Ermənistan bu gün öhdəliklərini yerinə yetirməsə, sabah daha ağır şərtlərlə üzləşəcək

 

 

ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrinin uzun illər Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində göstərdiyi səylər heç bir nəticə vermədi. Çünki həmsədr ölkələr danışıqlar prosesində işğalçı Ermənistanı dəstəkləyirdilər.

Bundan ayağı yer alan Ermənistan ordusu 27 sentyabr 2020-ci ildə ölkəmizin yeni ərazilərini işğal etmək məqsədilə mövqelərimiz üzərinə hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı. Vətən müharibəsi ordumuzun xalqımızın qələbəsi ilə başa çatdı. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların 30 ilə yaxın həll edə bilmədiyini 44 gün ərzində yerinə yetirdi. Ermənistan müharibədə məğlub olduğunu üçtərəfli Bəyanata imza atmaqla təsdiq etdi. Üçtərəfli Bəyanatı imzalamaqla Ermənistan həm üzərinə müəyyən öhdəliklər götürdü. Təəssüflər olsun ki, ötən illər ərzində Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bu dövlətin rəsmilərinin hərəkətlərindən hiss olunur ki, heç yerinə yetirmək fikirləri yoxdur.

44 günlük Vətən müharibəsindən əvvəl Ermənistanla Azərbaycan arasında danışıqlar Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində  aparılırdı. İkinci Qarabağ müharibəsindən sonra isə danışıqlar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün keçirilir. Danışıqların əsas məqsədi tezliklə regionda sülhə nail olmaq, iki ölkə arasında olan mübahisəli məsələlərə son qoymaqdır.

Amma ənənəsinə sadiq qalan Ermənistan yenə üçtərəfli Bəyanatın müddəalarından irəli gələn məsələlərin həlli istiqamətində aparılan danışıqlardan müxtəlif bəhanələrlə yayınır. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanımaq mərhələsindən irəli getmək istəmir. Ləngərli gedişlərdən, danışıqlar proseslərindən yayınmağından hiss olunur ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini Rusiyanın diktə etdiyi şərtlərlə  imzalamaq fikrində deyil. Ona görə danışıqlar prosesinə Avropa Şurasını, eləcə başqa nüfuzlu təşkilat ölkələri cəlb etməyə çalışır. Ermənistan danışıqlar prosesində daim ona dəstək verən Fransanı yanında görmək istəyir. Bu dövlətin Qərb ölkələrinə yarınmaq hərəkətləri isə Rusiyada qıcıq yaradır.

Bütün bunlarla yanaşı, Ermənistanın 2022-ci ilin oktyabrında Praqada səsləndirdiyi, 2023-cü ildə Brüssel görüşlərində təkrar etdiyi, Azərbaycanın ərazi bütövlüyünün suverenliyinin tanınması, 1991-ci il Almatı Bəyannaməsinə sadiqlik kimi addımlar mühüm əhəmiyyət kəsb edir. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə daxili auditoriyası qarşısında ölkəmizin suverenliyini ərazi bütövlüyünü tanıdığını açıq şəkildə ifadə edib. N.Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etməsi isə açıq qalmış suallara yetərli cavab verir. Brüssel görüşündən sonra mətbuata açıqlamasındaŞurasının Prezidenti Şarl Mişel Ermənistan Azərbaycan liderlərinin Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha qəti şəkildə təsdiqlədiklərini bildirib.

Müxtəlif beynəlxalq təşkilatlarda səsləndirilən bu ya başqa fikirlər iki ölkə arasında sülhyaratma prosesində yeni reallıqlar yaratdığını açıq şəkildə göstərir. Qalib Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin yenidən qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir. Azərbaycan sülh prosesinin uğurla nəticələnməsi istiqamətində əməli addımlar atır, üçtərəfli Bəyanata daim sadiqlik nümayiş etdirir. Ermənistan tərəfi bu tarixi sənədin bir çox müddəalarını yerinə yetirməyib. Bunun qarşılığında Rusiya tərəfi Ermənistanın öhdəlikləri icra etməməsinə yumşaq şəkildə desək, göz yumub.

Amma deyəsən, Rusiyada həqiqətin üstünü örtmüş buzlar yavaş-yavaş əriyir. Bunu biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2023-cü ilin yekunlarına dair TASS-a verdiyi eksklüziv müsahibəsində gördük. Müsahibəsi zamanı S.Lavrov Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına toxunaraq deyib: "Qərb dövlətləri Ermənistana bütövlükdə Cənubi Qafqaza sülh sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı sıxışdırıb aradan çıxarmaqdır. Ermənistan indi bir sıra problemlərlə üz-üzədir. Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ Rusiyadan fərqli olaraq, respublikaya bütövlükdə Cənubi Qafqaza sülh sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamamilə fərqlidir - Moskvanı digər regional gücləri sıxışdırıb çıxarmaq, Balkanlar, Yaxın Şərq Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaqdır.

Fransanın danışıqlar prosesinə qatılmağa ciddi cəhd etməsinə münasibət bildirən Rusiyanın baş diplomatı N.Paşinyanı məyus qoyaraq vurğulayıb ki, üçtərəfli Bəyanat Azərbaycan, Ermənistan Rusiya liderləri tərəfindən imzalanıb. Orada Fransa prezidenti Emmanuel Makronun imzası yoxdur.

Azərbaycan daim sülhə sadiqdir. Ölkəmiz bunu beynəlxalq təşkilatlarla aparılan bütün danışıqlar prosesində regiona əmin-amanlıq gətirəcək sülh təklifləri və reallığa hesablanmış qətiyyətli addımları ilə sübut etmişdir. Sülh danışıqlarından yayınan Ermənistan birgə yaşayış üçün tarixi imkanın yaratdığı mövcud şəraiti dərindən anlamalı, layiqincə qiymətləndirməli və tez bir zamanda üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməlidir. Əks-təqdirdə rəsmi İrəvan daha ağır şərtlərlə üzləşəcək.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 23 yanvar, № 13.- S.8.