Şəhidin övladı dünyaya gəlmişdir

 

 

Ərazi bütövlüyümüzün təmin olunmasında öz canından keçən minlərlə igid oğullarımızın arasında Şikar Hüseynov da var.

O, keçən il sentyabrın 19-da başlanan lokal xarakterli antiterror tədbirləri zamanı yüksək peşəkarlıq şücaət göstərmiş, öz xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə igid Azərbaycan oğlu "Vətən uğrunda" medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Bu günlər şəhidin ailəsində böyük sevinc yaşanır. Belə ki, qəhrəman şəhidin övladı dünyaya gəlmişdir. Goranboy rayonunda doğulan körpəyə Mələk adı verilmişdir. Şəhid övladının zəruri xərclərini öz üzərinə götürən "YAŞAT" Fondu şəhidin həyat yoldaşının hesabına 1000, dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı olaraq 5000 manat köçürmüşdür.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2024.- 12 yanvar, № 5.- S.7.