Azərbaycan xalqının hüzn qürur salnaməsi əsərlərdə

 

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyi qoşun hissələrini Azərbaycan xalqının azadlıq eşqini, müstəqillik arzusunu yox etmək üçün Bakıya göndərdi. Qurduqları plan dəhşətli, onu yerinə yetirənlər isə olduqca amansız idilər.

O gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri oldu. Uşaqlara, gənclərə, qocalara doğma şəhərin hər gün dolaşdıqları küçələrində güllələr yağdırdılar, tanklarla üzərlərindən keçdilər, evlərini gülləbaran etdilər.

Qanlı Yanvarda Azərbaycan xalqına ağır yara vuruldu. Ancaq imperiya cəlladları məqsədlərinə çatmadılar. Bu xalqın azadlıq eşqini boğa, müstəqilliyə gedən yolunu kəsə bilmədilər.

Günlər, aylar, illər ötdükcə, 1990-ci ilin Qanlı Yanvar hadisələrində Azərbaycan xalqının göstərdiyi iradə, cəsurluq ədəbi-bədii nümunələrdə, rəsm, səhnə ekran əsərlərində əksini tapdı

 

Musiqinin fəryad səsi

 

Qanlı Yanvar hadisəsi bəstəkarlarımızın əksəriyyətinin yaradıcılığına təsir göstərdi. Hələ 1990-cı ildə görkəmli bəstəkar Cövdət Hacıyev "Şəhidlər" simfoniyasını bəstələdi. Bəstəkar Oqtay Kazıminin eyni mövzuya həsr etdiyi simfoniyanın da adı "Şəhidlər"dir. Həmin il bəstəkar Hacı Xanməmmədov Əzizə Cəfərzadənin sözlərinə solist xalq çalğı alətləri orkestri üçün "Əlimdə sazım ağlar" əsərini bəstələdi. Əsər 20 Yanvar şəhidlərinə ithaf olunmuşdu. Bəstəkarlar Tofiq Bakıxanovun "Humayun" simfonik muğamı, Azər Rzayevin "Bakı-90" simfoniyası, Ramiz Mustafayevin "Bu qan yerdə qalan deyil", "Haqq səninlədir", Azərbaycan" vokal-simfonik poemaları, Mobil Babayevin "Ağlama torpağım, ağlama" kantatası, Aydın Əzim Kərimoğlunun orkestr üçün "Qətl günü", Sərdar Fərəcovun "Matəm harayları" simfonik lövhəsi, Faiq Sücəddinovun fortepiano üçün, Məmməd Quliyevin xor orkestr üçün, Sevda İbrahimovanın bariton səs orkestr üçün vokal simfonik "Vətən şəhidlərinə", Cavanşir Quliyevin xor üçün "Şəhidlər", Arif Mirzəyevin orqan üçün "Yanvar mərsiyələri", Aqşin Əlizadənin "Ana torpaq" odası, Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi", "Qəm karvanı" oratoriyaları digər əsərlərdə Qanlı Yanvarda xalqımızın başına gətirilən müsibətlər, şəhidlərimizin ruhuna sonsuz ehtiram təcəssüm edildi.

Bu böyük faciənin, matəmin kədərini, qüssəsini, eyni zamanda qürurunu bəstəkarlar Fuad Cavadov "Qara Yanvar", Azad Zahid "Mədhiyyə" əsərlərində ifadə etdilər. İlham Quliyev "İlham Fərizə" operasını, Nazim Quliyev "Şəhidlər" operasını, Oqtay Rəcəbov "Çingiz" oratoriyasını, Zabitə Məmmədova solist, xor orkestr üçün "Elegiya"sını, Arif Mirzəyev "Yanvar passionları" matəm messasını, Azər Dadaşov "20 Yanvar" adlı xor, solist simfonik orkestr üçün 9 saylı simfoniyasını yazdı. Rejissor Xamis Muradovun faktlar əsasında lentə aldığı "Şəhidlərdən-şəhidlərə" sənədli filminə Faiq Nağıyev musiqi yazdı.

20 Yanvar faciəsinə yalnız irihəcmli musiqi əsərləri deyil, mahnı romanslar da ithaf edildi. Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə "Şəhidlər ağısı", Oqtay Rəcəbov Məmməd İsmayılın sözlərinə "Qana dönən qərənfillər", Mehriban Əhmədova Məmməd Arazın sözlərinə "Ana millət, ata millət, ağlama", Nəriman Əzimov Hikmət Mahmudun sözlərinə "Mənim şəhid bacım, şəhid qardaşım", Ruhəngiz Qasımova "Şəhid oğullara", İlham Abdullayev Dönməzin sözlərinə "20 Yanvar" mahnılarını bəstələdilər.

 

Qanlı Yanvar hadisələri ekran əsərlərində

 

O faciəli günlərdə baş verən hadisələr kameranın yaddaşına köçürüldü sonradan sənədli ekran əsərlərində geniş istifadə edilməyə başlandı.

"Salnamə" sənədli filmlər studiyasında Qanlı Yanvar hadisələrini əks etdirən "Azadlığa gedən yollar" tammetrajlı sənədli film rejissorlar Xamis Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev Rövşən Almuradlı tərəfindən çəkildi. Həmin ilin - 1990-cı ilin oktyabrında ərsəyə gələn "20 Yanvar" sənədli filminin rejissoru isə Cahangir Zeynallıdır.

1990-cı ildə "Rakurs" sənədli filmlər studiyasında istehsal edilən "Matəm" qısametrajlı sənədli filmində 20 Yanvar şəhidlərinin qırxı ilə əlaqədar Şəhidlər xiyabanında keçirilən ümumxalq matəmi əks edildi. Filmin rejissoru ssenari müəllifi Teymur Bəkirzadədir. Eyni ildə "Salnamə" sənədli filmlər studiyasında istehsal olunan "Şəhidlər qazilər" qısametrajlı filmin rejissorları Xamis Muradov, Tofiq Məmmədov Ramiz Əliyevdir. Filmdə Bakıda 1990-cı ilin 20 yanvarında sovet ordusu əsgərləri tərəfindən dinc əhalinin qətlə yetirilməsindən əlil qalmalarından bəhs olunurdu.

"Qəsd" qısametrajlı sənədli filmi 1990-cı ildə çəkildi. Rauf Nağıyevin rejissoru olduğu bu ekran əsərində XIX əsrin ikinci onilliyində imzalanmış Türkmənçay Gülüstan müqavilələrinə əsasən, Azərbaycanın iki yerə bölünməsi, rus imperiyasının köməyi ilə 1905-ci ildə 1918-ci illərdə erməni daşnaqlarının törətdikləri qətliamlar, Leninin sərəncamı ilə 1920-ci ildə XI ordunun ölkəmizi işğal etməsi, 1930-cu illərin Stalin repressiyası, Qorbaçovun sərəncamı ilə 1990-cı ildə həyata keçirilən 20 Yanvar faciəsi təkzibolunmaz faklarla əks edilirdi.

"Boz qurdun harayı" qısametrajlı sənədli filmi isə 1991-ci ildə  təqdim edildi. "Salnamə" sənədli filmlər studiyasında ekranlaşdırılan, rejissorları Tofiq Məmmədov Ramiz Əliyev olan bu sənədli film 20 Yanvar şəhidlərinin ildönümünə həsr edilmişdi. "Bakıda insan ovu" qısametrajlı sənədli filmi eyni ildə "Yaddaş" sənədli filmlər studiyasında Vaqif Azəryarın rejissorluğu ilə ekranlaşdırıldı.

20 Yanvar hadisələrindən bəhs edən "Qanlı Bakı" sənədli televiziya filmi 1994-cü ildə ekranlaşdırıldı. "Azərbaycantelefilm"in istehsalı olan filmin rejissoru Aydın Dadaşovdur. Qara Yanvar şəhidlərinə həsr olunan "Şəhidlik zirvəsi" qısametrajlı sənədli filmi isə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2001-ci ildə çəkildi. Filmin rejissorları Xamis Muradov Tofiq Məmmədovdur.

 1990-cı ilin yanvarında sovet ordusunun hissələri Azərbaycanın bir sıra bölgələrində, həmçinin sərhədyanı rayonlarda güc tətbiq etdilər. Həmin tarixdə respublikamızın cənub rayonlarında törədilən qırğınlar 2002-ci ildə ekranlaşdırılan "Cənubda şimal küləyi" qısametrajlı sənədli filminin mövzusu oldu. "Salnamə" kinostudiyasında çəkilən filmin rejissoru Mahmud Məmmədovdur.

20 Yanvar faciəsindən illər ötür. Zaman keçəcək, amma Azərbaycan xalqı hüzn qürur salnaməsinə çevrilən o tarixi unutmayacaq. Bu xalqın bəstəkar, rəssam, yazıçı, şair, ssenarist, rejissor övladları yeni-yeni əsərlərində həmin tarixdə baş verənlərdən - xalqımıza qarşı törədilmiş müsibətlərdən, haqsızlıqlardan bəhs edəcəklər.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 20 yanvar, № 12.- S.16.