M.Q.Qurbanlının 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mübariz Qəhrəman oğlu Qurbanlı 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 yanvar 2024-cü il

Azərbaycan.-2024.- 8 yanvar, № 1.- S.2.