Yalan qərəzdən yoğrulmuş hesabatda erməni barmağı

 

 

ABŞ hər il Dövlət Departamentinin əli ilə insan haqları, dini azadlıqlar s. mövzularda hesabatlar hazırlatdırır. Bu hesabatların obyektivliyinə görə isə heç kim məsuliyyət daşımır. Ona görə hesabatlara məqsədli qərəzli şəkildə istəsələr yazırlar. Yəni bu hesabatlarda öz maraqlarını güdürlər ondan bir vasitə kimi istifadə edirlər.

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda, guya, dini etiqad azadlığına etinasız münasibət olduğu göstərilir. Adətən, belə qərəzli məsələlərin altından həmişə bir erməni barmağı çıxır. Araşdırma zamanı məlum olub ki, doğrudan da, Birləşmiş Ştatların Dövlət Departamentinin dünyadakı dini durumla əlaqədar azadlıq indeksini , onun Azərbaycanla bağlı reallıqdan uzaq hissəsini erməni millətçisi Daniella Aşbaxyan hazırlayıb. İstər-istəməz sual yaranır ki, nəyə görə Dövlət Departamenti Azərbaycan haqqında hesabat hazırlamağı erməniyə həvalə edir? Məgər o boyda departamentdə başqa bir millətin nümayəndəsi yoxdur? Bütün dünyaya ermənilərin Azərbaycana qarşı düşmənçilik münasibəti məlumdur. O cümlədən, Dövlət Departamentinin . Belə bir vəziyyətdə hesabatın hazırlanmasının erməniyə tapşırılmasının özü qərəzliyə yol açan başlıca amildir. Məsələyə belə qeyri-ciddi yanaşan Dövlət Departamentinin özü ədalət prinsipini pozur. Barmağını da sındırsalar, erməni heç vaxt Azərbaycan haqqında müsbət bir şey yazmaz.   

Hesabatın etnik erməni ABŞ vətəndaşı tərəfindən tərtib olunmasının özü əvvəlcədən düşünülmüş addımdır. Təəssüflər olsun ki, son illər belə hallar ABŞ-nin dövlət qanunvericilik icraedici orqanlarında tez-tez baş verir. Amma məsələ ondadır ki, ABŞ- fəaliyyət göstərən etnik erməni lobbisi diasporu Ermənistanın Qarabağ separatçılarının maraqlarını qorumaq təşviq etməklə məşğul olmasını heç vaxt gizlətməyiblər. Onların təşəbbüsü ilə ABŞ Konqresi Nümayəndələr Palatasında, Senatın Xarici Əlaqələr Komitəsində keçirilən çoxsaylı dinləmələr tədbirlər buna əyani sübutdur. Necə deyərlər, şərhə ehtiyac yoxdur.

Ataların gözəl bir misalı var: "Öz gözündə tiri görmür,  özgə gözündə tük axtarır". ABŞ Dövlət Departamentinin başı xaricdə dini azadlıqlar üzrə məsələləri izləməyə o qədər qarışıb ki, öz daxilində dini etnik nifrətin mövcud miqyasına nəzarət etməyi belə yaddan çıxarıb. ABŞ- cinayətkarlığın, dini etnik zəmində qətllərin nisbəti son illərdə durmadan artır. 2021-ci ildə qətllərin sayı 7 faiz, 2022-ci ildə isə 9 faiz artıb. Yaxşı olar ki, Dövlət Departamenti belə yalançı qərəzli hesabatları hazırlamazdan əvvəl gözünü açıb ətrafına yaxşı-yaxşı baxsın.

Günümüzün reallığı budur ki, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan haqqında yazılan fikirlər yalan cəfəngiyyatdan başqa bir şey deyil. Çünki ölkəmizdəki dini durum, sözün həqiqi mənasında, dünyaya nümunədir bununla bağlı kifayət qədər misallar gətirmək olar. Hesabatın yalan qərəz üzərində qurulması Birləşmiş Ştatların dini özünün xarici siyasətində alətə çevirməsini bir daha təsdiqləyir. Birləşmiş Ştatların belə hesabatları hazırlamaqda məqsədi bütün istiqamətlərdə daim inkişaf edən, getdikcə dünyada söz sahibinə çevrilən Azərbaycanın üzərinə kölgə salmaqdır. Amma ABŞ unutmasın ki, Günəş çıxanda kölgələr yox olur. 

Bu gün Azərbaycan Cənubi Qafqazda lider mövqeyə sahibdir. Bu liderliyin həm mükəmməl multikultural örnəkləri dayaqları var. Bəs, nəyə görə Birləşmiş Ştatlar hazırkı reallığı görmək istəmir? Çünki ABŞ Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmir. Buna görə Vaşinqton ölkəmizdən, belə demək mümkünsə, dini antipod düzəltmək niyyətinə düşüb. Azadlıqdan, demokratiyadan dəm vuran Amerika özü reallıqdan uzaq durur. Əsl dinsizlik, həqiqətə etinasızlıq da elə məhz budur.

Azərbaycanda insanların dini etiqad azadlığının təmin edilməsində hər il mütərəqqi yeniliklər baş verir. Qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir, uğurlu islahat aparılır dini icmaların fəaliyyətinə dəstək verilir. Hər il Prezident İlham Əliyev tərəfindən rəsmi qaydada ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır. Bu yardımın əhatə dairəsi bütün dini icmalara, o cümlədən qeyri-müsəlman icmalarına şamil edilir. Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni abidələr bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgələrə səfərləri zamanı mütləq həmin ərazidə yerləşən dini ibadət yerlərini ziyarət edir, dindarlarla söhbətlər aparır, onları dinləyirlər. Öz gözlərində tiri görməyən ABŞ Dövlət Departamenti isə bunları görmək istəmir. Əgər görsə idi, bütün bunları Azərbaycan haqqındakı hesabatda qeyd edərdi.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 11 yanvar, № 4.- S.1-10.