Ermənistanda 5 ildə cinayətkarlıq 20 dəfədən çox artıb

 

 

Hayastanda cinayət hadisələrinin sayında əhəmiyyətli dərəcədə artım baş verib ki, bu da sözügedən ölkənin ümumilikdə cinayətkarlar məskəninə çevrilməkdə olduğunu göstərir. 

Bölgələrdə cinayətkarlıq səviyyəsi əsas etibarilə mülkiyyət oğurluğu, özgənin əmlakını qanunsuz yolla mənimsəmə bu qəbildən olan qanunazidd əməllər hesabına çoxalmaqdadır. Məhz bu da iqtisadi problemlərin Hayastan üçün daha bir fəsad yaratdığını, yəni ölkənin kriminogen durumunu xeyli ağırlaşdırdığını təsdiqləyir.

Eyni zamanda ölkə iqtisadiyyatında yaranmış böhranlı vəziyyət, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması, işsizliyin tüğyan etməsi özbaşınalıq halları adamlarını bu ölkədən qaçırır.

"4rd.am" nəşri yazıb ki, ağır cinayətlərin sayı hakimiyyət dəyişikliyindən əvvəlki beş ildə 34, hakimiyyət dəyişikliyindən sonrakı beş ildə isə 669 hadisə artıb. Başqa sözlə, xüsusilə təhlükəli cinayət təxminən 20 dəfə artıb. 2023-cü ilin yanvar-noyabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu cinayətlər 2 dəfə artıb.

Qeyd olunub ki, Hayastanın xarici təhlükəsizliyinə təhdidlərin dərinləşməsi onların gündəlik təzahürləri bu hakimiyyətin əsas gündəmini təşkil edir:  "Saxta "sülh" paketləməsi, dönməz itkiləri olan real müharibələr, milli dövlət maraqlarının hakimiyyətin dar siyasi şəxsi maraqlarına tabe edilməsi, yeni müharibəyə rəvac verən təhdidlər. Lakin daxili təhlükəsizliyin artan problemləri real çağırışları heç az əhəmiyyət kəsb etmir. Rəsmi statistikaya görə, son beş ildə cinayətlər cəmiyyətin daxili təhlükəsizlik riskləri kəskin şəkildə artıb.

Bildirilib ki, cinayətlərin ümumi sayında  2013-2017-ci illərdə 10,6 faiz, hakimiyyət dəyişikliyindən sonrakı beş ildə - 2018-2022-ci illərdə isə 66,8 faiz artım qeydə alınıb, yəni artım tempi təxminən 6,3 dəfə olub. Son məlumatlara görə, yüksək artım 2023-cü ilin yanvar-noyabr aylarında da davam edib.

Ağır cinayətlərin sayı hakimiyyət dəyişikliyindən əvvəlki beş ildə 11,7 faiz azalma, hakimiyyət dəyişikliyindən sonrakı beş ildə isə 40 faiz çoxalma qeydə alınıb. Əvvəlki beş ilin yüksək artım tempi 2023-cü ilin yanvar-noyabr aylarında əhəmiyyətli dərəcədə yüksəlib.

Qeyd edilib ki, narkotiklərlə bağlı cinayətlərin sayı hakimiyyət dəyişikliyindən əvvəlki beş ildə, demək olar ki, dəyişməyib, hakimiyyət dəyişikliyindən sonra - 2018-2022-ci illərdə isə 2,6 dəfə artıb. 2023-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 2,3 dəfə artaraq, müstəqillik əldə etdikdən sonra qeydə alınan illik artım göstəriciləri ilə müqayisədə misilsiz olub. O da əlavə edilib ki, korrupsiya cinayətlərinin sayı hakimiyyət dəyişikliyindən əvvəlki sonrakı beş ildə bir-birinə kifayət qədər yaxındır, baxmayaraq ki, hazırkı hakimiyyət korrupsiyaya qarşı mübarizəni özünün prioriteti əsas şüarı kimi elan edir. Görünən odur ki, hər il Hayastan vətəndaşlarının yaşayışı ötənilkindən daha ağır olur.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 19 yanvar, № 11.- S.8.