Ölkəmizə qarşı qərəzli mövqe tutanlara ən yaxşı cavab

 

 

Azərbaycan çoxəsrlik ənənələrinə söykənən tolerantlıq prinsiplərinə sadiqdir

 

 

 

Öz dövlətinin sərhədlərini xeyirxahlıq, xoş niyyət, xoş güzəran, firavanlıq məqsədilə deyil, qarşıdurmalar yaratmaq, müharibələri alovlandırmaq, milyonlarla insanın dinc həyatına qəsd etmək, ocaqlarını söndürmək, qaçqın vəziyyətinə düşmələrinə, yoxsulluq, aclıq içərisində yaşamalarına səbəb olmaq üçün aşan, eyni zamanda öz ölkəsinin içərisində vətəndaşlarını bərabər tutmayan, irqi ayrı-seçkiliyin hökm sürməsinə şərait yaradan ABŞ-nin, eləcə bir sıra Qərb ölkələrinin demokratiyadan dəm vurmaları qədər gülünc görünürsə, həqiqəti pərdələmək, qara yaxmaq cəhdləri o qədər ədalətsiz qərəzlidir.

Bu qədər yalanlar uydurmaqda, qərəzli olmaqda məqsəd nədir? Həqiqəti açıq-aşkar dananların, onu görməzlikdən gələnlərin söylədiklərindən, etdiklərindən çox diqqəti bu məqamlar çəkir... ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin qondarma xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən edilməsi ilk növbədə bu hesabatı hazırlayanların məramından xəbər verir.

Axı Azərbaycanın müxtəlif millətlərin, fərqli dinlərin nümayəndələrinin qardaşlıq şəraitində yaşadığı bir ölkə olduğunu görməmək mümkünsüzdür. Hər kəsə bəllidir ki, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan tolerantlıq dözümlülük ənənələri ilə zəngindir. Bu gün respublikamızda 2258 məscid, 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. 958-i islam, 37-si isə qeyri-islam (26 xristian, 8 yəhudi, 1 krişna, 2 bəhai)  təmayüllü olmaqla 995 dini qurum dövlət qeydiyyatındadır.

Əsrlərdir ki, bu məmləkətdə bir çox xalqın, millətin, azsaylı toplumun nümayəndələri vahid mehriban bir ailə kimi yaşayırlar. Fərqli dinlərə mənsub olan insanlar dinc şəraitdə, sülh əmin-amanlıq içərisində fəaliyyət göstərirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin qondarma xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən edilməsi ilə bağlı yaydığı bəyanatda bildirilib ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi siyasi manipulyasiya vasitəsindən başqa bir şey deyil. Bəyanatda ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının məlum hesabatlarında bir çox məqamın araşdırılmadığı, qeyri-müstəqil ənənəvi olaraq ermənipərəst mərkəzli məlumatları yayan mənbələrdən istifadə edildiyi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsinin diqqəti cəlb etdiyi qeyd olunub.

Azərbaycanın torpaqlarının iyirmi faizi otuz ilə yaxın Ermənistanın işğalı altında qaldı. Həmin ərazilərdə olan bütün müasir tarixi tikililər, nəinki yerli, hətta dünya əhəmiyyətli abidələr işğalçı ermənilər tərəfindən dağıdıldı, yandırıldı, yerlə yeksan edildi. Erməni vandalları dini abidələrimizə, məbədlərimizə, məscidlərimizə divan tutdular, uçurdular, məhv etdilər. Məscidlərimizi tövləyə çevirdilər. O qədər azğınlaşdılar ki, müsəlman qəbiristanlıqlarına belə əl uzatmaqdan çəkinmədilər, qəbirləri dağıtdılar. Heç bir qanuna, insanlığa sığmayan bu hadisələri ermənipərəst Qərb ölkələri, hər zaman demokratiyadan, insan haqlarından dəm vuran ABŞ "gördü". Təcavüzkar, qəsbkar ermənilərə "gözün üstə qaşın var" deyən tapılmadı.

Ermənistanın otuz ilə yaxın işğal müddətində Azərbaycana vurduğu maddi mənəvi ziyanın qədər böyük olduğunu 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra görə bildik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bəyanatında bu faktlar diqqətə çatdırılıb: "Təkcə onu demək kifayətdir ki, 67 məsciddən yalnız 2-si saxlanılmışdır. Onlardan da Ağdam Cümə məscidi hərbi oriyentir məqsədilə yararsız vəziyyətdə, Şuşadakı Yuxarı Gövhər ağa məscidi qısmən yararlı olub ki, onu da dünyaya özlərini "tolerant" göstərmək məqsədilə İran məscidi kimi təqdim etməyə çalışıblar".

Azərbaycan paytaxtında - Bakının mərkəzində erməni-qriqoryan kilsəsini, eləcə oradakı minlərlə erməni dilində olan kitabları qoruyub saxladı. İşğalçı Ermənistanın silahlı birləşmələri tərəfindən isə işğal etdikləri ərazilərimizdəki 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə dağıdıldı. ermənilər bu cinayətləri törədərkən, sonralar bu faktların heç biri ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatlarında əksini tapmadı. Əvəzində ABŞ Dövlət Departamenti içərisində kök salmış ermənilərə, ermənipərəst dairələrinə qərəzli, ədalətsiz mövqelərini sərgiləmək üçün meydan verdi. Belə olmasaydı, ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsini dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan olan  ictimai xidməti tərəfindən hazırlatmazdı.

Ölkəmizə qarşı qərəzli mövqe tutanlara ən yaxşı cavab Azərbaycanda mövcud olan reallıq, bütün xalqların, etnik azlıqların birlik, bərabərlik, mehribanlıq şəraitində yaşamasıdır. Azərbaycan çoxəsrlik tarixinə söykənən tolerantlıq prinsiplərinə sadiqdir. Prezident İlham Əliyevin hələ illər öncə qeyd etdiyi kimi: "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq. Biz bunu özümüz üçün edirik. Əlbəttə ki, çox istərdik başqa ölkələr bizim təcrübəmizdən  istifadə etsinlər. Başa düşsünlər ki, dinlərarası münaqişə fəlakətə gətirib çıxarır. Başa düşsünlər ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə yaşaya bilərlər, normal qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər, necə ki, Azərbaycanda yaşayırlar".

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 10 yanvar, № 3.- S.1;11.