Qərbi Azərbaycan İcması Fransa Senatının qətnaməsinə cavab verib

 

Qərbi Azərbaycan İcması Fransa Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli əsassız qətnamə ilə əlaqədar bəyanat yayıb.

 

AZƏRTAC bəyanatı təqdim edir:

İrqçi, islamofob, azərbaycanofob Fransa Senatı daha bir anti-Azərbaycan qətnaməsi qəbul edib. Fransız Senatında əyləşən müasir səlibçilər anlamırlar ki, Azərbaycan öz suveren ərazisində hərbi əməliyyat keçirməyə görə heç kimdən icazə almır bu mənada Fransa Senatı öz yerini bilməlidir. Azərbaycanla bağlı gülünc ittihamlar irəli sürən Fransa Senatı qoyFransada niyə tez-tez az qala vətəndaş müharibəsi yaşanır”, “Fransa niyə Korsika dilini qadağan edir”, “Fransa ordusunun Niger, Mali, Burkino Fasoda işi var”, “Fransa üçün özündən min kilometrlərlə uzaqda yerləşən əraziləri hələ müstəmləkə asılılığında saxlayırkimi suallara cavab versin.

İkinci Dünya müharibəsində biabırcasına məğlub olduqdan sonra başqalarının mərhəməti ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna yiyələnmiş, bir neçə aydır ki bu qurumda Azərbaycan əleyhinə qətnamə qəbul etdirə bilməyən Fransa, görünür özünü Senatın qətnaməsi ilə ovundurur.

Fransa Senatının gözünü etnik dini nifrət o qədər tutub ki, “Azərbaycanı onun müttəfiqlərini öz qoşunlarını Ermənistan ərazisindən çıxarmağaçağırır. Bununla Senat özünü lağlağı obyektinə çevirir.

Qarabağ ermənilərininöz müqəddəratını təyin etmək hüququ”ndan danışan Fransa qoy gedib Korsikaya, basklara, Yeni Kaledoniyaya müstəqillik versin.

Bir tərəfdən Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışaraq, digər tərəfdənDağlıq Qarabağ respublikası”, “Dağlıq Qarabağın demokratik surətdə seçilmiş liderləriifadələrindən istifadə edən Senat əslində özü-özünü ələ salır. AZƏRTAC-ın müxbirinin Yeni Kaledoniyaya girişinə qadağa qoyanlar AzərbaycandanDağlıq Qarabağ respublikasının siyasi liderləri”nin buraxılmasını tələb edir.

Senaterməni mədəni irsi”nə görə narahat olursa, qoy onda Fransanın əsrlərlə Afrikadan oğurladığı mədəni irs nümunələri ilə məşğul olsun. Fransanın Qarabağa göndərmək istədiyi UNESCO missiyası elə Fransanın özünə göndərilməlidir ki, həmin oğurlanmış irs nümunələrinin əsl sahiblərinə qaytarılmasını təmin etsin.

Qarabağ ermənilərinin geriyə qayıdışından danışan səlibçi mentalitetli Fransa Senatı başa düşməlidir ki, qayıdış qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana qayıdışı təmin edilməlidir.

Başa düşürük, azərbaycanofobiya son illər Fransada gəlirli peşəyə, “qəhrəman”, “alovlu natiqolmaq üçün əla fürsətə çevrilir. Amma Fransa təkcə İkinci Dünya müharibəsində, son illərdə Afrikada məğlub olmayıb, Fransa həm 2020-2023-cü illərdə Cənubi Qafqazda məğlub oldu. Son illər özünü təmiz urvatsız edən rəsmi Paris bununla barışmalı, regiona soxulmaq siyasətindən əl çəkməlidir.

Avropa İttifaqını Azərbaycanla münasibətləri yenidən nəzərə keçirməyə çağıran özündən müştəbeh fransız Senatı elə bilir ki, dünya Fransanın, Avropanın ətrafında fırlanır.

Azərbaycan Ermənistanın dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar fonunda fransız Senatının bu təxribatçı addımı siyasi klounluqdur.

Fransanın qardaş Türkiyəyə yönəlmiş ittihamlarını da qətiyyətlə rədd edirik.

Ermənistan da başa düşməlidir ki, Fransanın heç kimə lazım olmayan silahları ona sırıması, Avropa İttifaqının Ermənistanda baza qurması İrəvana heç bir kömək etməyəcək, əksinə Azərbaycan Ermənistan arasında sülhün bərqərar olmasına mane olacaq. Fransanın Ermənistana maksimum verə biləcəyi Qarabağ ermənilərinə Parisin fəxri vətəndaşı adı verib baş aldatmaq ola bilər. Ermənistan 1-ci Respublikanın səhvlərindən nəticə çıxarmalıdır”.

 

Azərbaycan.-2024.- 19 yanvar, ¹ 11.- S.7.