Azərbaycan: ürəyi imkanı geniş ev sahibi

 

 

Prezident İlham ƏLİYEV: "COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik"

 

 

 

Qonaqpərvərlik xalqımızın milli-mənəvi dəyərlərindən qaynaqlanan əvəzsiz xüsusiyyətidir. Qonağı gülərüzlə, duz-çörəklə qarşılamaq, onun öz evinə xoş təəssüratlarla qayıtması üçün əldən gələni əsirgəməmək ənənəmiz əsrlərdir davam edir. Qloballaşan müasir dünyada ən müxtəlif sahələrə aid mötəbər tədbirlərin keçirilməsini layiqincə təşkil etmək, onların iştirakçısı olan çoxsaylı qonağı qarşılayıb yola salmaq xüsusi məna, məzmun əhəmiyyət daşıyır, qarşıya ciddi tələblər qoyur. Bir çox səbəblərdən bunu heç hər ölkə edə bilmir. Lakin Azərbaycan belələrinin sırasına daxil deyil.

Ölkəmiz son onilliklərdə bir çox beynəlxalq tədbirə evsahibliyi edib. Özü yüksək səviyyədə! Həm ev sahibi təkcə paytaxtımız deyil, digər şəhərlərimiz, hətta rayon mərkəzlərimiz olub. xoş ki, bu sıraya 30 illik erməni işğalından sonra yenidən tikilib-qurulan bölgələrimiz qoşulub. Elə sonunculardan başlayaq. Düşmən tapdağından azad olunmuş Şuşamızda son iki-üç ildə keçirilən mühüm beynəlxalq tədbirlərdən tək birini xatırlayaq.

2022-ci il  aprelin 22-23-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər qurultayı keçirildi. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etdi. Söhbət təkcə həmin vaxtdan cəmi il yarım  əvvəl işğaldan azad edilmiş bir şəhərin bu sayda qonağı necə qəbul etməsindən getmir. Əsas məsələ odur ki, belə mötəbər bir qurultayın mədəniyyətimizin beşiyi sayılan Şuşada keçirilməsi tədbirin tarixi önəmini göstərdi. Prezident İlham Əliyevin dediyi kimi: "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır bu, təbiidir. Çünki tarixi zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir ümumiyyətlə, zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır".

Təsadüfi deyil ki, xarici KİV- Zəfər qurultayının əhəmiyyəti xüsusilə vurğulandı. Türkiyənin, İtaliyanın, Misirin, Birləşmiş Ərəb Əmirliklərinin, Livanın, Gürcüstanın, Moldovanın, Rumıniyanın, Yaponiyanın digər ölkələrin qəzetləri, telekanalları, xəbər agentlikləri qurultayın gedişini, Azərbaycanın dövlət başçısı İlham Əliyevin çıxışından əsas məqamları işıqlandırdılar.

Keçən il sentyabrın 29-da isə BMT-nin Məskunlaşma Proqramı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda, təzəcə istifadəyə verilmiş Konqres Mərkəzində 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirdilər. Həmin gün qədim Azərbaycan diyarı Şərqi Zəngəzurun 53 ölkədən 200-ə yaxın xarici ümumilikdə 400 qonağı vardı.  Ondan əvvəlki ildə isə 1-ci Şəhərsalma Forumu Ağdam şəhərində keçirilmişdi. Həmin Ağdamda ki, erməni vandalları onu Qafqazın Xirosimasına çevirmişdilər... Bu faktların özü çox şeydən xəbər verir. O cümlədən qalib Azərbaycanın iqtisadi qüdrətindən, 30 il işğalda olan ərazilərində qısa bir zamanda təkbaşına həyata keçirdiyi geniş quruculuqdan, hətta burada beynəlxalq tədbirlərin keçirilməsi üçün müvafiq, həm ən müasir infrastruktur yaratdığından. Əlbəttə, bunlar, eləcə ölkəmizin, ümumiyyətlə, beynəlxalq tədbirlərə evsahibliyi etmək təcrübəsinə əsaslanır.

Bir qədər geriyə dönərək 2012-ci ili, mayın 22-26-da keçirilən "Eurovision" Mahnı Müsabiqəsini xatırlayaq. Bu, sayca 57-ci "Eurovision" idi Azərbaycan ilk dəfə idi bu tədbirə evsahibliyi edirdi. Bizi gözügötürməyənlər bu işi uğurla başa çatdıracağımızdan bədgüman idi, yaxud da məhz tədbirin sönük keçməsini istəyirdi. Lakin ölkəmiz bu böyük müsabiqəyə evsahibliyi etmək hüququ qazandıqdan dərhal sonra Prezident İlham Əliyev "Eurovision 2012"nin keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması üçün sərəncam imzaladı. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Təşkilat Komitəsinə sədrlik etdi. Mehriban xanım Əliyeva özünəməxsus olan bacarıq səriştə, təşkilatçılıq qabiliyyəti, dərin bilgilər geniş dünyagörüşü sayəsində bu tədbirin yüksək səviyyədə keçməsinə nail oldu.

Möhtəşəm mahnı müsabiqəsi "Öz məşəlini alovlandır" şüarı altında keçirildi. Bu onunla əlaqədardır ki, Azərbaycanı qədimdən Odlar Yurdu adlandırırlar indinin  özündə ölkəmizdə simvol kimi od alovdan geniş istifadə olunur. Bu səbəbdən müsabiqənin loqotipi kimi alov-gül seçilmişdi. Müsabiqənin vizual dizayn ideyaları belə izah edilirdi: "Qədim zamanlardan insanlar hekayət danışmaq, mahnı oxumaq, rəqs etmək üçün od ətrafına toplaşmışlar. "Eurovision" isə insanların bayram etmək, mahnı rəqs vasitəsilə ünsiyyət qurmaq üçün bir araya gəldiyi yerdir".

Beləliklə, dünya Azərbaycanın həm tarixi adət-ənənələri, o cümlədən qonaqpərvərliyi, həm bugünkü iqtisadi qüdrəti, bir sözlə, nələrə mənsub qadir olduğunu  gördü.

Bundan üç il sonra - 2015-ci il iyunun 12-dən 28-nə qədər Azərbaycanın paytaxtı tarixdə ilk dəfə keçirilən bir idman yarışına - Avropa Oyunlarına evsahibliyi etdi. Bu tədbirin miqyasını rəqəmlər belə əks etdirir: yarışlarda Avropanın 50 ölkəsinin 10 min idmançısı mübarizə apardı. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. İdmançılar 253 dəst medal uğrunda yarışdı. Satışa 600 min bilet çıxarıldı. 15 min könüllü səfərbər olundu.

Tədbir ərəfəsində qısa bir zamanda Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası inşa edildi, Heydər Əliyev adına İdman-Konsert Kompleksində  əsaslı təmir işləri aparıldı, digər idman infrastrukturu yaradıldı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi  Təşkilat Komitəsi bu tədbirə   böyük səriştə ilə hazırlıq gördü onu yüksək səviyyədə başa çatdırdı. Vurğulayaq ki, həmin vaxta qədər dünyada bu adda oyunlar keçirilməmişdi, yəni bu istiqamətdə heç bir təcrübə yox idi. Bu təcrübəni Azərbaycan yaratdı! 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün platforma da  Avropa Oyunlarında toplanmış təcrübə oldu.

Azərbaycanın evsahibliyi etdiyi müxtəlif təyinatlı beynəlxalq tədbirlərin siyahısını xeyli uzatmaq mümkündür. Məsələn, Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi 30 ildir ünvanını dəyişmir. Dünyanın bu sektorda çalışan ən görkəmli mütəxəssislərinin görüş yeri, ən tanınmış şirkətlərinin öz nailiyyətlərini nümayiş etdirdiyi məkan yenə Azərbaycandır. 2015-ci ildən başlayaraq "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasları da dünyanın bir çox görkəmli enerji mütəxəssislərini layihədə iştirak edən ölkələrin rəhbərliyinin nümayəndələrini Bakıda bir araya gətirir.

Azərbaycanda bu il bir sıra beynəlxalq konfranslar, simpoziumlar, forumlar digər toplantılar keçiriləcək. İlin sonunda  isə ölkəmiz  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a evsahibliyi edəcək. Bu, Azərbaycana növbəti böyük etimad hörmətin göstəricisidir. Bununla bağlı keçən il dekabrın 15-də Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. Dövlətimizin başçısı müşavirədə çıxış edərək COP29-un miqyas mahiyyətini qeyd etdi: "İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır".

Prezident  vaxtın o qədər çox olmadığını, tədbirə 11 aydan az qaldığını nəzərə çatdırdı. Ona görə   dərhal bütün hazırlıq işlərinə start verməyin vacib olduğunu nəzərə çatdırdı.

Azərbaycan bu möhtəşəm əzəmətli tədbirin yüksək səviyyədə keçməsi üçün ciddi hazırlıq işləri görəcək hər dəfə olduğu kimi, yenə dünyanı öz təşkilatçılığı, qonaqpərvərliyi, nizam-intizamı, gücü qüdrəti ilə valeh edəcək. Buna şübhə yoxdur. Dövlətimizin başçısı da məhz bunu vurğulamışdır: "COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə özünü göstərəcəkdir dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır bütün dünya bunu bir daha görəcək".

Bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev COP29-a hazırlıq məsələlərinə toxunmuşdur. Qeyd etmişdir ki,  Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq: "Proseslərin gedişatı bizim mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq. Bizimlə bu hazırlıq dövründə əməkdaşlığın istiqamətləri müəyyən edilsin biz bütün ölkələrlə əməkdaşlığa hazırıq, bu, bizim üçün böyük bir təcrübə olacaq".

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 13 yanvar, ¹ 6.- S.1-11.