"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 605; 2008, ¹ 12, maddə 1049; 2010, ¹ 4, maddələr 265, 276; 2012, ¹ 6, maddələr 512, 529; 2013, ¹ 1, maddə 18; 2015, ¹ 7, maddə 819; 2016, ¹ 10, maddələr 1601, 1609,  ¹ 11, maddə 1754; 2017, ¹ 3, maddə 333; 2018, ¹ 6, maddə 1179; 2019, ¹ 1, maddə 28, ¹ 4, maddə 599, ¹ 5, maddə 797, ¹ 8, maddə 1365; 2021, ¹ 1, maddə 6, ¹ 12, maddə 1298; 2023, ¹ 4, maddə 453, ¹ 8 (I kitab), maddə 1105) aşağıdakı məzmunda 3.1-1-ci 3.1-2-ci maddələr əlavə edilsin:

"3.1-1. Aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır:

3.1-1.1. iri sahibkarlıq subyektlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində;

3.1-1.2. qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında digər belə sazişlər ya qanunlar, o cümlədən neft qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində;

3.1-1.3. illik maliyyə hesabatlarını ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə.

3.1-2. Bu Qanunun 3.1-1.3-cü maddəsi Azərbaycan Respublikasının Mərkəzi Bankına şamil edilmir.".

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2023-cü il

Azərbaycan.-2024.- 23 yanvar, ¹ 13.- S.4.