Ermənistanın təklifi avantüradır

 

 

"Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı təklif irəli sürməklə Ermənistanın suverenliyini təhdid etmir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycandan Azərbaycana, yəni Naxçıvana keçiddə heç bir yoxlama olmamalıdır. Belə olan halda, İrəvanın əsassız bəhanələrlə öhdəliklərindən boyun qaçırmağa çalışması əsassızdır. Ermənistanın həm Naxçıvan, həm digər bölgələr arasında quru sərhədlərin olmaması ilə bağlı cəhdləri heç bir nəticə verməyəcək".

Bunu "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat bildirib ki, Zəngəzur dəhlizi layihəsinin reallaşması məhz həmin quru sərhədin açılması deməkdir: "Bu məsələ Ermənistanın ya digər dövlətlərin arzu-istəklərinə görə tənzimlənmir. Bu dəhliz dünya miqyaslı logistik daşınmalarda istər region, istərsə bir sıra dünya dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir. Ermənistan isə tənəzzülə uğramış iqtisadiyyatını vəziyyətdən çıxarmaq üçün bu yolun açılmasında xüsusilə maraqlı olmalıdır. Ona görə ermənilər bundan nəticə çıxarmalıdırlar".

Deputatın sözlərinə görə, bir neçə gün əvvəl Türkiyə tərəfi belə bir açıqlama yaydı ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı müsbət siqnallar var. Artıq Ermənistan da dərk edir ki, onlar yüklərini təkcə İran Gürcüstan vasitəsilə deyil, həmçinin Zəngəzur dəhlizi ilə Avropaya çatdırmaq imkanına malik olarlar. Həm Türkiyə sərhədinin, həm Zəngəzur dəhlizinin açılması ermənilər üçün yalnız müsbət hal ola bilər. Azərbaycan daim bunu dəstəklədiyinə bu istiqamətdə davamlı cəhdlər göstərdiyinə görə bu yol mütləq açılacaq.

Deputat Prezident İlham Əliyevin ermənilərin "sülh qovşağı" təklifi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib: "Dövlət başçısı qeyd edib ki, Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, "Zəngəzur dəhlizi" sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər".

Arzu Nağıyevin sözlərinə görə, Azərbaycanın Zəngəzur dəhlizi təklifi beynəlxalq təcrübəyə əsaslanır. Azərbaycandan Naxçıvana gedən yüklər, eləcə vətəndaşlar avtonəqliyyat vasitələri hansısa yoxlamalar olmadan, heç bir gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidir. Həmçinin bu dəhlizin açılması ən optimal variantdır. "Ermənistanın təklif etdiyi "sülh qovşağı" layihəsi isə yararsızdır avantüradan başqa bir şey deyil. Hər kəsə məlumdur ki, bu marşrut hava şəraiti relyefə görə heç bir fayda verə bilməz", - deyə deputat bildirib.

 

N.QAFARZADƏ,

Azərbaycan.-2024.- 13 yanvar, № 6.- S.10.