Yaşlılıq xəstəliyi "cavan"laşır

 

 

Əqli qabiliyyətin zəifləməsi ilə müşayiət olunan xəstəliklər arasında ən geniş yayılanı alsheymerdir. Bu, adətən, 65 yaşdan yuxarı insanlarda rast gəlinən, yaddaş itkisi ağır koqnitiv davranış pozuntuları ilə müşayiət olunan baş- beyin xəstəliyidir.

Alsheymerin səbəbi beyin hüceyrələrinin ölməsindən qaynaqlanır.  Beyin hüceyrələrinin ölümü yaşdan asılı olaraq, hər insanda olur, lakin proses bu xəstəlikdə daha sürətli erkən baş verir. Yaş, irsilik, ekoloji amillər, həyat tərzi ümumi sağlamlıq da daxil olmaqla bir sıra faktorların buna səbəb olduğu ehtimal edilir.

Mütəxəssislər qarşıdakı illərdə alsheymerin pandemiya halını alacağını proqnozlaşdırırlar. Hazırda qeydiyyatda olan alsheymer xəstələrinin sayı 13 milyon olsa da, 2050-ci ildə bu göstəricinin dünyada 150 milyona çatacağı ehtimal edilir.

 

 

 

Ən gənc alsheymer xəstəsi 19 yaşındadır

 

 

 

Mütəxəssisləri narahat edən məqamlardan biri yaşlı xəstəliyi hesab edilən alsheymerin "cavan"laşmasıdır. Ötən ilin əvvəlində Çinin 19 yaşlı vətəndaşında bu xəstəlik aşkarlanıb. Müvafiq testlər aparıldıqdan sonra o, rəsmi olaraq, dünyada alsheymer diaqnozu qoyulan ən gənc insan olub.

Gənc oğlan hələ 17 yaşında olanda ev tapşırıqlarını yerinə yetirərkən diqqətini cəmləyə bilməyib, qısamüddətli yaddaş itkisindən əziyyət çəkməyə başlayıb. O, tədricən bir gün öncə baş verənləri belə xatırlamayıb, duyğularını ifadə etməkdə çətinlik çəkib. Həkimə müraciət etdikdə isə gənc vaxt yemək yediyini belə unudub. Müayinə zamanı xəstədə heç bir genetik mutasiya aşkar edilməyib.

Qeyd etmək lazımdır ki, bu hadisədən öncə diaqnozun qoyulduğu ən erkən yaş 21 idi. Lakin Çin vətəndaşından fərqli olaraq, o xəstədə gen mutasiyası aşkarlanmışdı.

 

 

 

Xəstəliyin erkən diaqnozu ilə bağlı araşdırma aparılır

 

 

 

Alsheymerin klinik simptomlarına daha çox yaşlı adamlarda rast gəlinsə , xəstəlik, əslində, 40-50 yaşlarından başlayır. Sadəcə olaraq, xəstəlik 10-15 ildən sonra kliniki olaraq özünü göstərir. 40 yaşından sonra orqanizmdə müəyyən dəyişikliklər gedir. Baş-beyində hüceyrələrdə toxumalar arasında xüsusi patoloji zülal olan amilod zülalları toplanır. Bu toksiki zülalların getdikcə miqdarı artır onlar düyünlər əmələ gətirir. Düyünlər nəticəsində sinir ötürücüləri arasında əlaqə pozulur. Bu uzun prosesdən sonra xəstəlik formalaşır, simptomlar özünü göstərir. Xəstəlik dərinləşdikcə düyünlərin sayı artır.

Müasir tibb qədər inkişaf etsə , təəssüf ki, alsheymer daxil olmaqla bəzi xəstəliklərin hələ çarəsi tapılmayıb. Lakin xəstəliyin əlamətləri özünü göstərməmişdən əvvəl diaqnoz qoyulsa, prosesin sürətini azaltmaq olar. Qazi Universiteti Tibb Fakültəsi Xəstəxanasının mütəxəssisləri 2018-ci ildən etibarən alsheymerin erkən diaqnozu ilə bağlı elmi araşdırmalar aparırlar. Nəhayət, tədqiqatlar öz nəticəsini verib, "Amiloid Pozitron Emissiya Tomoqrafiyası" ("Amiloid PET") ilə xəstəliyin erkən mərhələdə, simptomlar görünmədən əvvəl müəyyən edilə biləcəyi aşkarlanıb.

Universitet alimləri bəzi xəstələrdə  yeni metoddan istifadə edərək onlarda alsheymerin əsas zülalını təşkil edən "amiloid lövhə"nin varlığını müəyyən etməyə nail olublar. Mütəxəssislər bildiriblər ki, demans növlərində beyindəki neyronlar bir müddət sonra "qlükoza"dan istifadə edə bilmir ölürlər: "Ancaq bu vəziyyət xəstəlik irəlilədikdən yaddaşın itməsi kimi ciddi simptomlar ortaya çıxdıqdan 15-20 gün sonra başlayır. Halbuki proses bir il əvvəl başlayır. Xəstənin gözəçarpan şikayətləri olmadığı halda, onun beynində arzuolunmaz amiloid zülalları yığılmağa başlayır. Bunlar tədricən beyin hüceyrələrinin ölümünə səbəb olur".

Nüvə təbabətində yeni inkişaf etdirilən bir molekulun istifadə edildiyini bu mövzuda müxtəlif ölkələrdə araşdırmaların davam etdiyini bildirən universitet alimləri bu molekuldan ilk dəfə olaraq Türkiyədə istifadə olunduğunu bildirirlər: "Amiloid PET"dən istifadə zamanı xəstələrimizə venadaxili olaraq "amiloid" zülalına bağlanan radioaktiv marker veririk beyindəki "amiloid" yükünün ədədi dəyərini ölçürük. Tomoqrafiya zamanı xəstənin erkən mərhələdə alsheymer olub-olmaması da müəyyən edilir. Ölçmə sistemi sayəsində bu, rəqəmlə sübut edilir. Yeni üsul vasitəsilə xəstələrimizə çox erkən mərhələdə, hətta 15-20 il öncə düzgün diaqnoz qoyulmasını onların düzgün müalicəyə yönəldilməsini təmin edirik", - deyə universitetin alimi bildirib.

 

 

 

Xəstəliyin riskini azaldıb, gedişatı ləngitmək mümkündür

 

 

 

Abşeron Rayon Mərkəzi Xəstəxanasının nevroloqu Elçin Rəhimli deyir ki, demensiyanın bir növü olan alsheymer yaddaş, düşüncə davranışa təsir edərək ən bəsit bacarıqları belə yerinə yetirməyi unutduran səssiz irəliləyən xəstəlikdir: "Demensiyanın 60-70 faizi alsheymer xəstələrinin payına düşür. O, daha çox yaşlılarda göründüyü üçün xəstəliyin erkən dövrləri çox vaxt gözdən qaçırılır. Alsheymer xəstələrini MRT ya KT müayinəsi etsək, baş-beyində, əsasən gicgah payında dəyişikliklər görəcəyik. Elə bu səbəbdən xəstəlik özünü yaddaş pozulması ilə göstərir".

E.Rəhimli qeyd edir ki, 3 mərhələli xəstəliyin ilk etapında xəstələrdə ciddi şikayət olmur. Azca unutqanlıq hiss etdiklərinə görə bunun xəstəlik olduğunun fərqinə belə varmırlar. Lakin xəstəliyin ikinci mərhələsində yaddaş pozulması dərinləşir. Ətrafdakı insanlardan şübhələnir, hansısa əşyalarını məhz onların götürdüklərini düşünürlər. Öncə əşyaların yeri yaddan çıxırdısa, artıq hər hansı bir əşyanın adını demək üçün bir neçə sözdən istifadə edirlər. Ən ağır olan sonuncu mərhələdə isə xəstələr bəsit gündəlik tələbatlarını belə ödəyə bilmirlər.

"Alsheymer xəstəliyində əsasən yaşlılar risk qrupundadırlar. Lakin irs faktoru da olduqca önəmlidir.  Bu zaman xəstələrin ailə hekayəsi analizi aparılır, birinci dərəcəli qohumların xəstəlik daşıyıcısı olub-olmadığı öyrənilir. Passiv həyat tərzi keçirənlər, spirtli içki və tütün məmulatlarından istifadə edənlər, artıq çəkidən, yüksək təzyiq, xolesterin, diabet, insult və qan-damar xəstəliklərindən əziyyət çəkənlər də risk qrupundadırlar", - deyə nevroloq vurğulayır.

Xəstəliyin riskini azaldıb, gedişatı ləngitmək mümkündür. Bunun üçün beyin onurğa mayesindən nümunə götürülərək testlər edilir. Mütəxəssis bildirir ki, bahalı müayinə üsulu olduğuna görə xəstələr bu prosedura üstünlük vermirlər: "Ona görə də anemnez, fiziki müayinə və neyro-psixoloji testlərə əsasən diaqnoz qoyulur. Alsheymer xəstəliyinin tam müalicəsi yoxdur. Prosesi yavaşlatmaq üçün fiziki aktivliyi artırmaq, zərərli vərdişlərdən uzaq durmaq, yeni dil öyrənmək, şahmat oynamaq, kitab oxumaq kimi zehni fəaliyyətlərlə məşğul olmaq, bunlarla birlikdə sosial aktivliyi də artırmaq tövsiyə olunur".

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 12 yanvar, № 5.- S.11.