Azərbaycan elminin şərəf rəmzi

 

Arif Paşayev - 90

 

 

Dəyərli alimləri, böyük şəxsiyyətləri, yüksək mənəviyyatlı ziyalıları ilə tanınmış Azərbaycan elminin keçən əsrin 60-cı illərindən süni, qərəzli qadağaları qırıb dünya səviyyəsinə yüksəlməsi, beynəlxalq aləmdə hörmət ehtiramla qarşılanması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi, onun milli kadrlara qayğısı, millətinə sonsuz sevgisi ilə bağlı idi.

Ümummilli Liderin "Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə öyünməyə haqqı var" deyimi tədqiqatçı-alimlərimizin  ədəbiyyat incəsənətin, fəlsəfə dəqiq elmlərin inkişafında yeniliklər elmi kəşflər etmələrinə stimul verdi. Onlar daha böyük əminliklə yazıb-yaradır, dünya elmini zənginləşdirirdilər. Bu dövrdə mötəbər jurnallarda "Yüksək tezlikdə yarımkeçirici müqavimətinin təmassız ölçülməsi", "Silisiumun xüsusi müqavimətinin təmassız üsulla yüksək tezlikdə ölçülməsi", "Yarımkeçiricilərin fiziki xüsusiyyətlərinin ifratyüksək tezlikli metodlarla tədqiqinə dair"  nəzəri təcrübi əhəmiyyətli məqalələr beynəlxalq aləmdə əks-səda doğurdu. Bu elmi yeniliklərin məntiqi nəticəsi olaraq uğurla müdafiə edilmiş "Yüksək ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul cihazların işlənməsi" namizədlik dissertasiyasının müəllifi Arif Mir Cəlal oğlu Paşayev elmin səmasında yüksək intellektin mənəviyyatın vəhdətini özündə birləşdirmiş nur mənbəyi kimi parladı.

Arif Paşayev 1934-cü il fevralın 15-də görkəmli ədəbiyyatşünas yazıçı, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ailəsində dünyaya gəlmişdir. Bu unudulmaz ziyalının adı hər bir azərbaycanlı, ədəbiyyatımızın nuruna  sığınmış hər kəs üçün əzizdir, doğmadır. Mir Cəlal Paşayev böyük pedaqoq, ədəbiyyatımızın tədqiqatçısı, habelə ədəbiyyatımızın özü idi. Onun elmə, təhsilə verdiyi töhfə bir neçə ali məktəbin, universitetin töhfəsinə bərabər, şəxsiyyəti, incə qəlbi, dərin zəkası yüksək əxlaqi-mədəni keyfiyyətləri milli mənəviyyatımızın təcəssümü sayılır.

Bu gün hər birimizin ehtiramla yad etdiyi, adından riqqətə gəldiyimiz ədəbiyyatşünaslar, şair yazıçılar, bəstəkar incəsənət ustadları Arif Paşayevin böyüyüb ərsəyə gəldiyi ailənin qonaqları olaraq Mir Cəlal müəllimin nuruna toplaşırdılar: Səməd Vurğun, Həmid Araslı, Mirzə İbrahimov, Sabit Rəhman digər nəhəng söz sahibləri Paşayevlərin səmimi ocağında öz ədəbi-bədii fikirlərini bölüşür, əsərlərindən parçalar söyləyirdilər.

Belə bir şəxsiyyətin ailəsində yüksəksəviyyəli tərbiyə almış Arif Paşayev kitaba, elmə, elm adamlarına sevgi ilə böyümüşdür. Gənclik illərindən  alimlik yolunun qədər məşəqqətli, eyni zamanda şərəfli bir yol olduğunu anlayaraq öz zəhməti, yuxusuz gecələri, kitabxanalarda davamlı mütaliəsi, sonradan isə xüsusi ixtisaslaşdırılmış laboratoriyalarda, müxtəlif sənaye təsərrüfat sahələrində dəyərli tədqiqatları hesabına istəyinə nail olacağını qarşısına məqsəd qoymuşdu.

Arif Paşayevin dəqiq elmlərin tərkib hissəsi olan fizikanı riyaziyyatı ixtisas seçməsi texnika əsrində azərbaycanlı alimin bu sahələri incəsənətə çevirməsinə səbəb oldu. Çünki akademik Arif Paşayevin hər bir kitabı, hər bir məqaləsi, rəhbərliyi altında müdafiə olunan hər bir dissertasiya sənət nümunəsi, incəsənətin, poeziyanın, nəsrin texniki dildə ifadəsidir. Bu məqamda "Müasir analizin atası" dahi Karl Veyerştrassın: "Müəyyən mənada şair olmayan riyaziyyatçı heç zaman həqiqi riyaziyyatçı olmayacaqdır" deyimi yada düşür.

Şərəfli həyat yolunun peşəkar hissəsini gənc Arif Paşayev 1951-1954-cü illərdə Moskva Elektrotexnika Rabitə İnstitutunun tələbəsi olaraq başlamış, 1954-1957-ci illərdə təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda uğurla davam etdirərək "Rabitə radioyayım" ixtisasına yiyələnməklə yüksək ixtisaslı mütəxəssis kimi fəaliyyətə başlamışdır.

Gənc mütəxəssisin ilk əmək fəaliyyəti illərindən - Azərbaycan Dövlət Universitetində (indi BDU), Azərbaycan Milli Elmlər Akademiyasının Astrofizika bölməsində, AMEA-nın Fizika Riyaziyyat İnstitutunda fitri istedad, xalqına məhəbbətdən irəli gələn bilik bacarığını Vətənimizin inkişafı üçün tətbiq etmək istəyi həmişə güclü olmuşdur. Bu elmə bağlılıq, Vətən sevgisi onu Rusiyanın ən nüfuzlu elm ocaqlarından biri olan Moskva Dövlət Nadir Metallar İnstitutuna gətirdi burada elmi mətinliyi, iradəsi ən qısa müddətdə tamamlanmış namizədlik dissertasiyasında öz əksini tapdı. Gənc alimin Azərbaycan SSR Elmlər Akademiyası fizika-riyaziyyat texnika elmləri bölməsinin elmi katibi olması onun fitri istedadına, ona olan inamın etimadın göstəricisi idi. Bunun ardınca Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda Zədəsiz ölçmə nəzarətin fiziki üsulları laboratoriyasına rəhbərlik, doktorluq dissertasiyasının uğurlu müdafiəsi gəldi. Görkəmli alim, akademik Arif Paşayev yüksək ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaradaraq yeni, perspektivli bir sahəyə həyat bəxş etmişdir.

Xalqına Vətəninə xidmət nümunəsi olan Əməkdar elm xadimi, akademik Arif Paşayev fizika riyaziyyatın bütün sahələrində öz nüfuzlu sözünü söyləmişdir. Əsərləri dünya kitabxanalarının qızıl fondlarında saxlanılan alim, görkəmli ictimai xadim, əvəzolunmaz təhsil təşkilatçısı yüksək mənəviyyat təcəssümüdür. Onun kitabları məqalələri xaricdə dəfələrlə çap olunmuş, habelə adı dünya fizika riyaziyyat elminin salnaməsinə qızıl hərflərlə yazılmışdır. Akademik Arif Paşayev Beynəlxalq Mühəndislik, Beynəlxalq Elmlər, Beynəlxalq Nəqliyyat, Beynəlxalq Ekoenergetika Beynəlxalq İnformatizasiya akademiyalarının digər akademiyaların həqiqi üzvüdür. Həmçinin Rusiya Elmlər Akademiyasının fəxri üzvüdür P.L.Kapitsa adına Qızıl medala layiq görülmüşdür. Görkəmli akademikimiz Vyana Beynəlxalq Universitetinin fəxri professoru, Ukrayna Milli Aviasiya Universitetinin, Gürcüstan Aviasiya Universitetinin, A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru bir çox nüfuzlu akademiyaların, universitetlərin fəxri doktoru professoru adını daşıyır.

Əməkdar elm xadimi, akademik Arif Paşayev müstəqil dövlətimizin təkcə regionda deyil, dünya miqyasında nüfuzunun yüksəlməsi uğrunda bir alim-vətənpərvər kimi çalışır. Bu baxımdan onun alim təşkilatçı kimi zəngin həyat yolunda yaratdığı ən gözəl əsərlərdən biri bütün ölkəmiz üçün strateji əhəmiyyətli, elmi bazada yüksək inkişaf edərək dünya birinciləri arasında inamla öz yerini tutmuş, qətiyyətlə irəliləyən Milli Aviasiya Akademiyasıdır. Müstəqilliyini yeni əldə etmiş, aviasiya kimi mühüm sahəyə, bu sahənin istər elmi, istərsə praktik istiqamətdə inkişaf etməsinə, yüksəkixtisaslı mütəxəssislərə böyük ehtiyac duyulan Vətənimizdə akademik Arif Paşayev rektoru olduğu bu elm ocağında qarşıda duran hədəfləri görmüş, çətinliklərin problemlərin olacağını duyaraq məqsədyönlü surətdə bütün vəzifələrin öhdəsindən özünəməxsus inam alim şücaəti ilə gəlmişdir.

Milli Aviasiya Akademiyasının rektoru kimi onun yüksək təşkilatçılığı sayəsində akademiyanın fəaliyyəti dünya səviyyəsində tanınmış, elmi-metodiki işlər yüksəkixtisaslı kadrların hazırlanması digər ali təhsil ocaqları üçün nümunəyə çevrilmişdir. Akademiyanın infrastrukturu ilə tanışlıq bu ali təhsil ocağının elm texnikanın, nəzəriyyə təcrübənin üzvi inteqrasiyanın etalonu olduğunu anlamağa imkan verir. Akademiya əsl "aviasiya məbədidir", 6 fakültəni, 23 kafedranı, Pilotların Hazırlığı Mərkəzini, Texniki Xidmət Məktəbini, Aviasiya Təhlükəsizliyi Mərkəzini digər ümdə əhəmiyyətli bölmələri özündə birləşdirmiş akademiya Arif Paşayev şəxsiyyətinin, elmi-pedaqoji istedadının bəhrəsidir. Onun təşəbbüsü təşkilatçılığı akademiyada "İqtisadiyyat hüquq", "Avianəqliyyat istehsalatı", "İxtisasartırma" kafedraları açılmış, müasir standartlara uyğun korpuslar, yataqxana idman meydançaları inşa edilmişdir.

Görkəmli akademikin böyük təşkilatçılıq fəaliyyəti eləcə akademiyanın müasir avadanlıqlarla təmin olunmasında Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülməsində, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilməsində təcəssüm etmişdir. Böyük alimimizin yaradıcı fəaliyyətinin nəticəsidir ki, Milli Aviasiya Akademiyası dünya ali təhsil sisteminə nəinki uğurla inteqrasiya etmiş, həmçinin bir çox dövlətlərin analoji təhsil müəssisələri üçün etalon kimi qəbul olunmuşdur.

Əməkdar elm xadimi, akademik Arif Paşayev gözəl ailə başçısı, xoşbəxt ata babadır. Həyat yoldaşı tanınmış şərqşünas ədəbiyyatşünas, professor Aida xanım İmanquliyeva olmuşdur. Bu ailədə hər bir azərbaycanlının fəxr qürur mənbəyi, milyonlarla insanın səmimi məhəbbətini qazanmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünyaya gəlmişdir.

Əməkdar elm xadimi, akademik Arif Paşayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Şöhrət", "Şərəf" "İstiqlal" ordenləri ilə təltif olunmuşdur.

Görkəmli alim, ictimai xadim, akademik, Əməkdar elm xadimi Arif Mir Cəlal oğlu Paşayev anadan olmasının 90, elmi fəaliyyətinin 65 illiyi ərəfəsində öz zəngin təcrübəsini gənc alimlərə tələbələrə həvəslə öyrədir, ölkəmizin elmi iqtisadi potensialının yüksəlməsi uğrunda yorulmadan çalışır.

 

Vaqif ŞADLİNSKİ,

Əməkdar elm xadimi,

Professor

Azərbaycan.-2024.- 16 yanvar, № 8.- S.9.