki, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri dərin köklərə dostluğa əsaslanır.  İki ölkə arasında münasibətlərin çoxşaxəli dinamik olması, açıq siyasi dialoqların aparılması iqtisadi sahələrdə, o cümlədən enerji  sektorunda əlaqələrin inkişafına təkan verib. Azərbaycan Respublikası Hökuməti Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2023-cü ilin sonlarında BƏƏ-nin evsahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi bu tədbirdə yüksək səviyyədə iştirakı  ikitərəfli əlaqələrin  bariz nümunəsi  oldu.

Bu il yanvarın 8-də isə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycana səfər etdi. Yanvarın 9-da  Prezident İlham Əliyevin  Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü keçirildi. Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak etdilər.

Səfər çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi  bir daha sübut etdi ki, ölkələrimiz arasında  əlaqələr bir çox istiqamət üzrə uğurla davam edir. Belə  ki, "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu", "ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalandı. "Azərbaycan Respublikasının Energetika Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu"nun, "Azərbaycanın bərpa olunan təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi"nin, "Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi"nin, eləcə "ADNOC SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi"nin  imzalanması  enerji sahəsində  uğurla başlanmış birgə işlərin gələcəkdə daha çox bəhrə gətirəcəyindən xəbər verir.

Xatırladaq ki, keçən il  oktyabrın 26-da işə salınan 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası  bu əməkdaşlığın böyük uğurudur. Stansiya BƏƏ-nin "Masdar" şirkəti ilə birgə tikilib. 2006-cı ildə BƏƏ- yaradılan "Masdar" həmin vaxtdan bəri zəngin təcrübə toplayıb, dünyada günəş külək enerjisinin inkişafına on milyardlarla dollardan çox sərmayə yönəldərək onlarca layihənin iştirakçısı olub. "Masdar" daim təmiz texnologiya innovasiyalarını artırmağa, Yaxın Şərqdə, eləcə dünyada bərpaolunan enerji sektorunun inkişafina mühüm töhfələr verməyə səy göstərir. Azərbaycan şirkətin çalışdığı 40-dan çox ölkədən biridir burada inşa edilən "Qaradağ" Xəzər regionunda MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk günəş-elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. Obyektin şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.

Təsadüfi deyil ki, Birləşmiş Ərəb Əmirliklərinin sənaye qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Bakıda, "Qaradağ" stansiyasının açılış mərasimindəki çıxışında demişdir: "Masdar"ın heç bir layihəsini görməmişəm ki, dörd nazir Birləşmiş Ərəb Əmirliklərinin ən yüksəksəviyyəli nümayəndə heyətinin üzvləri eyni vaxtda iştirak etsin. Bu, həqiqətən böyük bir ehtiramın, hörmətin Sizin ölkənizlə əməkdaşlığımızın nümunəsidir. Cənab Prezident, mən Sizin çox nəcib, xoş sözlərinizi çox yaxşı xatırlayıram. Elə bu ilin əvvəlində Əbu-Dabidə Dayanıqlılıq Həftəsində çıxışınızı yaxşı xatırlayıram. Siz dediniz ki, Azərbaycanın bərpaolunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə bağlı deyildi. Bu, cəsarətli düşünülmüş qərar idi, hətta mən deyərdim, strateji bir addım idi. Bu, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni yerləri yaratmaq, "yaşıl iqtisadi artım" üçün strateji addım idi... Bu layihə ölkələrimiz arasında yaxın münasibətlərin inkişafında möhkəmlənməsində mühüm mərhələdir".

Qeyd edək ki, keçən ay Bakıda Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradılmışdır. İmzalanan ikinci sənəd isə informasiya-kommunikasiya sektoruna aid olmuşdur.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə yanvarın 9-da keçirilən geniş tərkibdə görüşdə bunları bir daha xatırlatmışdır. Prezidentimiz  bu səfərin Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığı möhkəmləndirəcəyinə əminliyini bildirmişdir.

Ali  qonaq  da "İki ölkənin iki xalqın rifahı çiçəklənməsi naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq" fikrini ifadə etmişdir.

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 10 yanvar, ¹ 3.- S.1;9.