Vətəni candan əziz sayan qəhrəman

 

 

Otuz dörd il öncə yanvarın 20-də Azərbaycan xalqına qarşı amansız cinayət törədildi. 20 Yanvar faciəsi xalqımızın müstəqillik, istiqlal hürriyət uğrunda apardığı mübarizənin rəmzi kimi tariximizə yazıldı. O məşum gecə ölkəmizdə 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu...

20 Yanvar günü baş verənlər xalqımızın tarixinə həm faciə, həm qəhrəmanlıq hadisəsi kimi düşdü. Lakin o gecə plan quranlar oğul qızlarımızın vətən uğrunda canlarından keçməyə hazır olduqlarını nəzərdən qaçırmışdılar... Unutmuşdular ki, bu xalq milli mücadilədən əsla çəkinməz. O gecənin əbədi izlərini bədənində daşıyanlardan biri Valeh Hüseynovdur.

 

 

 

"Bir gördüm ki, bizə tərəf üç tank gəlir"

 

 

 

Ermənilər 1988-ci ildən etibarən açıq şəkildə Dağlıq Qarabağı işğal etmək, torpaqlarımızı ələ keçirmək məqsədilə təxribatlar törətməyə, təbii sərvətlərimizi talamağa başladılar. Viran qoyulan yerlərdən biri təbiətin möcüzəsi sayılan Topxana meşəsi idi. Bu ekoloji terror xəbərləri bütün Azərbaycanda kəskin etirazlara səbəb oldu, mitinqlər keçirilməyə başlanıldı. Həmin mitinqlərin fəal iştirakçılarından biri Tibb İnstitutunun 24 yaşlı tələbəsi Valeh idi.

Hadisələrin tüğyan elədiyi bir vaxtda tələbələrin çoxluq təşkil etdiyi yüzlərlə insan tərəfindən Bakının bütün giriş-çıxışlarında barrikadalar qurulmuşdu. 1990-cı ildə yanvarın 19-u aeroport yolunda barrikadaların birində keşik çəkən Valeh Hüseynov soyuqladığı üçün dostlarının təkidi ilə evə gedir. Tibb İnstitunun yaxınlığında bacısı ilə birlikdə kirayədə yaşayan gənc tələbə hərarətsalıcı dərman içib yuxuya gedir, bir küçədən gələn qəfil səsdən ayılır: "Küçədən qarışıq səslər gəlirdi. Dostlarımın yanına getmək üçün bacımı qonşuluqdakı xanıma tapşırıb küçəyə çıxdım. Gördüm ki, hər kəs ora-bura qaçır. Rastlaşdığım tələbə tanışlarımla birlikdə Tbilisi prospektində yerləşən barrikadaya qədər ancaq gedə bildik".

Müsahibimiz deyir ki, Tbilisi prospektində yolun hər iki tərəfində iri yük maşınlarından, kamaz avtobuslardan ibarət barrikadalar qurulmuşdu: "Burada 150-200 nəfər  toplaşmışdı, ətrafda heç bir texnika hərbçilər yox idi. Təxminən axşam saat 11 radələrində bir az aralıda yerləşən benzindoldurma məntəqəsindən dağıntı səsləri gəldi. Gördük ki, bizə tərəf üç tank irəliləyir. Hərbi texnikalar beş addımlığımıza qədər gəlib dayandılar. Sonra tankları yerində fırladıb, qabağa-dala hərəkət edərək camaata hədə-qorxu gəlməyə başladılar. Sanki hücum etmək üçün əmr gözləyirdilər".

 

 

 

"Öldüyümü düşünüb məni morqa qoyublar"

 

 

 

Təxminən yarım saat sonra qəfildən ətrafdakı beşmərtəbələrin üstündən  qırmızı, yaşıl işıqlı güllə yağışı yağmağa başladı: "Bu "xolostoy" güllələr yandırsa da, öldürmürdü. Eyni vaxtda gözyaşardıcı qazlar buraxmağa başladılar. Ardınca tanklar hücuma keçib atəş açdılar. Yaxınlıqdakı "KamAz"a tərəf qaçdım. Bu zaman onu vurdular, altında qaldım, çıxmaq istəsəm , alınmadı. Elə bu vaxt möhkəm şaqqıltı eşitdim, ikiqat bükülmüşdüm. Sən demə, tank maşının üstündən keçirmiş. Ayağa qalxmaq istəsəm , beldən aşağı heç bir yerimi hiss etmədim. Bir gördüm ki, hərbçilər atəş aça-aça gəlir, ikinci qrup isə əllərindəki dubinka ilə kim başını qaldırırdısa, onu vururdu", - deyə qəhrəmanımız danışır.

Hərbçilərdən ikisi Valehə tərəf gələrək  dubinka ilə əvvəl ayaqlarından, hiss etmədiyini gördükdə isə, kürəyindən vurmağa başlayırlar. Sonda öldüyünü düşünüb gedirlər. Ara bir az sakitləşən kimi yaxınlıqda yaşayan insanlar köməyə gəlirlər. Yaralıları Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasına aparırlar: "Məni yerdən qaldırdıqlarını hiss etsəm , danışa bilmirdim. İki nəfər qoluma girərək, güllələrdən yayına-yayına məni xəstəxanaya çatdırmağa çalışırdı. Yolda irəliləməyin artıq mümkün olmadığını görüb  məni yaxınlıqdakı evə gətirdilər. İçəri girəndə dəhşətə gəldim. Ev yaralılarla dolu idi. Bu yaralıların arasında bəlkə ən az zədə alan mən idim. Bəzilərinin qolu, ayağı yox idi, bəzilərinin qanını saxlaya bilmirdilər".

Bura bir tibb işçisinin evi idi o, lampa işığında yaralılara ilk yardım göstərirdi. Valehin vəziyyətinin ağırlığını görən ev sahibi deyir ki, xəstəni bu şəkildə aparmaq olmaz. Təcili otağın qapısını çıxarıb xərək kimi istifadə edərək onu xəstəxanaya aparırlar. Bir qədər getdikdən sonra Valeh huşunu tamamilə  itirir həmin andan sonra baş verənləri xatırlamır: "Xəstəxanada əvvəlcə öldüyümü düşünüb məni morqa qoyublar. Sonra çox zəif nəfəs aldığımı görüblər. Onurğamda, ayaqlarımda bədənimin müxtəlif nahiyələrində çoxsaylı sınıqlar var idi. 5 gün komada qaldıqdan sonra gözlərimi açdım. Tibb İnstitutunda oxuyan bacım məndən xəbər çıxmadığını gördükdə həm kömək etmək məqsədilə, həm məni tapmaq ümidilə xəstəxanaya gəlibmiş. Gözümü açıb onu salamat görəndə o qədər sevinmişdim ki..."

 

 

 

"Vətənimin mənə ehtiyacı olsa, yenə canımı onun yolunda qoyaram"

 

 

 

Bu günə qədər mütəmadi müalicə alan, məşum gecənin fəsadlarını indi bədənində daşıyan Valeh Hüseynov Vətəninin hər ağır günündə yanında olmağa çalışıb: "1992-ci ildə Xocalı hadisələrini eşidən kimi Bakı-Xankəndi qatarına bilet aldım, könüllü olaraq dekanlığa ərizə yazıb getdim. Xocalıda vəziyyət təsəvvür etdiyimdən dəhşətli idi. 20 Yanvarda gördüklərimdən sonra ondan daha dəhşətli mənzərə görə bilmərəm deyirdim. Hərbi batalyona müraciət edib tibb işçisi olduğumu söylədim. Könüllü həkimlərin, tibb işçilərinin yığışdığı dəmiryol vağzalına yaralılara kömək etməyə yollandım. Vaqonları palata etmişdilər. Daha sonra Sarıcalı, Qarakənd Mahrızlı kəndlərinə getdik".

Bakıya qayıtdıqdan sonra universiteti bitirən faciə şahidi uzun illərdir həkim kimi fəaliyyət göstərir. İkinci qrup əlil Valeh Hüseynov dövlətimizin bu kateqoriyadan olan insanlara daim maddi mənəvi dəstək göstərdiyini vurğulayır. İki oğul sahibi olan 57 yaşlı Valeh Hüseynov deyir ki, o günlərə bir daha qayıtsaydı, yenə eyni addımları atardı: "Mən 34 il öncə sağlamlığımı itirsəm , əvəzində azadlığımızı, suverenliyimizi, müstəqilliyimizi qazandıq. Bunun müqabilində mənim canım, sağlamlığım nədir ki?! Vətən anadır deyirlər. Mən mənim kimi minlərlə oğul analarımızı gözüyaşlı qoyub Vətənimizin harayına qaçmışıq. Bu gün ərazi bütövlüyümüzün tam təmin olunmasını gördükdə deyirəm ki, çəkdiklərimiz əbəs deyildi. Əgər Vətənimin mənə ehtiyacı olsa, yenə canımı onun yolunda qoyaram".

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 20 yanvar, ¹ 12.- S.10.