"Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası" mövzusunda keçirilən konfrans iştirakçılarının Bəyanatı

 

 

Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müdriklik uzaqgörənliklə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün artır, etibarlı tərəfdaş kimi nüfuzu güclənir.

Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, əldə edilən uğurlarla tarix yazır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi lokal antiterror tədbirləri nəticəsində respublika ərazisində separatizmə birdəfəlik son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin konstitusiya quruluşunun tam bərpası ilə Azərbaycan inkişaf tarixinin yeni strateji mərhələsinə başlamışdır.

Qlobal çağırışlar fonunda ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyat şaxələnir, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes investisiya mühiti formalaşdırılır. Həyata keçirilən genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir. Təsadüfi deyildir ki, ölkəmizdə reallaşdırılan islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən yüksək qiymətləndirilir.

Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes fəaliyyətinə dair qanunvericiliyin inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, tətbiq olunan güzəştlər stimullar, işgüzar əlaqələrin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında qeyri-dövlət sektorunun payı 86,5 faiz, məşğulluqda isə 78 faiz təşkil etmişdir.

Belə yüksək nəticənin əldə olunması bizləri qürurlandırır. Biznesin təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarlar tərəfindən xüsusi minnətdarlıqla vurğulanır. Biznes nümayəndələri dövlət-sahibkar əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsində dəstəyi daima hiss edir.

Azərbaycanda azad bazar münasibətləri sağlam rəqabət mühiti özəl bölmə üçün əlverişli imkanlar formalaşdırmışdır. Bu imkanlar sayəsində Azərbaycanda sahibkarlıq həm keyfiyyət, həm kəmiyyət baxımından inkişaf etməkdədir.

Dövlət dəstəyindən ruhlanan Azərbaycan sahibkarları olaraq bütün qüvvələrimizi səfərbər edərək, tez bir zamanda Qarabağımızın yenidən dirçəldilməsinə Böyük Qayıdışa öz töhfələrimizi verməkdən qürur duyuruq.

Ölkə sahibkarları Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasəti dəstəkləyir, bundan sonra da Azərbaycanın tərəqqisi naminə çağırışlara töhfə verəcəklərini, iqtisadiyyatın inkişafının təmin olunması sahəsində üzərlərinə düşən vəzifələri dönmədən həyata keçirəcəklərini bəyan edirlər.

 

"Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası"

mövzusunda keçirilən konfrans iştirakçıları

 

Bakı şəhəri, 12 yanvar 2024-cü il

 

Azərbaycan.-2024.- 13 yanvar, № 6.- S.5.