Savaş təkcə hərb meydanlarında getmir

 

 

Ticarət "səngərləri"ndə döyüşlər səngimir

 

 

 

İndi dünya iqtisadi hegemonluq üstündə iki cəbhəyə bölünüb. Qərb son bir neçə ildə itirdiyi mövqelərini geri almaq üçün həmləyə keçib. Hətta bu yolda bütün beynəlxalq qanunları pozmaqdan çəkinmir.

Artıq beynəlxalq ədalət deyilən heç qalmayıb. Azərbaycan xalqı bunun şahididir. Ölkəmiz 30 il heç bir nəticə verməyən "sülh" danışıqlarından sonra BMT-nin 51-ci maddəsinə əsasən, güc yolu ilə torpaqlarını işğaldan azad edib. Bununla biz heç bir beynəlxalq qanun hüquq prinsipini pozmamışıq. Ancaq Qərb ölkəmizə qarşı siyasi təzyiqlər göstərməyə çalışır. Bu fakt bir daha onu təsdiqləyir ki, beynəlxalq qanunları qəbul edən dövlətlər özləri onu asanlıqla pozurlar.

Hazırda Qərb üçün Rusiya hərbi təhlükə mənbəyidirsə, Çin iqtisadi təhlükəsizlik məsələsidir. İndiki halda dünyanın aparıcı dövlətlərinin siyasi baxışlarına diqqət yetirdikdə görürük ki, iqtisadi hegemonluq hərbi gücdən üstün səviyyəyə çatıb. Bu üzdən hər vəchlə çalışırlar ki, hərbi güc olan Rusiya ilə iqtisadi güc olan Çin birləşməsin. Ancaq həmin ölkələr qarşıda onları nələr gözlədiyini yaxşı bilirlər. Bu üzdən onlar öz tərəflərinə daha çox ölkə cəlb etməyə çalışırlar. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bəyan etdi ki, BPİKS ölkələrinin sayı 33-ə çatacaq. Üstəlik bildirdi ki, onların hədəfi təhlükəsizlik (yəni hərbi), iqtisadi humanitar sahədə sıx əməkdaşlıq etməkdir. ABŞ-nin bu təşkilatdan ehtiyatlanmasının səbəbi isə rəqiblərinin ticarətdə dollardan imtina etmək istəmələridir. Çünki Amerikanın dünyada hegemonluğunu təmin edən ən kəsərli silahı dollardır.

Məlumdur ki, ABŞ Rusiyaya qarşı birbaşa iqtisadi maliyyə sanksiyaları tətbiq edir. Üstəlik Avropa ölkələrindəki müttəfiqləri onlara qoşulublar. Lakin birləşmiş Qərb adlanan bu ölkələr Çinlə bir qədər ehtiyatla davranırlar. Çünki ÇXR-in əlində ABŞ Avropaya təsir etmək imkanları var. Amerika Avropanın bir çox iri şirkətlərinin səhmlərinin önəmli hissəsi Çinin əlindədir. Bərkə düşəndə bu imkandan istifadə Amerika iqtisadiyyatına sarsıdıcı zərbə vura bilər. Buna baxmayaraq, ÇXR-i sanksiyalarla ən çox təhdid edən ölkə Amerikadır. Üstəlik bəzi Avropa ölkələri dinc dayanmır. Təbii ki, Çin qarşılıq verir. Məsələn, Fransanın xoş olmayan addımlarına qarşı Çin hərəkətə keçib. Belə ki, Asiya nəhəngi Fransadan idxal etdiyi elit spirtinin gətirilməsini araşdırır. Xəbər mətbuatda yayılan kimi, Fransanın bir neçə şirkətinin səhmləri dəyərini itirməyə başlayıb.

Çinin iqtisadi gücü ildən-ilə artmaqda davam edir. Bu ölkənin ÜDM-i dünyada ən yüksək - illik

7 faiz artım tempinə malikdir. ÇXR-in ümumi daxili məhsulunun həcmi 17 trilyon dollara çatıb. Həm bu ölkənin ixrac coğrafiyası çox genişdir. Onun məhsullarını kasıb, inkişaf edən inkişaf etmiş ölkələrdə görmək olar. Yəni ÇXR hər bir alıcı kateqoriyasının cibinə uyğun məhsul istehsal ixrac edir. O səbəbdən dünyanın bütün ölkələri tələbat imkanlarına görə Çin mallarını həvəslə alırlar. Bunun  nəticəsidir ki, ÇXR illik 3,2 trilyon dollar olmaqla Avropa İttifaqı ABŞ-dən çox dünya bazarına məhsul ixrac edir. Lakin Çin dünya iqtisadiyyatına təkcə ixracla töhfə vermir. Bu ölkə həm qlobal idxalçıdır. Əlimizdə olan son məlumata görə, ÇXR illik 2 trilyon dollarla idxalda dünya üzrə 3-cü yerdədir.

Bütün bunlar, təbii ki, Qərbi ehtiyatlandırır. Odur ki, onu cilovlamaq istəyirlər. ÇXR-ə qarşı ABŞ müəyyən vaxtlarda rəsmi və ya qeyri-rəsmi şəkildə sanksiyalar tətbiq edir. Çin də bunu cavabsız qoymur. Məsələn, ABŞ-nin Tayvana son silah satışına görə Amerikanın 5 şirkətinə sanksiya tətbiq edib. Bununla bağlı Çinin Xarici İşlər Nazirliyinin etiraz bəyanatında deyilir: "ABŞ Çinin Tayvan bölgəsinə silah satmaqla və müxtəlif bəhanələrdən istifadə edərək Çin şirkətlərinə və şəxslərə qanunsuz birtərəfli sanksiyalar tətbiq etməklə Çinin suverenliyinə və təhlükəsizlik maraqlarına ciddi ziyan vurur".

ÇXR Tayvanı özünün bir bölgəsi kimi tanıyır. Düzdür, dünyada "vahid Çin" və "iki Çin" siyasi termini mövcuddur. Amma rəsmi Pekin "iki Çin" termininə ciddi etiraz edir. Hələlik Tayvan dünyada rəsmən suveren ölkə kimi tanınmır və bu səbəbdən BMT-nin üzvü deyil. Lakin Amerika həmişə Çinin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, Tayvanla münasibətləri dövlətlərarası səviyyəyə çatdırmağa can atır.

Bəs Tayvanı Amerika üçün bu qədər önəmli edən nədir? ABŞ-nin burada hərbi ilə yanaşı, ciddi iqtisadi maraqları da var. Belə ki, ABŞ-nin iş adamları münbit investisiya və vergi mühitindən istifadə edərək adada böyük şirkətlər qurublar. Dünyada məişət texnikasından tutmuş hərbi sənayedə istifadə edilən ciplər ən çox Tayvanda istehsal olunur. Adada istehsal olunan ciplərin illik dəyəri təxminən 600 milyard dollar həcmindədir. Bəzi ekspertlər isə bu rəqəmin daha yüksək olduğunu bildirirlər. Yəni Tayvan məsələsi Çin üçün ərazi bütövlüyü olsa da, ABŞ üçün iqtisadi məsələdir.

Burada bir vacib məqama da toxunmaq istərdik. Hazırda Qərbdəki iş dünyasında siyasilərə qarşı bir etiraz dalğası var. Deyirlər ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan onlar əziyyət çəkdikləri halda digərləri faydalanırlar. Belə ki, Rusiyanın enerji resurslarının qiymətini ucuzlaşdırmasından ən çox faydalanan Çinlə Hindistandır. Belə fürsət isə iki nəhəng Asiya ölkəsinə Qərb şirkətləri ilə rəqabəti artırmağa əlavə imkanlar yaradır.

Hələlik heç kəs bu qarşıdurmanın nə qədər davam edəcəyini bilmir. Bircə məlum olan odur ki, hələ dünya bir neçə il özünün gərgin dövrünü yaşayacaq.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 14 yanvar, № 7.- S.7.