Bütöv Azərbaycanda Zəfər seçkisi

 

 

Demokratik, ədalətli, şəffaf seçkilər üçün bütün şərait yaradılıb

 

 

 

Bu il fevralın 7-də Azərbaycan xalqı müstəqillik tarixində ilk dəfə olaraq qalib ölkənin qalib vətəndaşları kimi səs verəcək.

Eləcə illərdən sonra Ağdərədə, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda, Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocavənddə, Xocalıda, Xankəndidə - Qarabağ Şərqi Zəngəzurda Zəfər seçkisinin qüruru yaşanacaq.

Ard-arda qazandığımız parlaq Şuşa, Xankəndi zəfərləri sayəsində xalqımız yeni başlanğıclarla bol möhtəşəm bir dövrə qədəm qoyub.

Cəmi üç il əvvələ qədər arzusunda olduğumuz möcüzəvi hadisələrin hamısı artıq gerçəyə çevrilib. Ərazi bütövlüyümüz, suverenliyimiz təmin edilib, Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə üçrəngli bayrağımız dalğalandırılıb.

2024-cü il fevralın 7-də Azərbaycanda suverenliyimizin təmin edilməsi kimi tarixi şəraitdə ilk dəfə prezident seçkiləri keçirməyimizin özünün böyük rəmzi mənası var. 

Bu baxımdan, heç şübhəsiz, növbədənkənar prezident seçkilərinin keçiriləcəyi 7 fevral təqvimi salnamələrimizə tarixi gün kimi yazılacaq. Çünki Azərbaycan xalqı müstəqillik həyatında ilk dəfə olaraq bu seçkilərə - ərazi bütövlüyümüzün tam bərpası fonunda gedəcək. Bu seçkilərin işğaldan azad edilmiş yurdlarımızda keçirilməsi isə bir ayrı milli qürurumuzdur.

 

 

 

Böyük qayıdışın yaratdığı zəmin

 

 

 

Azərbaycan dövlətinin qısa müddət ərzində 10 min kvadratkilometr ərazidə apardığı genişmiqyaslı tikinti quruculuq işlərinin nəticəsidir ki, illərboyu erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizin siması tamamilə dəyişir. Bir zamanlar mənfur düşmənin yanmış torpaq siyasəti ilə bütün canlı aləmini məhv etdiyi, sularını qurutduğu, meşələrini qırdığı Qarabağ Şərqi Zəngəzura həyat qayıdır. Çoxsaylı yaşayış məntəqəsinin yenidən qurulduğu, "ağıllı kənd şəhərlər"in salındığı bu ərazilərdə böyük infrastruktur layihələri həyata keçirilir, dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, beynəlxalq hava limanları tikilib istifadəyə verilir.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" qəbul edilib.

Artıq Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux kəndlərinə, eləcə Füzuli Laçın şəhərlərinə minlərlə insan qayıdıb, əzəli torpağında əbədi yaşamağa başlayıb.

Qayıdış proqramının böyük müvəffəqiyyətlə icra olunmasının görülən mühüm işlərin daha bir mühüm nəticəsidir ki, işğaldan azad edilən ərazilərimizdə prezident seçkilərində səsvermə keçiriləcək bunun üçün həmin yerlərdə mühüm hazırlıq işləri görülüb. 

 

 

 

26 seçki məntəqəsi təşkil edilib

 

 

 

İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb.

Seçki prosesinin tam şəffaf demokratik şəraitdə keçməsi üçün bütün seçki məntəqələri lazımi texniki metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları lazımi inventar paylanılıb, divarlardan seçici siyahıları məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb ultrabənövşəyi lampalar digər zəruri vəsaitlər gətirilib. Məntəqə seçki komissiyalarının katibləri üzvləri, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər ayrılıb.

Bir sözlə, növbədənkənar prezident seçkilərinə işğaldan azad olunmuş ərazilərimizdə yüksək səviyyədə hazırlıq işləri görülüb lazımi şərait yaradılıb. qayıdış karvanları ilə dədə-baba torpağına dönən minlərlə keçmiş məcburi köçkün fevralın 7-də öz yurdunda - Qarabağda Şərqi Zəngəzurda layiqli namizədinə səs verərək Prezidentini seçəcək.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 24 yanvar, № 14.- S.1-4.