Milli qürur qəhrəmanlıq tariximiz

 

 

20 Yanvar faciəsi Ümummilli Lider Heydər Əliyevin sayəsində əsl siyasi-hüquqi qiymətini aldı

 

 

 

34 il əvvəl - 1990-cı il yanvarın - 19-dan 20-ə keçən gecə Bakıda respublikamızın müxtəlif bölgələrində baş verən hadisələr həm öz azadlığı uğrunda mübarizə aparan xalqımızın milli mücadilə tarixinin mühüm səhifələrindən biridi. Başqa cür desək, 20 Yanvar faciəsi milli azadlıq hərəkatımızın yüksəliş zirvəsi idi. Həmin gün Bakı qırmızı rəngə boyanmışdı, şəhid oğul qızlarımızın qanından rəng almışdı. Azadlıq harayımızı boğmaq istəyən  sovet rəhbərliyi həmin gün xalqımıza qarşı qətliam həyata keçirmişdi.

 

 

 

Faciəyə etiraz səsini ilk ucaldan Heydər Əliyev oldu

 

 

 

Ən acınacaqlı hal isə o idi ki, respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir tədbir görməmiş, cinayətin iştirakçısı ola-ola zahirən hadisələrdən kənarda qalmağa çalışmışdı.

O ağır günlərdə 20 Yanvar faciəsi ətrafında  xəyanət sükutunu ilk mütəmadi olaraq yaran Heydər Əliyevin haqq səsi dəyişməz mövqeyi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən  cinayətə, qanlı təcavüzə qarşı etiraz  səsi ucaldı. Təbii ki, milli-azadlıq istəyi ilə ayağa qalxan xalqın inam iradəsini qırmaq, milli mənliyini alçaltmaq sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilən bu müdhiş faciə qəlbi Vətən eşqi ilə döyünən xalqın mərd mübariz oğlunu narahat etməyə bilməzdi. Çünki dahi insan, uzaqgörən şəxsiyyət yaxşı bilirdi ki, bu faciə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü cinayətidir. Heydər Əliyev hadisənin ertəsi günü  Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini açıqladı,  təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi.

Azərbaycanda baş vermiş hadisələrin hüquqa, demokratiyaya yabançı, humanizmə ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd  olduğunu bildirən Ulu Öndər bəyan etdi ki, ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi Vəzirov müqəssirdir. "Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov, xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər məsuliyyət daşımalıdır. Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır", - deyə Heydər Əliyev bəyan etdi.

Heydər Əliyev bu bəyanatı verməklə ittifaq rəhbərlərinin kəskin təzyiq təsirlərinə məruz qalacağını gözləri önünə gətirsə , özünəməxsus qətiyyət cəsarət nümayiş etdirdi. Həyatının hər an təhlükədə olmasına baxmayaraq, qətiyyətlə dünyaya faciənin hüquqi-demokratik prinsiplərə zidd olduğunu, Azərbaycan xalqına qarşı hərbi təcavüzün SSRİ Azərbaycan SSR rəhbərliyi tərəfindən həyata keçirildiyini bəyan etdi.

Elə həmin gün Heydər Əliyev Azərbaycan xalqına başsağlığı teleqramı göndərdi. Teleqramda deyilirdi: "Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gəlmiş faciədən - dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə yaxınlarına, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-kamallı olmağa, həmrəyliyə birliyə çağırıram".

 

 

 

İlk siyasi-hüquqi qiymət

 

 

 

Heydər Əliyev 1990-cı ildə Naxçıvana gəldi həmin ilin payızında keçirilən seçkilərdə Naxçıvan Azərbaycan parlamentinə deputat seçildi. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməməsi Ulu Öndəri ciddi narahat edirdi. Təsadüfi deyil ki, ilk dəfə 1990-cı ilin noyabrında Ulu Öndərin  böyük siyasi nüfuzu sayəsində 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi məsələsi gündəliyə çıxarıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının həmin il noyabrın 21-də keçirilən iclasında Heydər Əliyev  "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini Ali Məclisin müzakirəsinə təqdim etdi.

Elə həmin sessiyadakı çıxışında xalqımızın hərbi, siyasi, mənəvi təcavüzə məruz qalmasından narahatlıqla danışan Ulu Öndər Heydər Əliyev ürək yanğısı qətiyyətlə deyirdi: "Başımıza böyük bəla gəlib, millət əzilib, millətə qarşı təcavüz olub, ancaq indiyə qədər Azərbaycan xalqının həyatında baş vermiş bu faciəli hadisəyə qiymət verilməyib... Bu qədər qanunsuzluğa, demokratiyanın pozulmasına dözmək olmaz. Bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın ali hakimiyyət orqanından tələb etməliyik ki, bu məsələyə baxsın günahkarlar cəzalandırılsın". 

Heydər Əliyevin xalqın milli faciəsi ilə bağlı qaldırdığı taleyüklü məsələ xalq deputatları tərəfindən qətiyyətlə müdafiə olunurdu. Ali Məclisin birinci sessiyasında "1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələri Azərbaycanın suveren hüquqlarına, dinc əhaliyə, heç bir müqavimət göstərməyən günahsız adamlara, Azərbaycan xalqına qarşı açıq təcavüz kimi qiymətləndirildi. Həmçinin Azərbaycanın ovaxtkı rəhbərliyinin cinayətkar fəaliyyəti bir daha qeyd olunaraq bildirildi ki, qanlı Yanvar hadisələrinin günahkarlarını üzə çıxarmaq, onu təhlil etmək siyasi qiymət vermək üçün respublika əhalisinin təkidli tələbinə baxmayaraq, faktiki olaraq faciədən ötən müddət ərzində heç bir tədbir görülməmişdir. Qəribə idi ki, respublika Ali Sovetinin Yanvar hadisələrini təhqiq etməli olan komissiyası da öz işi ilə məşğul olmamışdı. Respublika rəhbərliyinin bu etinasızlığı haqlı olaraq xalqda hiddət etiraz doğururdu.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirməyə rəvac verənlərlə mübarizəsini ona qarşı az qala düşmən mövqedə duran Ali Sovetdə digər istiqamətlərdə davam etdirir, böyükdən-kiçiyə qədər hər kəsə məlum olan qatillərin hüquqi müstəvidə aşkar olunmasını, faciəyə siyasi qiymətin verilməsini tələb edirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışında deyirdi: "1990-cı il yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir".

Ulu Öndər 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə göndərdiyi məktubunda yazırdı: "Yanvar hadisələrində yüzlərlə adam öldürüldü şikəst edildi... Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə , unutmaq bağışlamaq mümkün deyil".

Azərbaycan Respublikası Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessiyasında çıxışında isə Heydər Əliyev deyirdi: "20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən sual verirəm, Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan prezidenti Ayaz Mütəllibova: üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı hüquqi cəhəti, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunması, onu şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə başqa tədbirlər həyata keçirmək mümkün olmur".

 

 

 

Milli Şura tərəfindən qəbul edilmiş qərar xalqa xəyanət idi

 

 

 

Sovet hakimiyyətinin süqutundan, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra başları hakimiyyət uğrunda mübarizəyə qarışmış siyasətbazlar xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymətin verilməsi cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü aparmadılar. Onlar bu məsələdə heç maraqlı da deyildilər, çünki həmin cinayətin törədilməsinin məsuliyyəti bu ya digər dərəcədə onların da üzərinə düşürdü. Düzdür, həmin dövrdə müxtəlif siyasi platformalardan çıxış edən ayrı-ayrı siyasi partiyalar 20 Yanvar faciəsi ilə bağlı bütün günahları Moskvanın üzərinə atmağa cəhd göstərmişdilər. Amma Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışına qədər A.Mütəllibov, AXC-Müsavat iqtidarı tərəfindən faciəyə siyasi qiymət verilməsi üçün heç bir görülmədi.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi qarşıya qoyulmuş günün tələbi idi. Ulu Öndər dövrün mürəkkəbliyinə görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərini günahkarlarının araşdırılması ilə məşğul oldu. Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı verdiyi fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Yalnız bundan sonra aparılan araşdırmalar nəticəsində məlum oldu ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməməsində maraqlı olan qüvvələr var imiş. 1991-1993-cü illərdə hakimiyyətdə qalmaq istəyən iqtidar, hakimiyyətə gəlmək istəyən müxalifət nümayəndələri bu dəhşətli faciədən yararlanmağa çalışırmışlar. Ulu Öndər Heydər Əliyev 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu sənəddə 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünün yerinə yetirilmədiyini nəzərə çatdırdı. Respublika səviyyəsində 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməməsini ciddi tənqid edən Heydər Əliyev 1992-ci ildə Milli Şura tərəfindən qəbul edilmiş səthi başdansovdu qərarın xalqa xəyanət olduğunu bəyan etdi: "Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm ki, Milli Şura üçün öz millətinin, öz xalqının aqibətinə, taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti fikrə gəldim ki, bu faciəyə, bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması, boş-boş sözlərlə camaatı aldatması, qərarda bu komissiyanın işinin qənaətbəxş hesab edilməsi yenə deyirəm, xəyanətdir".

1994-cü il martın 29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, demokratik suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam iradəsini qırmaq, milli mənliyini alçaltmaq belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz cinayət kimi qiymətləndirildi. Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun bu qanlı faciənin törədilməsində məsuliyyət daşıdıqları digər məsələlər sənəddə qeyd olundu. Beləliklə, Heydər Əliyevin təkidi təşəbbüsü sayəsində xalqımıza qarşı törədilən bu qanlı qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsi tarixinə faciə xalqımızın qəhrəmanlıq salnaməsi kimi yazıldı. Azərbaycan xalqı həmin gün azad yaşamağa layiq olduğunu bütün dünyaya sübut etdi.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.- 20 yanvar, ¹ 12.- S.1;7.