Müasir Azərbaycanın yeni inkişaf dövrü

 

 

Xankəndi zəfəri ilə xalqımızın, dövlətimizin qarşısında parlaq üfüqlər açılıb

 

 

 

"Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır..."

Prezident İlham Əliyevin bu il yerli televiziya kanallarına verdiyi ilk müsahibəsində cəmi bir cümlə ilə mükəmməl şəkildə ifadə etdiyi kimi, Xankəndi zəfəri müasir Azərbaycanın qarşısında yeni parlaq üfüqlər açıb.

2023-cü il sentyabrın 20-də qazanılan qələbə Azərbaycan xalqının, dövlətinin milli hədəflərinə doğru onilliklərin o üzündən çıxdığı, böyük əzm, qətiyyət, qəhrəmanlıq tələb edən ağır sınaqlarla dolu haqq yolunun Zəfər zirvəsi oldu. Heç şübhəsizdir ki,  bu zəfərin Azərbaycanın daha parlaq eralara daşınmasında misilsiz rolu olacaq.

 

 

 

Milli vəzifə yerinə yetirildi

 

 

 

Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti, siyasi əzmi, qətiyyəti, iradəsi nəticəsində Azərbaycan işğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrilib. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib, bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda - bütün ərazilərimizdə dalğalandırılıb. Qarabağda separatizmin kökü birdəfəlik kəsilib.

Xocalıda, Ballıqayada, Ağdabanda, Başlıbeldə digər neçə-neçə şəhər kəndlərimizdə dinc sakinlərimizə qarşı soyqırımı törədən erməni canilər bir-bir həbs edilərək törətdikləri qaniçən əməllərin hesabını vermək üçün Bakıya gətirilərək ədalət məhkəməsinə çıxarılıblar.

Bir sözlə, Azərbaycan illər öncə qarşısına qoyduğu milli vəzifəsinə Xankəndi zəfəri ilə son nöqtəsini qoyub. "Qarabağ Azərbaycandır!" həqiqətindən güc alaraq buna qarşı çıxan istənilən qüvvəyə qarşı layiqincə mübarizə apararaq, döyüşərək, çarpışaraq tarixi ədaləti bərpa edib.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibəsində məhz bu məqama toxunaraq, "Biz əsas vəzifəni, siz qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz" söylədi.

Dövlət başçısı onu da qeyd etdi ki, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin elə bil ki, son nidası idi: "Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq".

 

 

 

Hədəfə doğru inamla

 

 

 

Ancaq bu gün qürurunu, fəxrini yaşadığımız bu qələbələrə yetənə qədər xalqımız, dövlətimiz olduqca çətin, sınaqlarla dolu bir yol qət etməli oldu.

1993-cü, xüsusilə 2003-cü ildən sonra ötən dövrə nəzər salanda görürük ki, torpaqlarının işğal altında olduğu, məcburi köçkünlük problemi yaşandığı üstəlik siyasi, diplomatik müstəvidə bəzi beynəlxalq qurum ölkələrin qərəzi ilə üz-üzə qalaraq daim onlarla haqq işimiz uğrunda mübarizə apardığı dövrün özündə belə Azərbaycan bütün sahələrdə hərtərəfli inkişaf səviyyəsinə yüksəlib. Lakin o da danılmaz həqiqətdir ki, sözügedən problemlərin varlığı ölkəmizin daha sürətli inkişafına başlıca əngəl yaradırdı dövlətimizin qarşısında duran bir nömrəli vəzifə məhz bu maneələrin aradan qaldırılmasından ibarət idi. Məhz ötən 30 ildə bu milli hədəf istiqamətində böyük qətiyyət, əzm iradə ilə dövlətimizin həm daxildə, həm beynəlxalq arenada apardığı məqsədyönlü fəaliyyət sayəsində bu gün artıq yuxarıda sadalanan problemlərin heç biri yoxdur tamamilə həll edilib.

"Son 20 ilin tarixi göz qabağındadır əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi" deyən Prezident İlham Əliyev müsahibəsində hesab etdiyini söylədi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi: "Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni Heydər Əliyev siyasəti davam etdirildi".

 

 

 

Dünyanın nüfuzlu ölkəsi

 

 

 

2020-ci il sentyabrın 27-də başlayan haqq işimizin öncə 8 noyabr Şuşa Zəfəri onun uğurlu davamı kimi 2023-cü ildə Xankəndi Zəfəri ilə məntiqi sonluğuna yetirilməsi Azərbaycanın bütün parametrlərdə sürətli inkişafına birbaşa təkan verib, qarşıda yeni vəzifələrə, yeni hədəflərə yol açıb.

Hər zaman beynəlxalq arenada etibarlı güvənilən tərəfdaş kimi tanınan, qlobal miqyaslı problemlərin həllinə mühüm töhfələr verən Azərbaycanın adı dünyanın nüfuzlu, eləcə güclü ölkələri sırasında çəkilir. Təsadüfi deyil ki,  bu gün istənilən beynəlxalq məsələ ilə bağlı Cənubi Qafqazın şəksiz lideri Azərbaycanın fikri öyrənilir, mövqeyi mütləq nəzərə alınır.

Təbii ki, Azərbaycanın əldə etdiyi bu qalibiyyətlər qardaş dost ölkələri sevindirsə , bunu həzm edə bilməyən bəzi xarici düşmənlərdən xali deyilik. Xüsusilə özlərini dünyanın "supergüc"ləri, "yenilməzlər"i sırasında hesab edən Qərb ölkələrinin timsalında ki bunların başında Fransa gəlir. Həmin ölkələr 30 illik işğal dövründə, eləcə Vətən müharibəsi ondan sonrakı zamanda, Xankəndi zəfərinə qədər, əllərindən gələn riyakarlığı, bədnamlığı etdilər ki, Azərbaycanı haqq yolundan döndərsinlər, amma bacarmadılar. Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi suverenliyini tam təmin etdi. Özü heç bir xarici siyasi təzyiqə boyun əymədən, öz gücü hesabına...

Azərbaycanın siyasi iradəsinə heç cür təsir göstərə bilməyən, qarşılarında daha 1990-cı illərin əvvəllərindəki yox, qüdrətli, güclü, onlara, sözün əsl mənasında, istənilən platformada meydan oxuyan qalib, Zəfər çalmış, yüksələn Azərbaycan olduğunu görən "demokratik" ölkələr isə indi qorxaqların getdiyi yollara əl atırlar. Bunu Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın Fransadakı abidəsinin təhqir olunmasının fonunda da aydın görmək olur...

"...Bu, deyə bilərəm ki, artıq kin, gücsüzlük isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir", - deyə müsahibəsində Prezident İlham Əliyevin vurğuladığı kimi...

 

 

 

Xalqımızın, dövlətimizin ən parlaq Qələbəsi

 

 

 

Müzəffər Lider, mahir siyasətçi, ən ümdəsi vətənpərvər şəxs olan İlham Əliyevin böyük əzm qətiyyətinin nəticəsində son 20 il ərzində Azərbaycan siyasi, iqtisadi, hərbi, diplomatik, ümumiyyətlə, bütün sahələr üzrə möhtəşəm qələbələr, dövlətçilik tariximizdə bənzərinə rastlanmayan zəfərlər qazanıb.

Azərbaycan xalqı Şuşa, Xankəndi zəfərlərini yaşayıb, torpaq nisgilindən qurtulub, şəhidlərimizin qisasının alınmasından mənəvi rahatlıq tapıb.  

Ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin təmin olunması, Xankəndidə bayrağımızın dalğalandırılması ilə tariximizin 30 illik bir dövrünə şanlı yekun vurulub, özündən sonra gələcək minilliklərə doğru parlaq yollar açıb.

Necə ki bunu Müzəffər Lider İlham Əliyev müsahibəsində bir daha dünyaya bəyan etdi: "Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir".

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 12 yanvar, ¹ 5.- S.5.