ATƏT nümayəndələri Bərdədə seçkilərə hazırlığın gedişi ilə tanış olublar

 

 

Son 30 ildə ilk dəfədir ki, respublikamızda prezident seçkiləri  ölkəmizin ərazi bütövlüyü şəraitində keçirilir. 44 günlük müharibənin bir günlük uğurlu antiterror əməliyyatının parlaq qələbə, tarixi zəfər soraqlı nəticəsinin doğurduğu yüksək əhvali-ruhiyyə, yaratdığı xoş ovqat hələ vətənsevdalı könüllərin təsəllisidir.

İşğaldan azad edilmiş  ərazilərdə aparılan möhtəşəm quruculuq  işləri Ermənistan silahlı qüvvələrinin analoqu olmayan vandallıqla dağıtdıqları, viran qoyduqları kəndlərin, şəhərlərin  xarabalıqları üzərində  ucaldılan  müasir tipli "ağıllı" yeni yaşayış məntəqələri, uğurla reallaşan nəhəng infrastruktur layihələri xalqımızın qələbəyə köklənmiş əhvali-ruhiyyəsinə yeni çalarlar qatır.

Xalqımız qarşıdakı 7 fevral növbədənkənar prezident seçkilərinə qalib, qurucu, sülhpərvər əhvali-ruhiyyə ilə gedir. Bu seçki həm ən yaxın keçmişin hesabatı olacaq, qarşıdakı hədəflərimizi müəyyən edəcəkdir. Biz dünyanı heyrətə salan yeni müharibə qaydaları ilə 30 il işğalda inləyən Qarabağı azad etdik. İndi isə Qarabağı Şərqi Zəngəzuru yenidən qururuq. Gündəmdə isə 7 fevral növbədənkənar prezident seçkilərini yüksək  səviyyədə, azad, demokratik şəffaf keçirilməsini təmin etmək kimi son dərəcə məsul şərəfli vəzifə durur.

Ölkəmizin bütün bölgələrində seçkilərə hazırlıq Azərbaycan  Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada davam  etdirilir. Dairə məntəqə seçki komissiyaları növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət tədbirlərin təqvim planına uyğun fəaliyyət göstərirlər.

99 saylı Bərdə şəhər Seçki Dairəsində işlər ahəngdar gedir. Dairə seçki  komissiyasının sədri Dilsuz Nəcəfov söhbət zamanı bildirdi ki, dairə 58 məntəqəni əhatə edir. Məntəqələrin texniki təminatı yüksək səviyyədədir. Seçki məntəqələrinin 17-si şəhərdə, 41-i isə kəndlərdə yerləşir. 11 məntəqədə VEB kamera quraşdırılıb. Bütün məntəqələr zəruri  inventarlarla təmin edilib telefonlaşdırılıb.

Dilsuz Nəcəfov Dairə Seçki Komissiyasının tərkibindən danışarkən onu da bildirdi ki,

9 nəfərdən ibarət komissiyada 3 nəfər Yeni Azərbaycan, 3 nəfər parlamentdə azlıqda olan Böyük Qurtuluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi    Real partiyalarını təmsil edir. Öyrəndik ki, son məlumata görə, dairə üzrə seçicilərin sayı 51.669 nəfərdir. Seçici siyahıları diqqətlə araşdırılır.  Ərazidə yeni qeydə alınan, yaxud köçüb başqa yerlərə gedən vətəndaşların adları dəqiqləşdirilir. Bu isə o deməkdir ki,  seçici sayı dəyişə bilər.

99 saylı Bərdə  şəhər Seçki Dairəsində hazırlıq işlərinin gedişi ilə tanış olarkən burada ATƏT-in ölkəmizdəki uzunmüddətli  missiyasının nümayəndələri  ilə görüşdük. ATƏT-i təmsil edən beynəlxalq müşahidəçilər -  Varela Serra Ella, Speldel Juergen seçki hazırlığı mühiti ilə tanış olmaq üçün rayonlara səfər etmişdilər. Avropalı qonaqlar dairə seçki komissiyasının üzvləri ilə görüşdə məntəqələrdəki mövcud  vəziyyətlə tanışlığın təəssüratlarını bölüşdülər, faydalı təkliflər verdilər. Onlar seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə getdiyini bildirdilər, demokratik tələblərə əməl olunduğunu vurğuladılar.

 

Lazım QULİYEV,

Azərbaycan.-2024.- 12 yanvar, ¹ 5.- S.6.