Dövləti dövlətli edən humanitar siyasətidir

 

 

Bu gün Azərbaycan həm beynəlxalq donor ölkə kimi tanınır

 

 

 

Vaxt var idi  müstəqilliyə yenicə qədəm qoymuş Azərbaycan ərazisinin böyük bir hissəsini itirərək məcburi köçkün problemini yaşadığı üçün  yardıma möhtac idi. Zaman o zaman idi ki, ölkənin müxtəlif yerlərində qurulmuş qaçqın-köçkün düşərgələrini, çadır qəsəbələrini daxili imkanlar hesabına saxlamaq çox çətin idi.

Digər tərəfdən, Birinci Qarabağ müharibəsinin fəsadlarını yığıb-yığışdırmaq olmurdu. Ona görə kənardan gələn humanitar yardımlara ehtiyac böyük idi.

İndi o keşməkeşli  dövrü xatırlayanda görürük ki, müstəqilliyini çətinliklə olsa, qoruyub saxlayan  ölkəmiz necə bir inkişaf yolu keçmiş, siyasi, iqtisadi, hərbi digər istiqamətlər üzrə əldə edilən uğurların sayəsində bölgədə dünyada söz sahibi olan dövlətə çevrilmişdir. Bu gün inkişafının yeni mərhələsini yaşayan Azərbaycanda kompleks islahatlar həyata keçirilir, geniş quruculuq işləri aparılır, Qarabağ Şərqi Zəngəzur başdan-başa yenidən qurulur. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu həmin sənədlərdə qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz artan gücümüzdən, imkanımızdan xəbər verir. Dünənə kimi başqalarından humanitar yardım alan Azərbaycan bu gün  özü ehtiyacı olan ölkələrə yardım göstərir.

Yardım etmək isə həm beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi deməkdir. Bu baxımdan Azərbaycan beynəlxalq humanitar aksiyalara  təkcə mərhəmət şəfqət hissi ilə deyil, özünün xarici siyasətinin əsas, davamlı istiqamətlərindən biri kimi yanaşır.

Azərbaycan bu yanaşmanı 2011-ci ildə  humanitar strategiya  siyasəti kimi rəsmiləşdirərək Xarişi  İşlər Nazirliyi çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyini (AİDA-Azerbaijan İnternational Development Agency) təsis etmişdir. Agentliyin əsas məqsədi zərərçəkən ölkələrin içməli su, ərzaq, dava-dərman, təmizlik ləvazimatı, tibbi yardım, müvəqqəti sığınacaqlar kimi ən ümdə ehtiyaclarını vaxtında səmərəli şəkildə qarşılamaqdır. Həmin  ildən etibarən AİDA tərəfindən  Asiya, Afrika, Latın Amerikasının 100-dən çox ölkəsinə ərzaq, dərman, təhsilyönümlü digər humanitar sahələrdə yardımlar edilmişdir. Məsələn, bəzi ölkələrdə xüsusi proqram çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri pulsuz müayinələr aparmış, zəruri hallarda katarakta qlaukomaya qarşı pulsuz əməliyyatlar aparmışlar. Daha bir fakt: 2014-cü ildə  Serbiya Bosniya Herseqovina  leysan yağışları üzündən daşqınlara məruz qalmışdı. Bəzi yerlərdə yaşayış məntəqələrindəki  insanları təxliyə etmək məcburiyyəti yaranmışdı. Həm  humanitar yardım, həm   təxliyə prosesi agentlik tərəfindən zamanında aparıldığına görə bölgədə fəlakətin acı nəticələri həddindən artıq olmamışdı. Dünyanı çənginə almış COVID-19 pandemiyasına qarşı mübarizə zamanı da Azərbaycan dünyaya örnək olası addım atmışdır - humanitar yardıma ehtiyac duyan ölkələrə təmənnasız kömək əlini uzatmışdır. Pandemiya dövründə dövlətimiz onlarla ölkəyə vaksin göndərmiş bunun sayəsində çoxlu sayda insanın həyatı xilas olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu gün beynəlxalq donor ölkə kimi çətin günün dostudur.

Məlumdur ki, iqlim dəyişikliyi bəşəriyyət üçün böyük bir təhdiddir o, su qıtlığı, ərzaq çatışmazlığı, məcburi miqrasiya kimi ciddi problemlərə səbəb olur. Dünyanın kiçik ada ölkələri iqlim dəyişikliyinin təsirlərinə daha həssas olduqları üçün hər zaman yer üzündən silinmək təhlükəsi ilə üzləşirlər. Odur ki, Azərbaycan həmin ölkələrə, eləcə Qoşulmama Hərəkatının ehtiyacı olan üzv dövlətlərinə müntəzəm olaraq maliyyə humanitar yardımları göstərir. Təkcə pandemiyadan sonra Afrika inkişaf edən kiçik ada ölkələrinə Azərbaycan donor ölkə kimi 1 milyon dollar məbləğində vəsait ayırmışdır. Bura Azərbaycanın ötən il Moldovadakı ukraynalı qaçqınların ehtiyaclarının qarşılanması üçün 1,7 milyon manatlıq humanitar yardımı, Ukraynaya dəfələrlə  göndərdiyi dərman vasitələrini   ərzaq məhsullarını da əlavə etsək, dövlətimizin humanitar siyasəti daha aydın olur.

Keçən il fevralın 6-da Türkiyədə baş verən zəlzələ vaxtı qardaş ölkəyə ilk yardım edən Azərbaycan oldu. Fəlakət vaxtı 40 mindən çox insanın həlak olması, dağıntıların böyüklüyü ürəkparçalayan mənzərə yaratmışdı. Belə bir vaxtda Azərbaycan kənarda qala bilməzdi qalmadı da. Xalq dövlət ayağa qalxdı. Qısa vaxtda - cəmi ay yarım ərzində ölkəmizin humanitar maliyyə yardımının ümumi məbləği 76,3 milyon manat oldu. 6665 çadır, 145 konteyner  tipli modul ev, iki səhra  hospitalı 4 səhra mətbəxi qurularaq qardaş ölkəyə göndərildi. Bundan başqa, 786 elektrik generatoru, 11,3 min qızdırıcı texniki avadanlıq, 95 min 580 yataq yataq ləvazimatı, 207 min dəst isti paltar, 252 ton yanacaq çatdırıldı. Bu rəqəmlər  təbii ki, dövlətin rəsmi göstəriciləridir. Xalqın şəxsi təşəbbüsü ilə baş tutan yardım kampaniyasının davam etdiyi günlərdə azərbaycanlıların insanpərvərliyi, humanizmi, mərhəmət şəfqətinin qədər aşıb-daşdığını  da dünya gördü.

Azərbaycan iqtisadi müstəqilliyini çoxdan təmin edib. Həmin təminat ölkəmizin  maliyyə imkanlarının artmasında da özünün göstərir. Məhz bu maliyyə imkanları hesabına Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini xaricdən yardım almadan özü həyata keçirir. Üstəlik, ehtiyacı olanlara yardım əlini uzadır, adını inkişaf etmiş qoyub yalnız özünü fikirləşən ölkələrdən fərqli olaraq heç bir xalqdan, heç bir dövlətdən köməyini əsirgəmir. bununla bir daha sübut edir ki, dövləti dövlətli edən həm onun humanitar siyasətidir.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 23 yanvar, ¹ 13.- S.10.