Gənclər bu seçkilərin ən fəal iştirakçıları olacaqlar

 

7 fevral Prezident seçkiləri günüdür

 

 

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ötən ilin sentyabrındakı antiterror əməliyyatları nəticəsində Qarabağda erməni separatizminə birdəfəlik son qoyulması Azərbaycanın müasir dövlətçiliyinin ən əlamətdar hadisələrinə çevrilməklə yanaşı, tariximizdə   respublikamızın bundan sonrakı inkişafında tamamilə yeni mərhələnin başlanğıcı oldu.

Növbədənkənar prezident seçkilərinin elan edilməsi torpaqlarımızın azadlığı kimi milli prioritetin qətiyyətlə reallaşması Azərbaycanın yeni tarixi dövrə qədəm qoyması ilə əlaqədar qəbul olunan siyasi qərardır.

 Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan artıq uzun müddətdir özünün müasir dövlətçilik tarixinin ən qüdrətli mərhələsini yaşayır. Ötən 20 ildə keçdiyimiz dinamik inkişaf yolundan, tam iqtisadi müstəqilliyimizin təmin olunmasından başlamış respublikamızın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, qlobal nüfuzunun yüksəlməsinə qədər nail olduğumuz hər bir möhtəşəm uğur bu reallığı təsdiq edən mühüm siyasi-iqtisadi faktorlardır. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi, respublikamızın hər yerində konstitusiya quruluşunun bərqərar olunması, 200 illik dövrdə bütün faciələrimizin səbəbi olmuş erməni separatizminin məhv edilməsi isə bu nailiyyətlərimizin zirvə nöqtəsidir. Bununla da xalqımız tariximizin torpaqlarımızın azadlığı uğrunda mübarizə mərhələsini, habelə yüksəlişinin parlaq qələbələr uğurlarla zəngin bir dövrünü layiqincə başa vurdu.

Qarşıda isə dövlət xalq olaraq bizi yeni inkişaf hədəfləri gözləyir. Yeni milli prioritetlərə doğru ilkin siyasi addımlardan birincisinin məhz prezident seçkiləri olması tamamilə məntiqlidir. Çünki respublikamızda seçkilər təqvim ardıcıllığına uyğun olaraq öz vaxtında keçirilməli olsaydı, qədəm qoyduğumuz yeni dövrün ilk seçkisi bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri olacaqdı. Lakin yeni dövrə qədəm qoyarkən ilk seçkinin prezident seçkiləri olması daha doğru daha müdrik siyasi başlanğıcdır. Geridə qoyduğumuz 20 illik mərhələyə elə bu prezident seçkiləri ilə yekun vurulacaq.

Seçkilərin növbədənkənar keçirilməsinə gəldikdə isə, bütün dünyada qəbul olunmuş bu siyasi təcrübə ölkəmizdə hüquqi norma kimi təsbit olunub. Seçkilər növbədənkənar keçiriləndə sadəcə seçicilər öz siyasi iradələrini vaxtından əvvəl ifadə edirlər. Azərbaycan qanunvericiliyi növbəti prezident seçkilərinin keçirilməsi ilə növbədənkənar prezident seçkilərinin keçirilməsi arasında hər hansı hüquqi prosedur, yaxud müddət fərqi müəyyən etmir.

Növbədənkənar prezident seçkilərinə 20 günə yaxın müddət qalır. Ötən aydan başlanmış seçki kampaniyasının bir neçə mərhələsi artıq arxada qalıb. Mərkəzi Seçki Komissiyası 7 nəfər namizədin seçkilərdə iştirakını təsdiq edib. MSK-nın təqvim planına əsasən, yanvarın 15-dən etibarən namizədlərin seçkiqabağı təşviqat mərhələsi başlayıb. Gedişat göstərir ki, təşviqat mərhələsində bütün namizədlər üçün bərabər şərait yaradılıb. Hər bir namizəd, namizədin səlahiyyətli nümayəndələri vəkilləri istər kütləvi-informasiya vasitələrində, istər açıq qapalı məkanlarda, istərsə qanunvericiliklə təsbit olunmuş bütün formalarda  təşviqatla məşğul ola bilərlər.

Bütün bunlar ilk növbədə Azərbaycanda bərqərar olunmuş demokratik seçki mühitindən xəbər verir. Bu baxımdan qarşıdan gələn prezident seçkiləri Azərbaycanın demokratik inkişafının növbəti təntənəsinə çevriləcək.

Naxçıvan Muxtar Respublikasında da prezident seçkiləri kampaniyası qanunvericiliyə uyğun davam edir. Seçki komissiyalarının üzvlərinin ilik bacarıq səviyyələrinin yüksəldilməsi, vətəndaşların seçki hüquqlarının təmin edilməsi, ilk dəfə səs verəcək gənc seçicilərin maarifləndirilməsi, onlara hüquq vəzifələrinin izah edilməsi ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu sırada Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə seçki könüllülərinin ilk dəfə səs verəcək gənclərlə görüşlərini xüsusi qeyd etməliyik. "Gəncin səsi, Gələcəyin səsi!" şüarı altında keçirilən görüşlərdə məqsəd ilk dəfə səs verəcək gənclərə onların hüquq vəzifələrini izah etmək, seçki prosesində iştirak üçün lazım olan prosedur qaydaları barədə ətraflı məlumat vermək bütün gəncləri seçkidə iştirakçılığa səsləməkdir. Belə görüşlər çərçivəsində maarifləndirmə sessiyaları ilə yanaşı, gənclərin asudə vaxtlarının səmərəli əyləncəli təşkil edilməsi məqsədilə onların maraqlarını əhatə edəcək müxtəlif mövzularda kvestlər, komanda quruculuğu şəbəkələşmə oyunları həyata keçirilir.

Ümumiyyətlə isə, muxtar respublikada seçkilərin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli şəffaf keçirilməsi yönündə hər bir şərait tam təmin edilib. Bütün seçki məntəqələri lazımi texniki metodiki vəsaitlərlə təchiz olunub.  Seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. Məntəqələrdə quraşdırılmış müşahidə kameraları vasitəsilə seçki prosesini canlı izləmək mümkün olacaq.

Əsrlərdir məhrumiyyətlərə, əsarətə, torpaq itkilərinə düçar olmuş bir toplumdan artıq müzəffər xalqa çevrilmişik. Ona görə qarşıdan gələn prezident seçkiləri bir neçə mühüm tarixi məqamla əlamətdardır. Belə ki, bu seçkilər torpaqlarımızın tam azadlığı şəraitində keçiriləcək. Bu seçkilər müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində baş tutacaq. Olduqca qürurvericidir ki, biz bu seçkiyə qalib xalq kimi gedirik.

Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi ilə yeni reallıqlar yaranıb qarşıda  bizi həyata keçirməli olduğumuz yeni milli prioritetlər gözləyir. Qarabağ Şərqi Zəngəzurun bərpası, yüz minlərlə soydaşımızın öz doğma yurdlarına qayıdışı, yeni iqtisadi sosial inkişaf göstəricilərinə nail olunması, sabitliyin təhlükəsizliyin davamlılığının qorunması kimi hədəflərimiz, böyük planlarımız var. Habelə qarşıdakı illərdə yeni islahatlara start veriləcək. Bu mənada fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri xüsusi əhəmiyyətə malikdir.

Bütün tarixi proseslərdə, siyasi hadisələrdə doğru qərarlar verən xalqımız qarşıdan gələn prezident seçkilərində müdrik seçimini edəcək. Bu seçkidə xalqımız özünün firavan təhlükəsiz gələcəyinə, indiyə qədər əldə edilmiş uğurların, Azərbaycanın yüksəlişinin yeni dövrdə davamına  yeni zəfərlərə səs verəcək. O cümlədən hər zaman seçkilərdə yüksək fəallıq nümayiş etdirmiş, doğru seçim etmiş Naxçıvan seçiciləri ən layiqli namizədi dəstəkləyəcəklər.

 

Cəbi QULİYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2024.- 19 yanvar, № 11.- S.10.