Torpaqlarımızın azadlığına görə şəhidlərə minnətdarıq

 

Yurdumuzun azadlığı uğrunda şəhid olanların şərəf dolu ömür döyüş yolu hamımız üçün bir örnəkdir.

Ona görə bu cəsur oğulları hamımız yaxından tanımalı, xatirələri qarşısında ehtiramla baş əyməli onları gələcək nəsillərə tanıtmalıyıq. Ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizdən biri Qarazadə Nicat Malik oğludur. O,  24 oktyabr 2002-ci ildə Yardımlı rayonunda, dağlar qoynunda dünyaya göz açıb. Bir müddətdən sonra ailələri Bakı şəhərinə köçüb. Nicat orta təhsilini Ceyranbatan qəsəbəsindəki 2 nömrəli məktəbdə alıb. 2020-ci ildə - 18 yaşı tamam olanda yaşıdları ilə bərabər o da ordu sıralarına çağırılıb. Hələ kiçik yaşlarından hərbi biliklərə böyük maraq göstərən Nicat Qarazadə əsgəri xidmətinin ilk günlərindən keçirilən təlim-məşqlərdə fəal iştirak edib, hərbi bilik döyüş vərdişlərinə həvəslə yiyələnib. Məşğələdən-məşğələyə təcrübəsi daha da artıb. Daim artan bu təcrübə Nicatı ordu həyatına, hərbi sahəyə qırılmaz tellərlə bağlayıb.

Xidmət günləri maraqlı olduğuna görə sanki zaman tez keçib. Günlərin birində Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirən əsgər Nicat Qarazadə 2022-ci ildə ordu sıralarından tərxis olunaraq doğmalarının yanına dönüb. Hərbi həyata ürəkdən bağlı olan Nicat bir neçə aydan sonra hərbi qulluqçu kimi doğma ordumuzun sıralarına qayıdıb. Yenidən əyninə hərbi forma geyinərək xidmətə başlayıb.

Əsgər Nicat Qarazadə 44 günlük Vətən müharibəsi zamanı erməni qəsbkarlarının işğalına məruz qalmış ərazilərdə  yerləşən hərbi hissələrin birində xidmət edirdi. Üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlir, həm komandirlərinin, həm əsgər yoldaşlarının rəğbətini qazanırdı.

...İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından sarsıdıcı zərbələr alan ermənilər geri çəkilmişdilər. Geri çəkilsələr , düşmən sakit dayanmır, tez-tez təxribatlar törədirdi. Bu təxribatların qarşısını almaq üçün komandanlıq 12 sentyabr 2022-ci ildə Qarabağda "Qisas" əməliyyatı keçirdi. Vətəninə, yurduna ürəkdən bağlı olan Nicat Qarazadə bu əməliyyatda iştirak edirdi. Düşmən addım-addım geri çəkilirdi. Təəssüf ki, döyüşün qızgın çağında - sentyabrın 13-də cəsur əsgər Nicat Qarazadə yaralandı. Həkimlər qədər cəhd göstərsələr , onun həyatını xilas edə bilmədilər. Ertəsi gün yaxınları, doğmaları göz yaşları içində onu İkinci Şəhidlər xiyabanında torpağa tapşırdılar.

Əsgər Nicat Qarazadə müdafiəsinə qalxdığı Vətən torpaqları uğrunda gedən döyüşlərdə şəhid oldu. Şəhid oldu, amma amalından dönmədi. Qarazadə Nicat Malik oğlu ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə qəhrəmanlığa görə dövlət başçısının müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə "Vətən uğrunda" medalına layiq görülüb.

 

M.VAHİD,

Azərbaycan.-2024.- 20 yanvar, № 12.- S.15.