Mədəniyyət: mənəviyyatımızın aynası

 

 

Dünya bizi bu aynaya baxıb tanıyır

 

 

 

Bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayan ölkəmizin çoxşaxəli inkişaf meyilləri milli mədəniyyətimizi əhatə edir. Hər il Azərbaycan mədəniyyətinin inkişafı məqsədilə ardıcıl addımlar atılır, müxtəlif tədbirlər həyata keçirilir. Bütün bunlar mədəniyyət sahəsinin, bu sahədə çalışan insanların daimi dövlət qayğısı ilə əhatə olunduqlarını göstərir. Hamımız razılaşarıq ki, dünyada sülhün, mədəniyyətlər arasında dialoqun, insanı qorumağın onun rifahı üçün çalışmağın alternativi yoxdur. Bunlar Yer üzündə sağlam düşüncənin əhatəsini genişləndirir. Xoş niyyətlər ətrafında birləşən insanların sayını artırır.

Bəşəriyyət üçün belə nailiyyətləri yaradan faktlardan biri ölkəmizdə keçirilən silsilə beynəlxalq tədbirlər kimi yanaşdığımız festivallar, mahnı müsabiqələri, qlobal mədəniyyətlərarası dialoq forumlarıdır. Həmin forumlarda aparılan müzakirələrdir. Dünyanın nüfuzlu söz sahibləri arasında gedən fikir ideya mübadilələridir. Əldə edilən razılaşmalardır. Bakıdan bütün bəşəriyyətə ünvanlanan çağırışlardır. Bu gün həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli irsin təbliği, mədəniyyət abidələrinin, genofondun qorunmasıdır.

Mədəniyyətin ən böyük təsir gücü həm milli birliyə xidmət etməsindədir. Ortaq mədəniyyət insanları öz doğmalığında bir araya gətirir. Xalqın milli birliyini sarsılmaz edir. Mədəniyyət ortaq keçmişə gələcəklə bağlı məqsədlərə malik ayrı-ayrı ölkələrin birliyi üçün möhkəm bağlantıdır. Vətən müharibəsindəki qələbəmizdən sonra regionda yeni geosiyasi reallıqlar yaradan, türk dünyasının tərəqqipərvər toplumlarla bir arada inkişafı, sülh, sabitlik, rifah içində bəşəriyyətin xoşbəxt gələcəyinə yönələn, ardıcıl işlər aparan Azərbaycan üçün bu amil çox vacibdir.

 

 

 

Mədəniyyət tədbirlərinin dünyaya anlatdığı həqiqətlər 

 

 

 

İndiyə qədər Azərbaycanda çox əhəmiyyətli mədəniyyət hadisələri yaşanıb. Ölkəmiz bir çox regional beynəlxalq səviyyəli tədbirə evsahibliyi edib. Humanitar sahədə bütün dünyada böyük maraqla qarşılanan təqdir edilən xeyli xoşməramlı layihələr reallaşdırılıb. Azərbaycanın təşəbbüsü ilə təşkil edilən "Bakı prosesi" bütün dünyada yüksək nüfuzlu beynəlxalq platformaya çevrilib.

Vətən müharibəsindəki möhtəşəm qələbəmizə qədər bunlar Azərbaycanın dünya mədəniyyətinə fayda vermək arzusu, ölkəmizi, xalqımızı beynəlxalq ictimaiyyətə zəngin mədəniyyətimizlə birgə tanıtmağı, sağlam düşüncəli insanları müxtəlif qlobal məsələlər ətrafında bir araya gətirmək istəyi kimi görünürdü. Qələbəmizdən, işğal altındakı torpaqlarımızın azadlığından sonra isə artıq bu cür tədbirlər əlavə məzmun kəsb etməyə başlayır. Azərbaycanın öz müstəqilliyini daha da möhkəmləndirməsi, sosial-iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət sahəsində görülən işlər, cəmiyyət həyatının müxtəlif sahələrində aparılan köklü islahatlar qədər mədəniyyət diplomatiyası da uğurla həyata keçirilir.

Şuşaya dövlətimiz mədəniyyət işığında daxil oldu. Düşmənin 30 ilə yaxın müddətdə daşı daş üstündə qoymadığı, dini məbədlərinə qədər dağıdıb tökdüyü bu gözəl məkanda yenidən mədəniyyət günəşi doğdu. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı, bu il isə islam dünyasının mədəniyyət paytaxtı elan olundu. Bütün xalqları, ölkələri, insanları kin-küdurəti, mənasız iddiaları, saxta mifləri kənara qoyub mədəniyyət dəyərləri ətrafında birləşməyə çağırdı. Mədəniyyətin gücü ilə dünyaya, insanlara, bu günə gələcəyə fayda verməyə səslədi.

 Şuşada təşkil edilmiş "Xarıbülbül" festivalları, Vaqif Poeziya Günləri hər kəsi heyran etdi. Festivallarda Şuşadan, Cıdır düzündən yenidən dünyaya xoş musiqi sədaları yayıldı. Milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycanı özünə vətən bilən hər bir kəsin ürəyi bu tədbirlərin keçirildiyi əsrarəngiz diyarda döyündü.

Xüsusi qeyd olunmalıdır ki, ölkəmiz son onilliklərdə mədəniyyət sahəsində bir sıra tarixi nailiyyətlərə imza atmaqdadır. Heydər Əliyev Fondunun silsilə tədbirləri, xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, Üzeyir bəy Hacıbəyli, Rostropoviç, Qəbələ Beynəlxalq Musiqi festivalları, "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı, Bakı Caz Festivalı, görkəmli mədəniyyət xadimlərinin yubileyləri ölkəmizin getdikcə artan nüfuzu potensialının mədəniyyət sahəsindəki təzahürüdür. Bütün bunlar hazırda Azərbaycanı dünyanın əsas musiqi mərkəzlərindən birinə çevirmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uzun illərdən bəri həyata keçirilən yerli qlobal layihələr, humanitar təşəbbüslər ölkəmizin mədəniyyət diplomatiyasının uğurlarına xidmət edir. Mehriban xanımın təşəbbüsü ilə indiyə qədər doğma yurdumuzun paytaxtında, bölgələrdə Azərbaycanın hüdudlarından kənarda çox əhəmiyyətli mədəniyyət layihələri həyata keçirilib. Mühüm geostrateji mövqeyə, zəngin təbii sərvətlərə, böyük inkişaf potensialına görə tanınan Azərbaycanı dünyanın böyük bir hissəsi indi həm zəngin mədəniyyətimizlə kəşf etməyə başlayıb. Bu layihələrin hər biri ölkəmizin imicini daha da yüksəldir. Azərbaycanlıları sivil, qədim mədəniyyətə malik xalq kimi dünyaya təqdim edir. Minillər boyu bu torpaqlarda yaradılan nəsillərdən-nəsillərə mənəvi miras kimi keçən misilsiz mədəniyyət incilərimizi bəşəriyyətə sərgiləyir. Mədəniyyətlər arasında dialoq, tolerantlıq, multikulturalizm çağırışları ilə Azərbaycanın tutduğu yolu, ümumbəşəri dəyərlərə bağlılığını, yüksək amallarını göstərir.

 

 

 

Şəxsiyyətlərimiz həmişə anılır

 

 

 

Azərbaycan öz milli irsini, mənəvi dəyərlərini, tarixi şəxsiyyətlərini dünyada təbliğ edir. Beynəlxalq ictimaiyyət bizi tarixboyu bəşər mədəniyyətinə ciddi töhfələr vermiş mütəfəkkirlərimizin mənəvi irsi işığında tanıyıb dəyərləndirir. Nəimi, Nəsimi, Nizami, Əcəmi Naxçıvani, Şah İsmayıl Xətai, Seyid Əzim Şirvani, Vaqif, Natəvan başqa böyük şəxsiyyətlərimizin yaradıcılığına diqqət yönəltməklə Azərbaycan bu dühaların yaradıcılıq dünyasından müasir bəşəriyyətin problemlərini araşdırır, onların həlli yollarını tapır. Azərbaycanda "Nəsimi ili", "Nizami ili"nin elan olunması belə böyük dühalarımızı cəmiyyətimizə , gənc nəsillərimizə fərqli yöndən tanıdır. Xüsusi sərəncamlarla yubileyləri qeyd olunan şəxsiyyətlərin mənəvi irsi işığında gələcəyə doğru aydın yol göstərilir.

2019-cu il ölkəmizdə "Nəsimi ili" elan olundu. Böyük şair mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı silsilə tədbirlər keçirildi. Böyük Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci il ölkəmizdə "Nizami ili" elan olundu. Bu, təkcə böyük dühaların yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana sivilizasiyaya verilən dəyərdir.

 

 

 

Tarixi töhfələrə böyük qiymət

 

 

 

İctimai fikir tariximizdə müstəsna rol oynamış təsisatların yubileylərinin təntənəli şəkildə qeyd edilməsi dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur. Ötən ildə yubuleyi tamamlanan qurumların tarixindəki bu əlamətdar məqam ən yüksək səviyyədə qeyd edildi.  Onların hər biri cəmiyyət həyatında xoş mədəniyyət hadisəsinə çevrildi. 2023-cü ildə fəaliyyətə başlamasının 150 ili tamam olan Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi buna bir nümunədir. Ötən il fevralın 3-də verilən sərəncamda Azərbaycan teatrı xalqımızın mədəni sərvəti kimi dəyərləndirilmiş, həmin sərvətin qorunması inkişaf etdirilməsinin  mədəniyyət siyasətində əsas prioritetlərdən biri olduğu vurğulanmışdır.

Əlamətdar mədəniyyət faktlarından biri Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin 100 illiyinin tamamlanması olmuşdur. Yaradıldığı ilk vaxtlardan dövrünün görkəmli ədəbi simalarının məşhur sənət adamlarının tədrisə cəlb edildiyi Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən müddət ərzində universitet milli mədəniyyətimizin incəsənətimizin tərəqqisi işinə mühüm töhfələr vermiş, peşəkar sənətkarlar yetişdirmişdir. Fəaliyyətini dövlətin mədəniyyət təhsil strategiyalarının hədəflərinə uyğun, müasir tələblər səviyyəsində quran ali məktəb mədəniyyətin incəsənətin bütün başlıca sahələrini əhatə edən müvafiq ixtisaslar üzrə genişprofilli şəbəkə formalaşdırmış, həmçinin dünyanın bir sıra ölkələrinin ali təhsil mədəniyyət mərkəzləri ilə qarşılıqlı  tərəfdaşlıq əlaqələri yaratmışdır. Universitetin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi bu mədəniyyət məbədinin fəaliyyətinə verilən yüksək dəyərin ifadəsi kimi cəmiyyətdə böyük rəğbət doğurmuşdur.

2023-cü ildə Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının da 100 illiyi tamamlanmışdır. Cəmiyyətimizin intellektual potensialının yüksəlməsində bu kitabxananın rolu müstəsnadır. Ədəbiyyat sayı milyonları keçən fondlarını müntəzəm surətdə milli dünya əhəmiyyətli nəşrlərlə, nadir kitablar, yeni-yeni çap məhsulları qiymətli məlumat daşıyıcıları ilə zənginləşdirməklə Azərbaycan Milli Kitabxanası xalqımızın mədəniyyət xəzinəsinə çevrilmişdir. Kitabxana bu gün fəaliyyət dairəsini daha da genişləndirərək milli-mənəvi sərvətlərin etibarlı şəkildə qorunması onun gələcək nəsillərə çatdırılması istiqamətində silsilə tədbirlər gerçəkləşdirir. İşini qabaqcıl texnologiyaların tətbiqi ilə dövrün tələbləri səviyyəsində daim təkmilləşdirir. Dünya kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir.

Bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının da yaradılmasından 100 il ötür. Naxçıvan şəhəri Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutur. Bu şəhər Azərbaycan Atabəyləri - Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları Şərq dünyasının mədəniyyət abidələri sırasında indi mühüm yer tutur. Naxçıvan əsrlər-boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin elminin tərəqqisinə töhfələr vermişdir.

Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını infrastruktur layihələrini uğurla gerçəkləşdirir. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika "yaşıl enerji" zonası elan olunmuşdur.

Ötən ilin ən mühüm mədəniyyət hadisələrindən biri "Tuğ" Dövlət Tarix-Memarlıq Təbiət Qoruğunun yaradılması ilə bağlı olmuşdur. Bununla əlaqədar müvafiq sərəncam imzalanmışdır. Məlum olduğu kimi, Tuğ kəndi Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindəndir. Bu kənd Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrini özündə mühafizə edir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini artırır.

 

 

 

Sənətə sənətkara qayğı

 

 

 

Azərbaycan ictimai fikrinin inkişafında mühüm rol oynamış görkəmli sənətkarların yubileylərinin yüksək səviyyədə qeyd edilməsi dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur. 2023-cü ildə bir çox tanınmış simaların yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalanmışdır.

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalanmışdır. Daha bir yubiley sərəncamı görkəmli teatr rejissorumuz, dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında olmuşdur. 2023-cü ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli tarixçi şərqşünas alim Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun da anadan olmasının 100 ili tamamlanmış bu görkəmli şəxsiyyətin yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalanmışdır.

Mədəniyyət, elm, təhsil digər sahələrdə mühüm xidmətlərə malik bir çox sənət adamlarımızın yüksək dövlət mükafatları ilə təltif olunması hər zamankı kimi ötən il davam etdirilmişdir. Azərbaycan təsviri sənətinin inkişafında təbliğində böyük xidmətlərinə görə Çingiz Fərzəliyev "Şərəf" ordeni, Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Arif Hüseynov Tofiq Ağababayev "Şöhrət" ordeni, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Akif İslamzadə "Şöhrət" ordeni, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Mustafayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilmişlər. Teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Məlik "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Balayev Oqtay Mirqasımov "İstiqlal" ordeni, Elçin Əfəndiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmiş, Rauf Abdullayevə Heydər Əliyev Mükafatı verilmişdir.

Mədəni əlaqələrin inkişafında, milli mədəniyyətimizin ölkə sərhədlərindən kənarda təbliği sahəsində mühüm əməyi olan sənət adamlarının xidmətləri diqqətdən kənarda qalmamışdır. Onlardan Yuli Qusman Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni, Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara Sinyavskaya "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə mükafatlandırılmışdır. 

Bütün bunlar ölkəmizdə mədəniyyətin inkişafı üçün münbit mühitin yaradıldığını göstərir. Gəlin unutmayaq, intibah mədəniyyətdən başlanır.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 24 yanvar, ¹ 14.- S.6.