Paşinyan Qərbə tam arxalana bilmir

 

 

Hayastanın müstəqilliyinin formal olduğu məlumdur. Bunu bütün dünya bilir. Ölkədə indiyə qədər hakimiyyətdə olmuş bütün siyasi qüvvələr öz fəaliyyətlərini xarici diktələrlə razılaşdırıblar. Ermənistanın baş naziri Nikol Paşinyan isə hazırda hakimiyyətini qorumağının əsas yolunu Qərbə sığınmaqda görür, onun verdiyi vədlərə güvənir. Hər halda Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasətlə konkret seçim etdiyi görünür, Rusiyanın xeyrinə olmayan bu istiqamətdə israrlı davranmağa çalışır.

"Armenianreport" portalı yazır ki, əslində, indiki siyasətlə Hayastanın başqa yolu da yoxdur. Artıq 6 ilə yaxındır ki, Paşinyan iqtidarı yol ayrıcındadır. Görünən odur ki, onun hakimiyyəti Qərblə əməkdaşlığa doğru kurs tutub. Lakin o da qeyd edilir ki, rəsmi İrəvan Rusiya ilə münasibətləri kökündən nəzərdən keçirmək müvafiq olaraq, Paşinyanın Sarkisyan hakimiyyətinə müxalifətdə olduğu vaxt dəfələrlə gündəmə gətirdiyi ölkəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxarmaq üçün güc tapa bilmir. Amma artıq 6 ilə yaxındır ki, Paşinyan hakimiyyətdədir məsələnin yekun həllinə, necə deyərlər, hələ var. Bəs Paşinyan niyə tələsmir? Onun KTMT-dən gözləntiləri nədir?

Hayastanın İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıq şəkildə qeyd edib ki, Ermənistanın KTMT-dən heç bir gözləntisi yoxdur. Öz fikirlərinə haqq qazandıran Qriqoryan qeyd edib: "Hayastan yardım üçün KTMT- müraciət edəndə heç bir adekvat cavab verilməyib. zaman keçdikcə biz anladıq ki, bu baxımdan KTMT-dən heç gözləmək olmaz. Onlar bəyanat verəndə, qiymət verəndə Hayastanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərini nəzərə almırlar".

Qriqoryan eyni zamanda Hayastana hər hansı hərbi-texniki yardım təklif olunması ilə bağlı məlumatları təkzib edib. Onun sözlərinə görə, KTMT müşahidəçilərinin harada yerləşdirilməli olduğu barədə dəqiq cavab yoxdur. Yəni KTMT Hayastanın sərhədlərini, ölkənin regiondakı məsuliyyət zonasını tanımırdı. Bu isə Hayastan üçün ciddi problemdir.

Qeyd edilir ki, Paşinyanın ən yaxın adamlarından biri bildirib ki, Hayastana KTMT lazım deyil. Üstəlik, ötən ilin noyabrında həmin Qriqoryan Brüsseldə keçirilən "Ermənistan-Avropa: Ermənistanın strateji gələcəyi" adlı konfransda İrəvanda həm Avropaya inteqrasiya ideyasını, həm Avropaya inteqrasiya üçün addımları müzakirə etdiklərini bildirmişdi: "Bəs onda bizim hakimiyyət orqanları niyə tərəddüd edir? Axı Rusiyanın himayəsi altında fəaliyyət göstərən hərbi-siyasi bloka üzvlük Qərblə, ilk növbədə ABŞ Fransa ilə hərbi-texniki hərbi-siyasi əlaqələrin inkişaf etdirilməsi baxımından İrəvanın əl-qolunu bağlayır".

Bildirilib ki, Hayastan ilyarımdır ki, KTMT təlimlərində iştirak etmir Paşinyan özü təşkilatın sammitlərinə getmir. Amma, əslində bu, heç nəyi dəyişmir. Qərb dövlətləri İrəvanın Rusiya ilə eyni hərbi blokda olduğunu bilə-bilə Hayastanla sıx əməkdaşlıq etməyəcəklər. Üstəlik, Hayastan ərazisində Rusiyanın hərbi bazaları sərhədçiləri var ki, bu da ölkənin təhlükəsizliyi nöqteyi-nəzərindən saatlı bombadır - vaxtsa Moskva onlardan xoşuna gəlməyən Hayastan hakimiyyətinə qarşı istifadə etmək qərarına gələcək: "Bu o deməkdir ki, biz Rusiya ilə onun hərbi qüvvələrinin ərazimizdə olduğu bütün müqavilələri denonsasiya etməliyik. Amma bizim səlahiyyətli orqanlarımız hələ bunu etməyiblər ki, bu da suallar doğurmaya bilməz. Siz başa düşməlisiniz ki, əgər Qərb dövlətləri ilə yüksək səviyyədə hərbi, siyasi, iqtisadi münasibətlərə ümid edirsinizsə, xüsusən bu, Ermənistanın milli təhlükəsizliyi ilə bağlı mülahizələrdən irəli gəlirsə, onda siz təcili olaraq ölkəni KTMT Aİİ-dən çıxarmalısınız".

Qriqoryanın sözlərindən Paşinyanın hərəkətlərindən belə çıxır ki, Hayastan artıq KTMT-dən heç gözləmir. Amma hakimiyyət bu bloku tərk etməyə tələsmir. buna görə xoşagəlməz vəziyyət o zaman yaranır ki, təhlükəsizlik məsələlərində ölkə Moskvaya KTMT- güvənmir, ancaq Qərbə tam arxalana bilmir. Çünki onlar yalan ifadələri iki stulda oturmaq cəhdlərini sevmirlər.

Göründüyü kimi, proseslər getdikcə daha maraqlı xarakter alır Rusiya ilə Hayastan arasında vəziyyətin kəskinləşməsi açıq şəkildə müşahidə olunur. Yəni artıq İrəvanda əsl anti-Rusiya ab-havası hökm sürür. İrəvan düşdüyü vəziyyətə görə bir çox xarici dövləti, o cümlədən əsas müttəfiqi olan Rusiyanı ittiham edir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 13 yanvar, № 6.- S.1-10.