Qarabağ Şərqi Zəngəzur bu gün hünər meydanıdır

 

 

30 illik işğala son qoyulduqdan sonra Qarabağın dirçəldilməsi, bərpa-quruculuq işləri Azərbaycan dövlətinin qarşısında duran ən əsas məsələ oldu. Bu məqsədlə qəbul edilən Böyük qayıdış proqramında viran qalmış yurd yerlərinin yenidən qurulması, "ağıllı" kənd şəhərlərin, müasir infrastrukturun yaradılması önə çəkildi.

"Ağıllı kənd" Ağalıya ilk köç  2022-ci ilin 19 iyulunda baş tutdu. 2023-cü ilin martında isə Tərtərin Talış kəndi sakinlərinə qucaq açdı. Bununla işğaldan azad olunan yaşayış məntəqələrinə yeni nəfəs, yeni həyat  gəldi, yollarımız erməni quldurlarının izlərindən təmizləndi, yaşayış məskənlərimizin  siması dəyişdi. Ardınca Zabux kəndi, Laçın Füzuli şəhərləri pərən-pərən olmuş sakinlərini qəbul etdi. Yenidən qurulmuş  yaşayış məskənlərində həyat qaynamağa başladı. İndi bu kənd şəhərlər həm yurd həsrəti çəkənlərin arzularının gerçəkləşdiyi yerlərdir.

Ümumilikdə Böyük qayıdış proqramı çərçivsində 2023-cü ildə Füzuli şəhərinə 380 ailə (1392 nəfər),  Laçın şəhərinə 408 ailə (1555 nəfər), Ağalıya 175 ailə (871 nəfər), Talışa  20 ailə (90 nəfər), Laçın rayonunun Zabux kəndinə 203 ailə (783 nəfər) olmaqla 1186 ailə (4691 nəfər) köçürülüb. Bu, sıradan fakt deyil. Erməni vandallarının dağıdıb yerlə yeksan etdikləri ərazilərin yenidən məskunlaşdırılması nəhəng işdir. Bu, əslində bərpa deyil, yeni yaşayış məskənlərinin salınmasıdır. 30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdə daşı daş üstə qoymayıb. Satdığını  satıb, sata bilmədiyini yerlə bir edib. Çünki bu, erməni xislətidir. Yurda bağlılıq, torpağı sevmək, vətən təəssübü hər xalqın işi deyil. Onun üçün gərək türk doğulasan, azərbaycanlı olasan. Əks halda biz qısa müddətdə Qarabağ Şərqi Zəngəzurun

8 şəhər 92 kəndinin baş planını təsdiqləməz, 30 kəndin təməlini qoymaz, yüz kilometrlərlə yol çəkməz, körpü salmaz, dağları yarıb tunellər tikməzdik.

Bu il Qarabağda Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam edəcək. Su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanaların tikintisi səngiməyəcək. İçməli su xətləri, elektrik enerjisi digər infrastruktur layihələrə   ara verilməyəcək. Sərsəng Su Anbarına işğal dövründə ermənilər bir qəpik vəsait qoymayıblar, yalnız vəhşicəsinə istismar ediblər. Xaçınçay Su Anbarı isə tamamilə məhv edilmişdi. Bu anbarda bərpa işləri  başa çatıb artıq  istifadəyə verilib. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının da açılışı olacaq. Üstəlik, Suqovuşan yenidən qurulub. Zabuxçay Su Anbarının inşası isə bu il tamamlanacaq. Anbarın suyu böyük ərazini suvarma suyu ilə təmin edəcək. Bu da o deməkdir ki, keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olacaq.

Bu gün evlərinə qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı müvafiq qurumlar ciddi məşğul olurlar. Yurda qayıtmış insanlara treninqlər keçirilir, yeni istehsal sahələri, sənaye müəssisələri yaradılır. Ağdamda Cəbrayılda isə iki böyük sənaye zonasının fəaliyyətə başlaması işğaldan azad olunmuş ərazilərin gələcək inkişafından xəbər verir.

Qarabağ  Şərqi Zəngəzurun yenidən qurulması əsasən dövlətin imkanları hesabına aparılır. Bununla belə, özəl sektorla dövlət arasında faydalı əməkdaşlıq nümunələri var. İş adamları yaradılmış imkanlardan istifadə edərək biznes ideyalarını vahid mərkəz ətrafında birləşdirirlər ki, bu da yeni işgüzar əlaqələr qurulması baxımından gərəkli təşəbbüsdür. Bu səbəbdən özəl  sektorun  işğaldan azad edilmiş ərazilərə investisiya qoyması təqdirəlayiqdir. Artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində Ağdam şəhərində özəl sektor bir neçə layihə icra edir.

Vaxt gələcək Qarabağ Şərqi Zəngəzur həqiqətən cənnətə çevriləcək. Dövlət bu işə özəl sektoru da dəvət edir. Bu, iqtisadi cəhətdən səmərəlidir. Ona görə işğaldan azad olunmuş ərazilərdə biznes dairələrinə münbit şərait yaradılır dövlət tərəfindən dəstək göstərilir. Çünki özəl sektorun Qarabağda Şərqi Zənəzurda tikəcəyi həm yaşayış binaları, həm istehsal müəssisələri xidmət obyektləri orada yaşayacaq insanların sosial ehtiyaclarının, o cümlədən məşğulluğunun təmin olunması baxımından çox gərəklidir.

Böyük qayıdış proqramının gözlənildiyindən tez başa çatacağını indidən söyləmək  olar. Bunu görülən işlərin sürəti göstərir. O üzdən Qarabağ Şərqi Zəngəzurda aparılan yenidənqurma bərpa işləri imkan verir deyək ki, bu ərazilərin tamam məskunlaşmasına çox qalmayıb.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 19 yanvar, ¹ 11.- S.12.