Latviya -Azərbaycandostluq münasibətləri 100 ildən artıq tarixə malikdir

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə xalqınıza sülh firavanlıq arzulayıram.

Latviya-Azərbaycan dostluq münasibətləri 100 ildən artıq tarixə malikdir, Azərbaycanda çoxsaylı latviyalı yaşamışdır. Biznes sahəsində tərəfdaşlıq sayəsində ölkələrimiz arasında daha sıx əlaqələr qurulmuş, həmçinin gözəl Bakıdan ilhamlanaraq ədəbi, musiqi incəsənət şedevrləri yaradılmışdır.

Qarşılıqlı maraq doğuran sahələrdə dialoqumuz strateji tərəfdaşlığımız dərinləşir. Əminəm ki, birgə səylərimiz Latviya ilə Azərbaycan arasında dinamik mübadiləni daha da inkişaf etdirəcəkdir.

Fürsətdən istifadə edərək, Latviyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə ərazi bütövlüyünə tam dəstəyini bir daha ifadə edirəm. Müstəqillik ərazi bütövlüyü beynəlxalq nizama əsaslanan qaydaların təməl daşlarıdır ölkələr arasında dinc yanaşı yaşamanın, dialoqun qorunub saxlanılması çox vacibdir. Dinc, sabit firavan Cənubi Qafqaz bizim ortaq marağımızdır.

İcazə verin, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirmək əzmində olduğumu ifadə edim. Bu baxımdan mən Sizin 2024-cü ildə Latviyaya səfər etməyinizi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Hörmətlə,

Edqars Rinkeviçs

Latviya Respublikasının Prezidenti

Azərbaycan.-2024.- 12 yanvar, № 5.- S.1.