AŞ PA Azərbaycandan Zəfərin intiqamını alır

 

 

Korrupsiyalaşmış qurum ölkəmiz üçün artıq heç bir əhəmiyyət kəsb etmir

 

 

 

Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 ilə yaxın müddət ərzində Avropa təşkilatları, o cümlədən Avropa Şurası Parlament Assambleyası tərəfindən Ermənistana tutarlı təzyiq təsir edilməsi barədə bir təşəbbüs belə göstərməyib. Bu istiqamətdə təşkilatın qəbul etdiyi sənədlər isə deklorativ məzmun daşımaqla, heç bir hüquqi çəkisi olmayıb. Əslində, bu, Avropa Şurasının üzvü olan bir dövlətin xarici ərazilərin işğalının təşkilat qarşısında götürdüyü öhdəliklərinə zidd olsa da, bununla bağlı Ermənistana "gözün üstə qaşın var" deyən olmayıb.

 

 

 

AŞ PA Avropa Parlamenti kimi simasızlığını göstərdi

 

 

 

Azərbaycanın Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsindən sonra  dünənə qədər Ermənistanın təcavüzkar siyasətinə qarşı tutarlı mövqe ortaya qoymayan Qərb siyasi dairələrinin əsl simaları üzə çıxmaqdadır. Aydın şəkildə görünür ki, Fransa, Avropa Parlamenti, o cümlədən Avropa İttifaqının rəsmiləri Azərbaycanın öz torpaqlarını azad etməsi ilə barışa bilmirlər. Hətta o qədər azğınlaşıblar ki, Azərbaycanı öz ərazilərini işğaldan azad etdiyinə, tarixi ədaləti yoluna qoyduğuna görə ittiham belə etməyə çalışırlar.

Bu günlərdə AŞ PA-da Azərbaycanın səsini dondurmaq barədə təşəbbüsün səslənməsi bu qurumun riyakarlıq baxımından Fransa Avropa Parlamentindən geri qalmadığını göstərdi. Bu, Azərbaycana qarşı ötən 20 ildən artıq müddətdə daim məkrli siyasət yürüdən, ölkəmizi qərəzli şəkildə ittiham edən AŞ PA-nın simasızlığının təsdiqidir. Bu, öz suverenliyini ərazi bütövlüyünü bərpa etmiş Azərbaycandan qisas almaq cəhdidir.

 

 

 

Qərəzli qətnamələr bizim üçün kağız parçalarından artıq deyil

 

 

 

Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. AŞ PA Azərbaycanın bu quruma üzvlüyündən sonra mütəmadi şəkildə ölkəmizlə bağlı fərziyə, ehtimal gümanları üzərində  qurulmuş subyektiv mülahizələrə əsaslanan hesabatlar hazırlayıb. Hansı ki, həmin hesabatları hazırlayan deputatlar nədənsə Ermənistanın işğal siyasətini dəstəkləyən Azərbaycanın Vətən müharibəsində qələbəsini həzm edə bilməyən dövlətləri AŞ PA-da təmsil ediblər. AŞ PA-da Azərbaycana qarşı ardıcıl şəkildə edilmiş hücumlar hələ illər öncədən bu təşkilatın siyasi təzyiq alətinə çevrildiyini göstərib.

Hələ bir neçə il əvvəl AŞ PA-nın Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etməsinə dair Prezident demişdi: "Bu gün bu təşkilat əfsuslar olsun, bir daha demək istəyirəm ki, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik".

2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzv olduğu vaxt əsas məqsədlərdən biri torpaqlarımızın işğaldan azad edilməsi idi. Lakin əvvəldə qeyd etdiyimiz kimi, bu qurum onun parlament assambleyası uzun illər Ermənistanın Azərbaycana qarşı təcavüzü ərazilərimizin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız əhəmiyyəti olmayan bəyanatlarla, tövsiyələrlə kifayətlənib. Bu illər ərzində AŞ PA bir dəfə olsun işğalçı Ermənistanın səs hüququnun məhdudlaşdırılması haqda  düşünməyib. Baxmayaraq ki, onun qeyd etdiyimiz sənədlərində Azərbaycan torpaqlarının işğalı faktı əksini tapmışdı. Lakin AŞ PA tutarlı təzyiq mexanizmləri bir yana qalsın, Ermənistanı səsvermə hüququndan məhrum etmək barədə təşəbbüs belə göstərməmişdi.

 

 

 

Bizə AŞ PA lazımdırmı?

 

 

 

İndi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra AŞ PA-nın ölkəmizin səsvermə hüququnu məhdudlaşdırmaq niyyətinə düşməsi bu qurumun ikiüzlülüyündən, Avropa Parlamenti kimi erməni təəssübkeşliyindən, erməni lobbisinin alətinə çevrilməsindən xəbər verir. Görünən odur ki, AŞ PA da Avropa Parlamenti kimi islamofob türkəfob təfəkkürlü nümayəndələrin düşərgəsidir. o da aydın olur ki, torpaqlarımızın işğal altında olduğu illərdə AŞ PA bu məsələ ilə bağlı, əslində, riyakar siyasət yürüdübmüş.

AŞ PA-nın bu təşəbbüsü Qərbin korrupsiyalaşmış, anti-Azərbaycan, islamofob ermənipərəst qruplarının qurduğu növbəti məkrli oyundur. Onu da qeyd edək ki, AŞ PA-da bu təkliflə almaniyalı deputat Frank Şvabe çıxış edib. Deyəsən Fransanın xarici siyasətində ardıcıl uğursuzluqlarına nüfuzdan düşməsinə görə bu dəfə alman depuatatı qabağa veriblər ya Paris öz niyyətlərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır.

Sual olunur, 23 illik üzvlük dövründə AŞ PA Azərbaycana verib? Əlbəttə, heç . Bu dövrdə Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində heç bir təsirli addım atmayan bu qurum Azərbaycana qarşı qərəzli mövqeyini indi davam etdirməkdədir.

Azərbaycan isə artıq torpaqlarını azad edib, həm güclü özünün qətiyyətli siyasəti olan dövlətdir. Ona görə onilliklər boyu işğala göz yuman Avropa Şurası kimi təşkilata onun parlament assambleyasına Azərbaycanın ehtiyacı yoxdur. Qarayaxma, ləkələmə, ikili standartlar nümunələrinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Bu mənada respublikamız Avropa təsisatlarının özünə qarşı  qərəzli ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək onları hər zaman prinsipiallıqla cavablandıracaq. Qüdrətli Azərbaycan üçün AŞ PA-da səsinin dondurulması heç bir əhəmiyyət kəsb etmir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.- 24 yanvar, № 14.- S.8.