50 çeşiddə məhsul, 13 ölkəyə ixrac

 

 

Müasir müəssisələrimiz sayəsində idxaldan asılılıq aradan qaldırılır

 

 

 

Hər şeydən öncə təhlükəsizlikdir...

Elə Sumqayıt Kimya Sənaye Parkının (SCİP) rezident üzvlərindən olan "SOCAR Polymer"in əsas üstünlük verdiyi həm işçilərin, həm zavod ərazisinə daxil olan qonaqların təhlükəsizliyinin qorunmasıdır.

Bunun üçün isə ərazidə təbii ki, təhlükəsizlik qaydalarına əməl etmək ən vacib məsələdir. Bu səbəbdən müəssisə ərazisinə daxil olduğumuz zaman ilk olaraq Sağlamlığın, Əməyin Təhlükəsizliyinin qorunması Ətraf Mühitin mühafizəsi (SƏTƏM) məsələləri üzrə təlimçi zavod ərazisində davranış qaydalarını izah etdi.

Ümumiyyətlə, SƏTƏM siyasətində öz prioritetinə çevirən zavod işçilərini, müştəriləri, qonaqları, yerli icmaları fəaliyyətlərinin təsirinə məruz qala biləcək hər kəsi qorumaq öhdəliyinə ciddi yanaşır.

Bu gün "SOCAR Polymer" şirkəti yaradılma məqsədinin cavabını tam olaraq  verir. Öz missiyasını layiqincə yerinə yetirən şirkətin zavodları Azərbaycanın neft-kimya sənayesinin inkişafının sürətləndirilməsi ölkəmizə polimer bazarının PP/YSPE seqmenti üçün məhsul istehsal edən dövlətlər sırasına daxil olmaq imkanı qazandırıb. Fəaliyyətini bu gün uğurla davam etdirən müəssisənin regionda dayanıqlı rəqabət üstünlüyünə malik bizneslər yaratmaq məramı da öz səmərəsini verir. Hazırda şirkətdə özəl investorların səhm payı 43 faiz təşkil edir.

 

 

 

Məhsulların 95 faizi xarici bazarlara göndərilir

 

 

 

2018-ci ildə "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimində Prezident bu müəssisənin Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük dəstəyi olacağına əminliyini ifadə etmişdi. Dövlət başçısı burada buraxılan xammaldan hazır məhsul istehsal olunacağını Azərbaycanın həmin məhsulun idxalından asılılığını aradan qaldıracağını vurğulamışdı.

"…Polipropilen zavodunun istifadəyə verilməsi ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır. Bizim iqtisadi sahədə sənaye istehsalı sahəsində məqsədimiz məhz bundan ibarətdir. Biz bu zavodun timsalında Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi sənaye siyasətini görürük", - deyə Prezident bildirmişdi.

Bəli, bu gün "SOCAR Polymer" məhsullarını 13-ə yaxın ölkəyə ixrac etməklə yanaşı, yerli tələbatı da ödəyir.

Şirkətin fəaliyyəti barədə bizə məlumat verən baş direktorun müavini Rauf Quliyev qeyd edir ki, 2013-cü ildə təsis edilən "SOCAR Polymer" 2015-ci ildə Azərbaycanda ilk dəfə olaraq neft-kimya sənayesində layihənin maliyyələşdirilməsi ilə 500 milyon dollara yaxın vəsait cəlb edib. Şirkətin istehsalat obyektləri olan polipropilen (PP) yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavod 2018-ci ilin iyulunda 2019-cu ilin fevralında istismara verilib: "Polipropilen zavodunun açılışında həmçinin İtaliya Prezidenti Sercio Mattarella da olmuşdu. 2018-ci ildən ixraca başladıq. Əsas ixrac bazarı Rusiya, Qazaxıstan, Belarus digər MDB ölkələri, ikinci yerdə isə Türkiyədir. Yerli satışın az olması tələbatla bağlıdır. 2020-ci ildə "SOCAR Polymer" Rusiya bazarında polipropilen üzrə ixracatçılar arasında birinci yerdə olub. Hazırda bütün polipropilen məhsulları üzrə ilk sıradadır. 2023-cü ildə ilk dəfə olaraq satışların dəyəri 300 milyon dolları keçib".

İstehsal olunan məhsulların 95 faizini xarici bazarlara göndərən "SOCAR Polymer" bu gün qeyri-neft ixracatçı şirkətlər arasında liderlərdəndir.

Polipropilen zavodunun illik istehsal gücü 184 min ton, yüksək sıxlıqlı polietilenin isə 120 min tondur. Xammal təchizatçısının SOCAR "Azərkimya" İstehsalat Birliyinin olduğunu deyən direktor müavini bildirir ki, istehsalda əsasən yerli xammallardan istifadə olunur, müəyyən qatqılar idxal edilir. 

 

 

 

Davamlı istehsal

 

 

 

800-ə yaxın işçisi olan şirkətin mütəxəssislərinin 99 faizi yerli kadrlardır. R.Quliyev qeyd edir ki, hazırda müəssisədə 50-dən çox çeşiddə məhsul istehsal olunur ki, onlardan 30-a yaxını polipropilen, qalanı isə polietilen qurğularına aiddir. 

Daha sonra isə dəbilqəmizi, xidməti jiletimizi qoruyucu eynəyimizi taxaraq ərazi ilə tanış olmağa başlayırıq. Bizi proseslərlə tanış etmək üçün müşayiət edənlər PP YSPE üzrə sahə operatorları Nəcəf Əsgərov Aqil Budaqovdur.

İlk getdiyimiz yer hər iki zavodun fəaliyyətinin, istehsal prosesinin kompüterlər vasitəsilə tənzimləndiyi İdarəetmə mərkəzidir.

Mərkəzdən kompüterlər vasitəsilə istehsal prosesini izləyirik. Zavodların istehsalı  barədə danışan N.Əsgərov deyir ki, bütün proses kompüterlər vasitəsilə idarə olunur. "Avadanlıqlarla bağlı problemlər istisna olmaqla, bütün proses idarəetmə otağından idarə oluna bilir. İstehsal prosesi davamlıdır. İstehsalatda itki olsa da, həmin məhsulun təkrar emalı mümkündür", - deyə o bildirir.

 Texnoloji inkişafla bağlı itkilərin həcminin azaldığını qeyd edən sahə operatoru bildirir ki, istehsal prosesi 4-5 ildir fasiləsiz olaraq davam edir. Sistemin istismar müddətinin başa çatmasına isə hələ 10 ilə yaxın vaxt var. Polietilenin polipropilenə nisbətən daha dözümlü olduğunu vurğulayan N.Əsgərov deyir ki, bu məhsullar 100-200 il istifadə oluna bilir. O bildirir ki, saatda 10-12 ton polietilen istehsal etmək mümkündür.

Daha sonra əraziyə baş çəkərək hər iki zavodun reaktorlarını müşahidə edirik. Qurğular vasitəsilə baş tutan istehsal prosesi barədə məlumatlar alırıq. Təbii ki, müəyyən kimyəvi proseslər getdiyindən ərazidə hər sahəyə daxil olmaq mümkün deyil.

Daha sonra isə hazır məhsulların paketləmə prosesinin baş tutduğu sahəyə daxil oluruq. Məhsulların kisələrə tökülərək streçlənməsi prosesini izləyirik.

Ərazidə olan paketləmə operatoru Zaur Bədəlov deyir ki, məhsul daxil olduqdan sonra iki xətt üzrə paketləmə həyata keçirilir: "Polipropilen polietilen 25 kq-lıq kisələrə doldurulur. Saatda 25-28 ton arası məhsul paketlənərək hazır vəziyyətə gətirilir. Maksimum 30 tona qədər məhsul qablaşdırıla bilir".

N.Əsgərov bizə polietilenin istifadə olunduğu sahələr barədə məlumat verir. Qeyd edir ki,  YSPE yüksək təzyiqə davam gətirən qaz, su kanalizasiya boruları da daxil olmaqla, geniş çeşidli məhsulların istehsalında xammal kimi istifadə oluna bilər.

PP- cavabdeh sahə operatoru Aqil Budaqov isə polipropilendən hazırlanan məhsullara diqqəti çəkir: "Zavodda iki adda polimer istehsal olunsa da, ayrıca olaraq polipropilendən 30-a yaxın çeşiddə məhsul hazırlanır. Bunlar qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron, elektrik cihazlarının istehsalında xammal kimi istifadə olunur. Eyni zamanda polipropilendən qida məhsullarının qablaşdırılması tibb sənayesi sahələrində geniş istifadə oluna bilər".

Daha sonra "SOCAR Polymer"in laboratoriyasına baş çəkirik. Analizlərin aparılması üçün bütün avadanlıqların yer aldığı hissədə keyfiyyətə nəzarət üzrə mühəndis Günel Allahverdiyeva aparılan laborator müayinələrdən danışır. Qeyd edir ki, zavodda istehsal olunan hər iki məhsulun xammalından hazır vəziyyətinə qədər analizlər götürülür. ""Azərkimya" İB-dən gələn xammalların laboratoriyada keyfiyyət kəmiyyət analizləri həyata keçirilir, istehsala uyğunluqları yoxlanılır. İstehsal prosesində bizə aralıq məhsul daxil olur onlardan da analizlər götürülür. Hər iki zavod üçün analizlər fiziki göstəricilərinə görə bir-birindən fərqlənirlər. Daha sonra hazır məhsuldan nümunələr daxil olur onlar üzərində laborator müayinələr aparılır".

Qeyd edək ki, son məhsul üçün mexaniki, termiki fiziki analizlər həyata keçirilir. Aparılan analizlər nəticəsində satışa göndəriləcək məhsullara uyğunluq sertifikatı verilir. Yalnız sertifikatlaşdırılan məhsullar satışa göndərilir.

 

 

 

İllik istehsal gücü 20 min ton olan zavod

 

 

 

Daha sonra yolumuz Sumqayıt Kimya Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilən 2022-ci ildə fəaliyyətə başlayan "Azərsulfat" zavodunadır. Müəssisə bu gün daxili bazarı təmin etməklə yanaşı, məhsullarını ixrac da edir. Zavodun illik istehsal gücü 20 min tondur.

Zavodun fəaliyyəti ilə bizi tanış edən baş texnoloq Rəşad Namazov qeyd edir ki, sulfat turşusunun hazırlanmasında ölkəyə idxal olunan kükürd 99.9 faiz təmizlənir. Kükürd elevator vasitəsilə 160 dərəcəlik əritmə sisteminə verilir. Buxar vasitəsilə əridilən xammal mexaniki filterdə 10 mikrona qədər təmizləndikdən sonra kükürd çəninə yığılır. Daha sonra kükürd sobasına göndərilən məhsuldan müəyyən reaksiyalar nəticəsində sulfat turşusu əmələ gəlir. Sulfatın bir hissəsi daim həmin reaksiya üçün sistemdə istifadə olunur. Qalanı hazır məhsulun saxlanılması çənlərinə toplanır. Saxlama çənləri 3 ədəd olmaqla, hər biri 640 tona qədər tutuma malikdir. Onlar bir aylıq istehsalı toplaya bilir.

R.Namazov qeyd edir ki, müəssisə gündəlik 60 ton olmaqla, ən müasir üsullarla 93-98 faizli sulfat turşusu istehsal etmək gücünə malikdir. İstehsal olunan məhsulun 10 min tonu yerli bazara, qalanı isə əsas ixracat bazarı olan Gürcüstana göndərilir. Bu ildən isə sulfat turşusunun Rusiyaya ixracı da nəzərdə tutulur.

Günümüzdə qeyri-neft sənayesinin perspektivi həm birbaşa texnoloji inkişafla bağlıdır. Ən son texnologiyalar müəssisənin istehsal gücünü artırmaqla yanaşı, istehsalatda itkilərin azalmasına prosesin avtomatlaşdırılmasına imkan verir. Nəticə innovativ üsullarla dünya standartlarına uyğun, böyük istehsal gücünə malik, xarici bazarda özünə yer qazanan Azərbaycan brendinin inkişafına rəvac verir. 

"Azərsulfat"da da istehsal prosesinin 90 faizi avtomatik rejimdə çalışır. Baş texnoloq deyir ki, zavodda "Siemens" firmasının 4-cü nəsil sistemindən istifadə olunur istehsal prosesi İdarəetmə mərkəzindən idarə edilir. İşçi sayı 52 nəfər olan müəssisədə növbəlilik rejimi əsasında bütün proseslər idarə olunur. 

Sulfat turşusunun tətbiqi sahələrinin geniş olduğunu deyən R.Namazov bildirir ki, ondan silahların, boyaların hazırlanmasında, müxtəlif turşu, duz, dərman alınmasında xammal kimi istifadə edilir.

 

 

 

Sulfatdan gübrə istehsalında da xammal kimi istifadə olunacaq

 

 

 

Yaxın gələcəkdə zavodun məhsulundan gübrə istehsalında da xammal kimi istifadə olunacağını qeyd edən baş texnoloq məhsulun keyfiyyətinə nəzarət barədə danışır. Bunun üçün isə zavodun laboratoriyasına üz tuturuq. Laboratoriyada bütün analizlər həyata keçirilir. İlkin analizlər kükürddən, daha sonra isə hazır məhsuldan götürülür.  Məhsul üzərində 70-ə yaxın adda analizlər aparılır. Beləliklə, bu məlumatlar satış zamanı istehlakçıya təqdim olunur.

Əraziyə baxış zamanı avadanlıqlardan tüstü çıxdığı müşahidə edilsə , heç bir qoxu hiss olunmurdu. Məlum olur ki, qurğulardan ayrılan sadəcə su buxarıdır. Əvvəldə qeyd etdiyimiz kimi, kükürd buxar vasitəsilə əridilir. Bu məqamda Rəşad Namazovdan zavodun ekologiyaya təsirləri ilə bağlı soruşuruq. Baş texnoloq vurğulayır ki, müəssisə ətraf mühitə ekoloji normativlərdən 5-6 dəfə az tullantı verir. Bunun səbəbi isə ən müasir neytrallaşma sistemi tullantı qazlarının tam təmizlənərək atmosferə buraxılmasıdır. 

Bəli, günümüzdə neft sektoru ilə yanaşı, qeyri-neft sənayesinin inkişafı istiqamətində vacib addımlar atılsa da, bu əsnada xüsusi diqqət yetirilməli məqamlardan biri də atmosferə atılan qazların mümkün qədər minimuma endirilməsi, ətraf mühitin tullantılardan qorunması və bunların nəticəsində insan sağlamlığının qorunmasıdır.

Çünki sənaye zavodlarında istifadə olunan köhnə sistemlər, istismar müddəti bitmiş avadanlıqlar havaya buraxılan zərərli qazların miqdarını artırmaqla, qlobal istiləşməyə təkan verərək iqlim dəyişikliklərinin fəsadlarını artırır.

Bütün ekoloji normalara, üzərinə götürdüyü öhdəliklərə sadiq olan ölkəmiz bu istiqamətdə vacib olan bütün addımları atmaqla, dünyada həm də qeyri-neft ölkəsi kimi nüfuzunu artırır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 24 yanvar, ¹ 14.- S.7.