Kəndlər rəqəmsallaşacaq

 

 

Biz artıq tədricən fərqli qaydalarla yaşayan fərqli dünyaların sakinlərinə çevrilirik. Ətrafımızda baş verən sürətli dəyişikliklər bizi yeniliklərə alışmağa, gözlənilməz reallıqlarla uzlaşmağa sövq edir. Bu yeniliklərdən biri "rəqəmsal kənd"lərin gündəmə gəlməsidir.

Bəli, artıq Avropada Mərkəzi Asiyada "rəqəmsal kənd"lərin nəsli yaranmaqdadır. "Rəqəmsal kənd" anlayışı bizə əvvəllər bir qədər  uzaq yad gəlirdisə, indi bu, planetimizin aqrar sektorunda getdikcə ozünü təsdiq edən yeni bir istiqamətdir. Artıq Avropanın Mərkəzi Asiyanın kənd rayonlarında fəaliyyət göstərən "rəqəmsal kənd" mərkəzləri  pilot layihələr olsa da,  həyatın keyfiyyətini dəyişdimək gücünə qadir olduğunu göstərir.

2021-ci ildən BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatı (FAO) "rəqəmsal kəndlər" qlobal təşəbbüsünün reallaşdırılmasına start vermişdir. "Rəqəmsal kənd Avropada Mərkəzi Asiyada hərəkətdə"  layihəsi dünyanın 8 regionunda reallaşır. Bu addımın atılmasında məqsəd kənd təsərrüfatının rəqəmsallaşdırılmasında qabaqcıl təcrübənin Azərbaycanda, Albaniyada, Bosniya Hersoqovinada, Gürcüstanda, Qırgızıstanda, Tacikistanda, Türkiyədə Özbəkistanda yayılmasına, kənd icmalarının rəqəmsal texnologiyaların üstünlüklərinə yiyələnməsinə onların tətbiqinə  nail olmaqdır. Uzunmüddətli perspektivlərdə isə daha böyük üstünlüklər nəzərdə tutulur.

Məlumdur ki, bu gün dünyada kəndlər ciddi sosial-iqtisadi problemlərdən bir sıra demoqrafik çətinliklərdən əziyyət çəkir. Urbanizasiya nəticəsində kənd əhalisinin qocalması sayının azalması ciddi problemdir. Belə bir zamanda rəqəmsal innovasiyaların həllərin tətbiqi əhalinin gəlirlərini artıra, həyat şəraitini yaxşılaşdıra bilər. Hazırda rəqəmsal texnologiyalar  innovativ texnologiyalardan yararlanan məlumatların, rəqəmlərin biliklərin sürətlə yayılmasını təmin edən  ən güclü katalizatorlardan biridir. Kiçik torpaq sahiblərinin, fermerlərin belə məlumatlara əlçatanlığı onların işinə müsbət təsir edir. Qeyd edək ki, 2024-cü ilədək bu kömək bütün kiçik torpaq sahiblərinə göstərilmiş, onların rəqabətqabiliyyətliyinin artmasına təkan vermişdir. "Ağıllı kənd"lərin təcrübəsinə arxalanan "rəqəmsal kənd"lər digər regionlarla əlaqə qurmağa imkan yaradır, yeni rəqəmsal mərkəzlər formalaşdırır. Gələcəkdə isə "rəqəmsal kəndlər" virtual meydançalara çevriləcək ki, bu da öz növbəsində regional əlaqələri gücləndirəcək.

Ötən ilin yayında "rəqəmsal kənd"lərin inkişafı ilə 8 ölkə - Azərbaycan, Almaniya, Bosniya Hersoqovinya, Gürcüstan, Qırğızıstan, Tacikistan, Türkiyə Özbəkistan məşğul idi. Amma "rəqəmsal kənd"lərə ideya kimi çox ölkələr maraq göstərir. Bir xatırladaq ki, artıq Avropada Mərkəzi Asiyada "rəqəmsal kənd"lərin yaradılması üçün göstərilən səylər aqrar sektorun bir sıra problemlərini uğurla həll etmək gücünə qadir olduğunu sübut edib.

Qeyd etmək lazımdır ki, FAO Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılmasını fəal şəkildə təşviq edir. Təşkilatın Türkiyədəki nümayəndəsi Viorel Qutu bu barədə belə deyib: "Azərbaycana gəlincə, kənd təsərrüfatının rəqəmsallaşdırılması layihəsini xüsusilə qeyd etmək istərdim. Bu, bizim "rəqəmsal kəndlər" qlobal təşəbbüsümüzün bir hissəsidir. Bununla da İT həlləri kənd səviyyəsində tətbiq edilir. İndi bu, bir çox ölkədə mövcuddur, biz bunu Azərbaycanda fəal şəkildə həyata keçiririk".

Ümumiyyətlə, rəqəmsal kənd təsərrüfatı fermerlərə bütün vacib məlumatların sürətlə ötürülməsinə imkan yaradır. Bu məqsədlə artıq ölkəmizdə iqlim stansiyaları fəaliyyət göstərir. İqlim stansiyaları sahə işlərini vaxtında düzgün proqnozlaşdırmağa imkan verən müasir innovativ sistemdir. Bu sistem sensorlar vasitəsilə havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayıb analiz edərək fermerlərə təqdim edir. Nəticədə xəstəlik zərərvericilərə qarşı mübarizənin səmərəsi artır, məhsul istehsalı çoxalır, fermerlərin xərclərini optimallaşdırmaq mümkün olur.

Azərbaycanda iqlim stansiyalarından alınan məlumatların fermerlərə ötürülməsi ilə əlaqədar ilk pilot layihə Quba, Qusar, Xaçmaz Şamaxı rayonlarında tətbiq olunmuşdur.  Bu rayonlarda 60-a yaxın kəndi əhatə edən 5 stansiya fəaliyyət göstərir. Onu da qeyd edək ki, risk məlumatlarının daha ətraflı çevik ötürülməsi məqsədilə "Rəqəmsal Kənd Təsərrüfatı" adlı Telegram kanalı yaradılmış fermerlərin bu kanala cəlb edilməsi üçün işlərin  aparılmasına başlanmışdır.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2024.- 14 yanvar, № 7.- S.7.