Şəhid Kamal Alıyevin xatirə lövhəsi açılıb

 

 

Qarabağ müharibəsi zamanı Vətənin ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş Kamal Alıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi, 4A ünvanında xatirə lövhəsinin açılış mərasimi olub.

Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər Birinci Qarabağ müharibəsinin iştirakçısı Kamal Alıyevin keçdiyi şərəfli döyüş yolunu xatırladıb, onun həyat yolunun gənc nəsil üçün hərbi-vətənpərvərlik nümunəsi olduğunu bildiriblər.

Qeyd edək ki, Kamal Alıyev 1993-cü ildə könüllü olaraq ordu sıralarına yazılıb, Füzuli rayonunda Vətən uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərib. 1993-cü il iyunun 17-də şəhidlik zirvəsinə ucalıb.

 

Azərbaycan.-2024.- 20 yanvar, № 12.- S.15.