Azərbaycan - yaxın gələcəyin "yaşıl" ölkəsi

 

 

Son illər qlobal əhəmiyyətli bir çox tədbirlərin təşkilini uğurla həyata keçirən Azərbaycan bu il möhtəşəm bir beynəlxalq tədbirə evsahibliyi edəcək. Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul olunub. Hazırda bu mühüm əhəmiyyətli tədbirə hazırlıq işləri görülməkdədir.

Bununla bağlı 15 dekabr 2023-cü il tarixində keçirilən müşavirədə  Prezident İlham Əliyev COP29 beynəlxalq konfransının Azərbaycanda keçirilməsi qərarını ölkəmizin növbəti böyük uğura imza atması kimi dəyərləndirdi: "...Azərbaycana növbəti dəfə böyük etimad böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı".

 

 

 

Beynəlxalq aləmin Azərbaycana dəstəyi

 

 

 

Nəzərə alsaq ki, bu cür qlobal miqyaslı tədbirlərə hansı ölkənin evsahibliyi etməsi ilə bağlı qərarlar beynəlxalq birliyin hər bir üzvünün rəyi, rəsmi razılığı nəzərə alınmaqla qəbul edilir, o zaman COP29-un Azərbaycanda keçirilməsi qərarının yeni reallıqlar dövründə qədər böyük tarixi mahiyyət daşıdığını təsəvvür edə bilərik.

Beynəlxalq birliyin bu mühüm qərarının Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən, ərazi bütövlüyümüzün tam bərpasından cəmi iki ay yarım sonraya təsadüf etməsi bütün dünya ictimaiyyətinin vətənimizin haqq mübarizəsinin tarixi nəticəsinə, dövlət suverenliyimizin bərpasına yekdil dəstəyinin ifadəsidir. Bu, başqa ölkələrin daxili işlərinə qarışmaq siyasətindən əl çəkmək istəməyən, riyakarcasına ikili standartları davam etdirən, Ermənistanda revanşistləri yenidən diriltməyə çalışan bəzi Qərb ölkələrinə tutarlı cavabdır. 

COP29-un ölkəmizdə keçirilməsi qərarı xüsusilə Fransanın son zamanlar Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamların mənasızlığını göstərir. Əslində, başqa cür ola da bilməz. Bu məsələdə beynəlxalq hüquq normaları, haqq-ədalət meyarları məhz Azərbaycanın tərəfindədir. Dövlətimiz öz suveren ərazisində separatçılara, torpaqlarımızı 30 il işğal altında saxlayanlara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib. Bütün humanitar normalara riayət etməklə öz suverenliyinin bərpasına nail olub. Amma bəzi Qərb ölkələri, xüsusən Fransa bununla barışmaq fikrində deyil. "Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının Azərbaycanda keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar", - deyə Azərbaycan Prezidenti sözügedən müşavirədə bildirib.

 

 

 

COP29 da yüksək səviyyədə keçiriləcək

 

 

 

Ölkəmiz indiyə kimi bir çox belə tədbirləri uğurla təşkil edib, bu sahədə mükəmməl nümunələr, üstün meyarlar yaradıb təbii ki, zəngin təcrübə toplayıb. Ötən il Beynəlxalq Astronavtika Konqresi Bakıda böyük müvəffəqiyyətlə keçirildi. Bu mötəbər beynəlxalq tədbirin 50 ildən sonra ikinci dəfə Azərbaycan paytaxtında təşkil olunması ona xüsusilə böyük tarixi dəyər qatırdı. 50 il əvvəl sovet, bu gün isə müstəqil Azərbaycanın paytaxtı olan Bakı bu mötəbər tədbirə uğurla evsahibliyi etdi konqres bütün dünyada böyük maraq doğurdu.

COP29-a gəlincə isə bu, indiyə qədər keçirilmiş tədbirlərin ən genişmiqyaslısı olacaq. Bununla bağlı müşavirədəki çıxışı zamanı dövlətimizin başçısı tədbirin əhatə dairəsi barədə əyani təsəvvür yaratmaq üçün maraqlı bir müqayisə aparıb: "Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq".

Prezident İlham Əliyev onu da vurğulayıb ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından geri qalmır. "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə özünü göstərəcəkdir dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır bütün dünya bunu bir daha görəcək", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

COP29-un məhz Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin etibarlı məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verən ölkəmizin bununla bağlı strateji hədəflərinə uyğundur. Məlumdur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri məhz "Təmiz ətraf mühit yaşıl artım ölkəsi" olmaqdır. Müvafiq prioritetə uyğun şəkildə, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası artırılması, su ehtiyatlarından dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili kimi götürülmüş 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 35, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. İşğaldan azad edilmiş Qarabağ Şərqi Zəngəzur, eləcə Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa yenidənqurma prosesi ətraf mühitin qorunması prioriteti nəzərə alınmaqla həyata keçirilir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Dövlətimiz "yaşıl enerji" növlərinin yaradılmasına onların dünya bazarlarına nəqlinə enerji siyasətində xüsusi əhmiyyət verir, o cümlədən elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan edilməsi ölkəmizin bu sahədə qarşıya qoyduğu hədəflərə sadiqliyini göstərir.  

 

 

 

Dövlətimiz bütün hədəflərinə çatacaq

 

 

 

29 sentyabr 2023-cü ildə Zəngilanda keçirilmiş 2-ci Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışı zamanı Prezident İlham Əliyev Böyük Qayıdış Proqramının icrası zamanı da müasir texnologiyalardan, modern şəhərsalma nümunələrindən geniş istifadə edildiyini, "ağıllı şəhər" "ağıllı kənd"lərin inşa olunduğunu diqqətə çatdırdı. Zəngilan şəhərinin baş planının artıq təsdiq edildiyini, infrastruktura böyük vəsait ayrıldığını, bir neçə yaşayış layihəsinin icra edildiyini bildirdi: "Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq".

Azərbaycan Prezidenti onu da vurğuladı ki, Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanıdır. Üçüncüsü isə Laçında inşa edilir iki il ərzində o hava limanı da istifadəyə veriləcək.

Forumda Prezident İlham Əliyev hazırda Zəngilanda təkcə pilot yaşayış layihəsinin deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsinin həyata keçirildiyinə nəzər yetirdi. Ümid etdiyini bildirdi ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə sanballı töhfə verəcək.

Enerji potensialı, nəqliyyat, yaşayış layihələri - bunların hamısı Azərbaycan dövlətinin yaxın illər üzrə müəyyən etdiyi gündəliyin tərkib hissəsidir. Dövlətimizin başçısının qətiyyəti, effektiv siyasəti, xalqın bu siyasətə fəal dəstəyi sayəsində dövlətimiz qarşıya qoyduğu bütün vəzifələrə hədəflərə nail olacaq.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 16 yanvar, № 8.- S.9.