Dayaz erməni millətçiliyinin dərin fəsadları

 

 

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində geriyə nəzər salaraq Qarabağı Azərbaycandan ayırmağa yönələn düşmən təbliğatını bir daha ifşa etdi, bunun dövlətimizin parçalanmasına xidmət etdiyini bildirdi. Dövlət başçısı həmçinin dünyada beynəlxalq hüququn işləmədiyini bir daha vurğuladı.

"Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik ədaləti özümüz bərpa etmişik", - deyən Azərbaycan Prezidenti müsahibəsində Ermənistan ordusu üzərində çalınan qələbəni ədalətə inamın bərpası kimi dəyərləndirdi. Bu ədalət beynəlxalq müstəvidə siyasi diplomatik savaşın sayəsində əldə olunmuşdur. O vaxt Qarabağda yaradılmış Xüsusi Komitə,  ona rəhbərlik edənlər bütün addımları hərəkətləri ilə Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün dəridən-qabıqdan çıxırdılar. Prezident İlham Əliyev: "Müxtəlif bəhanələr altında - Ermənistanla əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaradılması məhz o məqsədi güdürdü ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə fərqli istiqamətdə yetişsin. Bizim isə məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın əgər bizə nəsib olmazsa bu tarixi ədaləti bərpa etmək, gələcək nəsillər onu etməlidirlər".

Dövlət başçısının dediklərini təsdiq edən bir hadisəni xatırlatmaq istərdik. 2001-ci il idi. Bir sıra beynəlxalq qurumların təşkilatçılığı ilə Azərbaycandan Ermənistandan Qarabağ müharibəsində iştirak edən jurnalistlərin Tbilisidə bir neçə günlük görüşü təşkil olunmuşdu. Görüşdə erməni jurnalistləri özlərini elə aparırdılar ki, sanki müharibədən ziyan çəkən, əraziləri işğal olunan tərəf biz yox, onlar idi. Ermənilər aramsız təkrar edirdilər ki, bu müharibə heç kimə xeyir vermir, barışmaq, sülhə gəlmək lazımdır. Özü onlar bu "mövqe"lərini miskin, zavallı, yazıq görkəmində verirdilər sanki dünyada onlardan miskin xalq yoxdur. Prezident İlham Əliyevin sözügedən müsahibəsinə qulaq asanda 23 il əvvəl ermənilərin niyə belə "yallı" getdikləri bir daha məlum olur. Sən demə, o zaman onların sülh istəyi sadəcə məkrli bir hiylə imiş. Aldıqlarını alıblar, işğal etdiklərini ediblər indi onlar üçün ən vacibi ələ keçirdikləri torpaqlarda möhkəmlənmək, bərkiməkdir. Buna görə onların "aciz"cəsinə sülh iməkləmələri daxildən gələn istək yox, işğal siyasətindən doğan hiyləgər həmlə idi.

Tbilisidə biz erməni jurnalistlərinə onların nəyi anlamadıqlarını izah etdik. Dedik ki, siz (keçmiş - red.) Dağlıq Qarabağı geri qaytardığınız ərazi kimi qiymətləndirirsiniz, amma medalın digər üzündən xəbəriniz yoxdur. Anlamırsız ki,  sizin ələ keçirdiyiniz torpaqların hər qarışı başda Şuşa olmaqla, bizim ruhumuzun, bədənimizin bir parçasıdır. qədər ki bu torpaqlar işğal altındadır, bizim ruhumuz dincəlməyəcək, düşmən tapdağı altında inildəyəcək, bizə rahatlıq verməyəcək bizi yaşamağa qoymayacaq. Sülhdən danışırsınız, amma bunun üçün bizim geri qayıtmağımız, torpaqlarımıza sahib çıxmağımız vacibdir.

Bu sözlərdən sonra ermənilər şoka düşmüşdülər. Sanki onlar nəyin baş verdiyini hansı torpaqları işğal etdiklərini indi anlayırdılar.  

O tədbirdən 23 il keçsə , ermənilərin hiyləgər davranışları, həyasızcasına sülhün vacibliyindən danışmaqları yadımızdan çıxmır. 23 ildən sonra Azərbaycan Prezidenti İlham Əliyev sözügedən müsahibədə o illər bu tipli bütün danışıqların məğlubiyyətimizi əbədiləşdirmək cəhdlərindən artıq bir şey olmadığını xatırlatdı, hətta möhtəşəm qələbədən sonrakı indiki dövrdə bizi məkrli düşmənlə ayıq-sayıq davranmağa səslədi.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2024.- 13 yanvar, № 6.- S.9.