Ustad sənətkar- Əhməd Ağdamski

 

 

Sənətin bir çox sahəsində öz istedadı ilə parlayan, silinməz izlər qoyan adamlar azdır. Azərbaycan incəsənəti mədəniyyəti tarixində belə tanınmış simalardan biri opera müğənnisi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) idi.

Xalqın qəlbində teatra, peşəkar musiqiyə maraq oyatmaq, bu musiqinin yayılması inkişafı yollarını tapmaq onu o dövrün ziyalılarını mütəmadi düşündürən vacib məsələlərdən ən başlıcası idi. Bu il Əməkdar incəsənət xadimi  Əhməd Ağdamskinin 100 illik yübileyi tamam olur.

Əhməd Ağdamski kimi tanınan Əhməd Bədəlbəyli 1884-cü ilin soyuq qış günü - yanvar ayında Ağdamda ziyalı ailəsində doğulub. Məşhur Bədəlbəyli nəslindən olan Əhməd bəy eyni zamanda dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin doğma xalası oğludur. Hələ uşaq yaşlarından xalq mərasim tamaşalarında iştirak edən Ə.Ağdamskinin sənətə olan böyük marağı onu teatra gətirib çıxarıb. O, səhnə fəaliyyətinə "Nicat" Xeyriyyə Cəmiyyətinin teatr truppasında başlasa da, sonralar həm "Səfa" Mədəni-Maarif Cəmiyyətinin truppasında, Hüseynqulu Sarabskinin "Müsəlman opera dəstəsi"ndə "Zülfüqar bəy Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib. Lirik tenor səsə, məlahətli geniş diapazonlu ifa bacarığına malik olduğundan milli aktrisaların yoxluğu ucbatından əsasən opera operettalarda qadın rollarını ifa etməklə böyük şöhrət qazanıb.

XIX əsrin sonu XX əsrin əvvəllərində ölkəmizdə cəhalətin hökm sürdüyü bir dövrdə müsəlman qadınların səhnəyə çıxması qadağan idi. Qeyri millətlərdən olan qadın aktrisalar isə ana dilimizi səlis bilmirdilər hər saatda inciyib tamaşanı yarımçıq qoyub gedirdilər. Bu səbəbdən kişi aktyorlarımız qadın rollarında səhnəyə çıxmaq məcburiyyətində qalırdılar. İlk müsəlman operası olan "Leyli və Məcnun"da da belə bir hal baş verdi. Leyli rolunda ilk dəfə aşpaz şagirdi Əbdürrəhman Fərəcov, ardınca isə sonralar opera tariximizdə adı əbədiləşən Ə.Ağdamski çıxış etdi. Xurafatın, nadanlığın mövcud olduğu bir zamanda Əhməd Bədəlbəyli təhqirlərə məruz qalmamaq üçün tanınmasın deyə bütün sənədlərdə adını "Miri" yazdırırdı. Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski familiyasını götürdü. Aktyorun çıxışı Üzeyir bəyin o qədər xoşuna gəlir ki, sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir.

Ə.Ağdamskinin oynadığı rollar xarakter etibarilə bir-birindən fərqlənirdi. O, bu obrazların hər birini tamam ayrı səpkidə canlandırır, tək oyun tərzini deyil, hətta səsini belə dəyişdirirdi.

Aktyor XX əsrin 20-ci illərinin əvvəllərində doğma vətəninə - Qarabağa qayıdır və Ağdamda teatr truppası yaradır. O, bir çox tamaşanın rejissoru olmaqla yanaşı, həm musiqili, həm də dram əsərlərində bir xanəndə-aktyor kimi çıxış edirdi.

1934-cü ildə Ağdaşa köçür və burada ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olur. O, Ağdaş rayonunun musiqi məktəbində tardan dərs verir. Ağdaşa gəldiyi gündən rayon ziyalıları arasında böyük hörmət qazanır və el məclislərində yaxından iştirak edir.

Ə.Ağdamski orijinal siması olan sənətkarlardandır. Onda hümanizm ruhu çox güclü idi. Oynadığı bütün rollar tamaşaçıları tərəfindən müsbət qiymətləndirilirdi. O, fədakar əməyinin bəhrəsi olaraq 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Əhməd Ağdamski 1954-cü il aprelin 1-də Ağdaş rayonunda vəfat edib.

 

İ.ƏLİYEVA,

Azərbaycan.-2024.- 14 yanvar, № 7.- S.8.