Yaşıl vətən

 

 

Ətraf mühit, elmi dildə desək, insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava canlılar, antropogen maddə, əşyalar qurğulardır. Biz özümüz   ətraf mühitin ayrılmaz   çox güclü təsirə malik olan hissəsiyik.

Alimlər ətraf mühiti təbii süni mühit olaraq iki hissəyə ayırıblar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılıb. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki heyvan növləri, süni dəryalar, göllər, qoruqlar s. bu mühitin obyektləridir.

Təəssüf ki, keçən əsrin ortalarından ekoloji böhran özünü büruzə verməyə başlayıb. Hətta o dərəcədə ki, SOS siqnalı verilib 1972-ci ildə BMT Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında  hər il iyunun 5-nin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunması qərara alınıb.

Dünya Ətraf  Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi ekoloji problemlərin həlli diqqət mərkəzindədir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair dövlət proqramı qəbul edilərək icra olunur. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi mühafizəsi, milli parkların ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər ətraf mühitin qorunmasında üstün çəkiyə malikdir.

Təsadüfi deyil ki, 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan olunmuşdu. "Ekologiya ili" çərçivəsində ölkəmizdə milyonlarla ağac əkildi, yeni yaşıl zolaqlar salındı, meşələrin qırılmasına qarşı mübarizə gücləndirildi digər ekoloji tədbirlər  reallaşdırıldı. Təbii ki, bütün bunlar nəticəsiz qalmadı. Ümumiyyətlə, son illər Azərbaycanda həyata keçirilən ekoloji tədbirlər sosial-iqtisadi islahatların tərkib hissəsi kimi qəbul olunur.

Ekoloji tarazlığın mühafizəsində qarşıda duran vəzifələrdən biri gələcək illərdə iqtisadi demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin  azaldılmasıdır. Mütəxəssislərin  fikri belədir ki, bu məqsədlə ölkədə yaşıllıqların payı artırılmalı, iqtisadi artımla ekoloji mühit  arasındakı tarazlıq qorunmalı, yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməlidir. Eləcə ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir. Söz düşmüşkən xatırladaq ki, 2022-ci ildə suyun təbii resurs olmasını insanlara çatdırmaq üçün  Ekologiya Təbii Sərvətlər Nazirliyi, "Azərsu" ASC, Meliorasiya Su Təsərrüfatı Nazirliyi, IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Bir damcı" adlanan layihə hazırlanmışdır. Layihənin "Bir damcı öyrənək" "Bir damcı dəyər verək" adlanan mərhələlərinin əsas məqsədi su mənbələrinin dəyərinin bilinməsi, sudan istifadə ilə bağlı vərdişlərin aşılanması bunların sayəsində vətəndaşlara davamlı olaraq su ilə təminatda fayda verməyin vacibliyini vurğulamaqdır.

Yaşadıgımız dünya, bizi əhatə edən aləm son dərəcə gözəl, zəngin rəngarəngdir. Bu dünya, bu mühit, bu aləm təbiət  adlanır. Əslində, biz özümüz təbiətin bir zərrəsi, onun tərkib hissəsiyik. Təbiət hamımızın anasıdır. Təəssüf ki, meşələrin qırılması ətraf mühitin çirklənməsi bitki aləminə zərbələr vurur, nəticə etibarilə insanların saglamlığına  təhlükə yaradır. Bu səbəblərə görə təbiətin qorunması bizim planetin ən vacib məsələlərindən biridir. Təbiət bizi yedizdirir, içizdirir, geyindirir müalicə edir. Təbiəti  sevmək, qorumaq hər bir vətəndaşın borcudur. Bu baxımdan ətraf mühitin mühafizəsində  meşələrin qorunması bərpası əsas vəzifədir. Müasir dövrümüzdə  innovasiyalar insan həyatında qədər müsbət rol oynasa da, bir o qədər təbii resurslara əks təsir edir. Müharibələrdə istifadə olunan müasir silahların öldürücü fəsadları insanlardan sonra meşələrdə özünü göstərir, əks olunur. Ona görə meşə örtüyünü qorumaq, meşə sahələrinin azalmasının qarşısının alınması mütləqdir.

Azərbaycanda bu sahədə görülən işlər təqdirəlayiqdir. 20 il öncə ölkənin meşə ehtiyatları, adambaşına düşən meşə sahəsi oduncağın həcminə görə göstəriciləri aşağı səviyyədə idi. Meşələrin təbii süni bərpası da qənaətbəxş deyildi. Amma təxirəsalınmaz tədbirlər nəticəsində  ötən iki onillikdə 204 min 692,5 hektar ərazidə ümumi meşə bərpa tədbirləri aparıldı, 103 milyondan çox  ağac əkildi.

Təbii meşələrdən başqa, milli parklar qoruqlar da əvəzsiz sərvətimizdir. Milli parklarımız bənzərsiz  təbii mənzərəsi, fərqli iqlimi, təmiz  havası  suyu ilə seçilir. Bu gün Azərbaycanda ümumi sahəsi 892 min 855,6 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri var. Ümumiyyətlə, hazırda ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 faizini təşkil edir.

Gəlin təbiətimizi, o cümlədən yaşıllığı qoruyaq. Həm təkcə qorumayaq, ərazisini genişləndirməkdə dövlətə kömək edək, arxa olaq, əlindən tutaq unutmayaq ki, vətənin hər qarış torpağını yaşıllaşdırmaq müqəddəs borcumuzdur.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 24 yanvar, ¹ 14.- S.5.